Trump: İran’la iş yapan bizimle yapamaz

Kut-ül Amâre Unutulmadı, UNUTTURULDU!

KIRIM’DA BİTMEYEN ÇİLE

Həsən Oqtay: “Bunlar hər an Ərdoğanı yox edə bilərlər”

Ukrayna Türkiyə ilə strateji müttəfiqliyə can atır

Gündem 17 Ekim 2020
67

Ukrayna prezidenti Vladimir Zelenskiy qısa müddət ərzində Türkiyəyə ikinci rəsmi səfərini reallaşdırıb. Bu Ukrayna prezidentinin Türkiyə ilə əməkdaşlığa verdiyi önəmdən irəli gəlir. Hələ səfərdən əvvəl Ukraynalı rəsmilər Türkiyə ilə tərəfdaşlığı gücləndirməyi arzu etdiklərini bildirirdilər. Ukraynanın xarici işlər naziri Dmitriy Kuleba iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıqdan da üst səviyyəyə qaldırılması və yeni layihələrin reallaşsdırılmasını vacib hesab edib. Strateji tərəfdaşlıqdan üst mərtəbə strateji müttəfiqlik sayılır. Demək Kiyev Türkiyə ilə strateji müttəfiq olmağı arzulayır.

Ukrayna prezidenti Vladimir Zelenskiy açıq bildirib ki, onun ən böyük arzusu Ukrayna ilə Türkiyə arasındakı ticarət əlaqələrini Rusiya-Türkiyə ticarət əlaqələrinin səviyyəsinə çatdırmaqdır. Bəllidir ki, Rusiya-Türkiyə ticarət əlaqələrinin həcmi on milyardlarla dollardır. Zelenskiy Türkiyənin Ukraynaya ən azı 10 milyard dollar yatırım qoyacağına ümid edir. Ukrayna prezidenti Türkiyənin tikinti şirkətlərinin ölkəsinin infrastuktur çalışmalarına cəlb etməyə çalışır. Vladimir Zelenski Türkiyə şirkətlərinin özünün böyük ümid bəslədiyi “Böyük tikinti” layihəsində iştirakında maraqlıdır.

Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Vladimir Zelenski ilə görüşdə Krım məsələsində Ukraynaya hərtərəfli dəstək verəcəyini bir daha açıqlayıb. Kiyevlə Ankara Krımda insan hüquqlarının pozulmasına qarşı birgə mübarizə aparacaqlarını bəyan ediblər. Məlumdur ki, Krımda Rusiyanın işğal siyasətini tənqid etdiklərinə görə həbs edilənlər var və onlar arasında Krım türkləri də az deyil. Bu hal Ankaranı ciddi narahat edir. Bundan başqa Ankara Ukraynanın NATO üzvlüyü yolunda dəstəyini artıracağını vəd edib. Rəcəb Təyyub Ərdoğan Ukraynanın İslam Əməkdaşlıq Təşkilatına və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına müşahidəçi statusunda qatılmaq istəyini də alqışlayıb.

İki ölkənin lideri bir məsələdə də razılığıa gəliblər: Ukraynanın və Türkiyənin xarici işlər və müdafiə nazirləri “2 + 2“ formatında ildə nə azı bir dəfə görüşərək xarici siyasət və təhlükəsizlik mövzularında fikir mübadiləsi aparacaqlar. Ümumiyyətlə Ukrayna Türkiyə ilə hərbi əməkdaşlığın genişləndirməsinə çalışır. Bu arada, Türkiyənin pilotsuz uçuş aparatlarının Dağlıq Qarabağda erməni işğalçılarına qarşı dəqiq zərbələri Ukraynanın diqqətini çəkib. Ukrayna həm Türkiyədən pilotsuz uçuş aparatlarının alınmasında, həm də birgə istehsalında maraqlıdır. Bəlkə də Ukrayna silahlı qüvvələrinin 2014 və 2015-ci illlərdə pilotsuz uçuş aparatları olsaydı, Azərbaycan ordusu kimi separatçılar üzərində üstünlük qazanardı.

Ukraynanın Türkiyə ilə yaxınlaşmaq istəyi Rusiyada diqqətlə izlənilir. Rusiyanın siyasi dairələri Rəcəb Təyyub Ərdoğanın Krım məsələsində Kiyevə dəstəyini artırmasından narahatdırlar. Ancaq Kremlin Türkiyə-Ukrayna münasibətlərinə təsir etmək imkanı yoxdur. Digər tərəfdən Avropa ölkələri Ukraynaya vəd etdiklərini vermədilər, köhnə qitədən Ukraynaya yatırımlar azdır. Kiyev istəyir ki, Avropa Birliyi ölkələrinin yerinə yetirmədiyi vədləri Türkiyə reallaşdırsın. Ukrayna böyük bazardır və Türkiyə şirkətləri bu bazarda möhkəmlənə bilərlər.
Elhan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzi

Yorumlar