KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Ulviyya Mammadli: Lavrovun Bakı səfəri nə vəd edir ?…

Ulviyya Mammadli: Lavrovun Bakı səfəri nə vəd edir ?…

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
177 0

Artıq günlərdir ki Rusiya XİN başçısı Sergey Lavrovun Azərbaycana səfəri müzakirə olunur.Bu səfər xüsusiylə Azərbaycan-Rusiya müttəfiqlik sazişinin 1 illiyi, Separatçıların “dövlət rəhbəri” Ruben Vardanyanın vəzifədən getməsi və son zamanlar danışıqlarda vasitəçiliyin Qərbin əlinə keçməsi (Brussel formatı) fonunda baş tutması təsadüfi deyil.Ukrayna cəbhəsində Qərbə uduzan Rusiya Qafqaz bölgəsindəki təsir rıçaqlarını qorumağa çalışır.Azərbaycan XİN başçısı Ceyhun Bayramovun son müsahibəsində “Mühüm Məsələlər müzakirə olunacaq” deməsi ondan xəbər verir ki, rəsmi Bakı və Kreml bir birilərinə nədəsə güzəştə gedə bilərlər.Prezident İlham Əliyevin Münhendə Laçın yolunda NBM yaratmaqla bağlı fikirləri Kremli narahat edir,Lavrov bunun qarşısını almağa çalışacaq həmçinin Azərbaycan Separatçılara qarşı güc yolundan istifadə barədədə düşünür buda Moskvani narahat edən məsələlərdəndir.Düşünürəm ki Paşinyanin Qərbəyönəlik addımlarindan qıcıqlanan Rusiya onu bu və ya başqa şəkildə Azərbaycanın əliylə cəzalandırmağa çalışa bilər.Azərbaycan-Ermənistan sülh danışıqlarının məhz Moskvanın nəzarətində plana uyğun olaraq vaxtının uzadılması həmçinin Kremlin her iki tərəfə bir “Soft Power” nümayişi mümkündür.Digər mövzu Rusiyanin regionda özünün nezarətiylə kamunikasiyaların açılmasında maraqlı olması və bununla sansiyaların vurduğu zərbələri yumşaldılmasına ümid edə bilər.Hər halda əsas məqsəd Qərbin Rusiyanı Regiondan vurub çıxarmaq planlarını pozmaqdır.Moskvanın istəyinə çatıb çatmayacağını zaman göstərəcək.

Ulviyya Mammadli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir