KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. VAKO SAAKYANIN VAŞİNQTONA SƏFƏRİ İLƏ HƏRBİ TƏLİMLƏR ARASINDA ƏLAQƏ VARMI?

VAKO SAAKYANIN VAŞİNQTONA SƏFƏRİ İLƏ HƏRBİ TƏLİMLƏR ARASINDA ƏLAQƏ VARMI?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
320 0

Elhan Şahinoğlu

Ermənistan hakimiyyəti illərdir beynəlxalq aləmə təlqin etməyə çalışır ki, guya Azərbaycan torpaqlarının işğalında onlarlıq bir iş yoxdur, Azərbaycan Dağlıq Qarabağ rejimi ilə əlaqə qurub ortaq məxrəcə gəlməlidir. Bunun yalan olduğu hamıya bəllidir. Çox uzağa getmək lazım deyil. Dağlıq Qarabağ rejiminin əldəqayırma olduğu, İrəvandan idarə olunduğu son hadisə ilə bir daha sübut olundu.

Deməli Azərbaycan Müdafiə Nazirliyi genişmiqyaslı təlimlərə başlayıb. Bu təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, aviasiya vasitələri, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin yerdəyişməsi həyata keçirilir. Aydındır ki, bu təlimlərin məqsədi Ermənistan hakimiyyətinə və Dağlıq Qarabağdakı separatçılara göz dağı verməkdir.

Məntiqlə belə bir vəziyyətdə Dağlıq Qarabağ separatçılarının lideri Xankəndidə olmalı, hadisələrin gedişatını yerindəcə izləməlidir. Bəs separatçıların lideri Bako Saakyan hardadır? O ABŞ-a səfər edərək Konqres binasında görüşlər keçirir. Bunun özü də ciddi müəmmadır ki, Azərbaycanı tərəfdaş ölkə adlandıran Vaşinqton separatçıların liderinin Konqresdəki görüşlərinə niyə seyrçi qalıb? Separatçıların liderini Dövlət Departamenti binasında qəbul etsələr, buna da təəccüblənmərəm. Ona görə də Azərbaycan XİN-nin ABŞ-ın Azərbaycandakı səfirini çağırıb ona nota təqdim etməsi tam yerindədir. Eyni ilə Azərbaycanın ABŞ-dakı səfiri də Dövlət Departamentində gedərək amerikalı diplomatlara anlaq istəyib ki, yanlış addım atmayın. Ancaq bütün xəbərdarlıqlar qulaqardına vurulub. Vaşinqton separatçılara bu qədər nəvaziş göstərirsə, nə əcəb Amerikaya Cənubi Osetiya, Abxaziya və ya Donbass separatçılarının liderləri dəvət olunmur? Nə fərqi var ki, keçmiş SSRİ məkanında separatçılar eyni mərkəzə tabedirlər və həmin mərkəz Vaşinqtonun rəqibidir. Buna baxmayaraq, Vaşinqton üçün erməni separatçılarının yeri ayrıdır.

Vako Saakyanın ABŞ-a səfərindən iki məqsədi var. Birinci məqsəd konqresmenlərlə görüş keçirib ermənipərəst amerikanların dəstəyini almaq, ikinci məqsəd Amerikada yenə hansısa telemarafonda iştirak edib pul dilənmək və daha sonra həmin pulla işğal altındakı infrastruktur çalışmalarını genişləndirməkdir. Təəssüf ki, Vaşinqton Vako Saakyana hər iki məqsədinə çatmağına şərait yaradır və bununla ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirir. Sonra da deyirlər ki, dünyada niyə Amerikaya rəğbət yoxdur? Olmaz də, göz görə-görə Azərbaycan kimi ölkələri özünüzdən küsdürürsünüz, elə Türkiyəni də bu yolla özünüzdən uzaqlaşdırdınız.

Gələk əsas məsələyə. Bako Saakyan ona görə İrəvandan idarə olunan fiqurdur ki, başqası Azərbaycanın hərbi təlimləri haqqında məlumatı aldıqdan sonra səfərini yarımçıq saxlayıb Xankəndiyə gələrdi. Buna isə təlmat verilib ki, Sən Vaşinqtonda işində ol , Dağlıq Qarabağın “təhlükəsizliyi” bizlikdir. Demək biz elə etməliyik ki, bu təlimlərin həm sayı artsın, həm də havaya qalxan hərbi təyyarələrimiz Azərbaycanın hava məkanının tamamında, o cümlədən Dağlıq Qarabağ səmasında uçuşlar həyata keçirsinlər.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir