KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Vasif Efendi: Paşinyan Qafqazda davamlı sülhün olması üçün hakimiyyıətdə qalmalıdır.

Vasif Efendi: Paşinyan Qafqazda davamlı sülhün olması üçün hakimiyyıətdə qalmalıdır.

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
362 0

Paşinyanın”İskəndər” raketləri ilə bağlı çıxışı ona baha başa gələ bilər.Rusiya bu iddiadan çox qəzəblənib və Paşinyanı devirmək üçün hərəkətə keçib.Ermənistanın 5-ci kalonu həbri çeviriliş niyyəti hələ ki, baş tutmayıb.Ölkənin Baş Qərargah rəisi Onik Qasparyanın Paşinyanı istefa çağırışı gecikmiş addımdır.Hesab edirəm ki, hərbi çeviriliş planı fiaskoya uğradığı üçün tələsik istefa tələbi ilə çıxış edildi.Paşinyan isə öz növbəsində baş qərargah rəisini vəzifədən aldı.Ermənistan Baş Nazirinin asanlıqla təslim olacağını güman etmirəm.Lakin Rusiya Paşinyanın üstündən xətt çəkdiyi kimi görünür.ABŞ və Fransa Paşinyanı dəstəkləsələrdə fiziki olaraq müdaxiləsi imkansızdır.Hadisələr Paşiyanın siyasi iradəsinin dərəcəsindən çox asılı olacaq.Gün ərzində ruspərəst qüvvələr aktiv hərəkətə keçəcəyi güman edilir.Bu vəziyyətdə Paşinyan ordunu nəzarətdə saxlaya bilsə və nümayişçilərə güc tətbiq edərsə qısa müddət olsa da durumu kontrola ala biləcək.Unutmamalıyıq ki. Rusiyanın 5-ci kalonu çox güclüdür və daha hansı sürprizləri hazırlayacağı məlum deyil.Bir ehtimal da daha var.Paşinyanın istefaya göndərilməsi alınarsa Rusiya qoşunlarının ölkədən çıxaırlmasını tələb edən qüvvələr də önə çıxa bilər.Ermənistan hazırda iki yol arasındadır.Moskva və ya Paris arasında seçim etməyə məhkumdur.Artıq balanslı siyasət üçün limit qalmayıb.Ermənistanda vəziyyətin aydınlanması Paşinyanın Baş Qərargah rəsini tutduğu vəzifədən azad etməsinə Prezidentin münasibəti ilə məlum olacaq.Prezident Sarkisyan Paşinyanın qərarını təsdiqləyəcəyi təqdirdə ordu bütünlüklə Paşinyanın nəzarətinə keçəcək və 5-ci kalona öldürücü zərbə vuracaq.
Vasif Efendi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir