KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Vasif Ismayıl: Almaniya ciddi səhv buraxdı

Vasif Ismayıl: Almaniya ciddi səhv buraxdı

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
285 0

Dünən Almaniya xarici işlər naziri Annalena Berbok Bakıda səfərdə idi. Bundan əvvəl Ermənistanda səfərdə olan xanım nazir orada Qarabağdan köçmüş erməni sakinlərlə görüşmüşdü.

Dünənki mətbuat konfransını bu gün dinləmək imkanım oldu. Əlim üzümdə qaldı – necə deyərlər.

1. Xanım Nazir Şuşa və Xankəndi şəhərlərini “Şuşi” və “Stepanakert” olaraq zikr etdi. Diplomatik etikaya uyğun davranmaq istəsə idi, bu iki şəhərin adını çəkmədən də nitq qurmaq olardı. Demək ki, bu hərəkəti qəsdən edib!

2. Ermənistanda Qarabağdan gələn ermənilərlə görüşdüyünə görə Azərbaycanda da köçkünlərlə görüşməli idi. Xanım nazir Ermənistandan azərbaycanlı köçkünlərlə görüşdüyünü söylədi. Nazir Ceyhun Bayramov isə elə oradaca xanım nazirin köçkünlərlə görüşmədiyini bildirdi.

Birgə mətbuat konfransında belə bir qalmaqalı xatırlamıram. Xanım nazir gözümüzün içinə baxa-baxa yalan danışdı.

Doğrudur, dünən səhər Zibeydə xanım, Rüfət Səfərov və Elçin Sadıqovla Bakıdakı restoranlardan birində görüşmüşdü. Rüfət irəvanlıdır. Bəlkə onu nəzərdə tutub?

Bir də, İsrailin öz vətəndaşlarını qoruma haqqını tanıdığını, amma bunun bizə şamil olmayacağını dedi.

Birsözlə, rəzalət!

Avropa siyasi qurumlarının bu ikili standartları, daxili hikkələrinin artıq ağ yalan danışmaq həddinə gətirməsi onların ədalətli olmadığını, fürsət tapsalar, bizi bir qaşıq suda boğmaq istəyəcəklərini göstərir.
Vasif Ismayıl

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir