KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Umud Şükri: İranda koronavirus təhlükəsinə qarşı mübarizədə ədalətsizlik var

Umud Şükri: İranda koronavirus təhlükəsinə qarşı mübarizədə ədalətsizlik var

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
352 0

Umud Şükri hesab edir ki, dünyanın müxtəlif qitələrində sürətlə yayılan koronavirus təhlükəsinə qarşı mübarizədə xüsusilə qonşu dövlətlər əl-ələ verməlidirlər.
Amerikanın Səsinə danışan enerji və ticarət eksperti koronavirus böhranının dünya iqtisadiyyatı üzərində təsirini dəyərləndirib. O, eləcə də İran dövlətinin epidemiya ilə bağlı gördüyü tədbirlər haqqında danışıb.

Doğru-düzgün xəstəxana və həkim, həmçinin diaqnoz qoymaq üçün təchizatın olmadığı bölgələrdə, insanlar ədalətsizliyin bədəlini canı ilə ödəyir.
“Seçkilər və İnqilabın ildönümü üzündən koronavirusun İrana gəldiyini gizlətdilər və bu da istər-istəməz kontroldan çıxdı. Yəni o səviyyəyə çatdı ki, indi İranda rəsmilər özləri deyir ki, bir sıra şəhərlərdə kontroldan çıxıb, və daha düzgün planlar icra edilməlidir. Yoxsa, virus İranın həm iqtisadiyyatına, həm toplumuna, həm də milli təhlükəsizliyinə daha ağır zərbələr vura bilər,” Şükri bildirir.

Onun dediklərinə görə, “İran hazırda İnqilabdan sonra ən böyük böhranlarından birini yaşayır və bununla bağlı edə biləcəyi çox şey yoxdur. İran dövlətinin əli çox açıq deyil.”
Umud Şükri İranda etnik azlıqlar və müxtəlif ictimai siniflərə qarşı mövcud olan ədalətsizliyin koronavirus böhranında da açıq şəkildə təzahür etdiyini önə çəkir:

Çinin neft və qaza ehtiyacının koronavirus üzündən azalması beylənxalq enerji bazarına təsirinə göstərdi. Qiymətlər çox düşdü. Buna görə də, OPEC üzvləri neft istehsalını azaltmaq qərarı almaq istiqamətində toplantılar keçirirlər.
“Ədalətsizlik problemi hər zaman olub və hələ çözülməyib. İnqilabdan öncə də, sonra da. Doğru-düzgün xəstəxana və həkim, həmçinin diaqnoz qoymaq üçün təchizatın olmadığı bölgələrdə, insanlar ədalətsizliyin bədəlini canı ilə ödəyir.”

Ekspert həmçinin epidemiyanın dünya iqtisadiyyatı, o cümlədən neft və təbii qaz qiymətləri üzərindəki təsiri haqqında danışıb.

“Çində koronavirus üzündən fabrikaların qapadılıb və ya məhdud şəkildə çalışdırılması enerji məsrəfini olduqca azaltdı. Çinin neft və qaza ehtiyacının azalması beynəlxalq enerji bazarına təsirini göstərdi. Ondan öncə də neftin qiyməti düşmüşdü. Koronavirus ilə daha çox düşdü. Buna görə də, OPEC üzvləri neft istehsalını azaltmaq qərarı almaq istiqamətində toplantı keçirirlər,” o, qeyd edir.
Umud Şükri hesab edir ki, koronavirusun dünya iqtisadiyyatı üzərindəki təsiri qısa müddətdə ortadan qalxmayacaq. “Çin iqtisadiyyatının və dünyada enerji bazarının koronavirusun təsirindən çıxması 6 ay, bəlkə bir il keçmədən çətin olacaq,” o deyir.

Bir çox ölkənin koronavirusun geniş yayıldığı ölkələrlə sərhədləri bağlamasına diqqət çəkən ekspert xüsusilə qonşu ölkələr arasında irtibatı tamamilə kəsməyin mümkün olmadığını vurğulayır.

“Siyasi hakimiyyət kim olur olsun, bütün ölkələrin beş qitədə bu problemi çözməsi üçün əl-ələ vermələri gərəkir. Ölkələr arasındakı irtibatı kəsmək də imkansızdır. Qanuni yollardan olmasa da, insanlar bir şəkildə bu ölkədən o birinə keçirlər. Bu xəstəlikdən kənarda qalan ölkə qalmayacaq. Məncə hər ölkə gec ya tez bu xəstəliyi görəcək, dövlət və millət olaraq bunun bədəlini ödəyəcəklər. Buna görə, bunu çözmək üçün əl-ələ vermələri gərəklidir,” Umud Şükri əlavə edir.
Vow Amerika’nın sesi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir