KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ukrayna təyyarəsinin vurulması bir kəşfiyyat əməliyyatının nəticəsidir?

Ukrayna təyyarəsinin vurulması bir kəşfiyyat əməliyyatının nəticəsidir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
275 0

Gündəm İranın Ukraynaya ait bir mülki təyyarəni vurmasidir. İran bunu “səhvən” vurduğunu açıqlayaraq üzr istədi.Hami da haklı olaraq İranın bu addımın tənqid edir.
Mən bir az fərqli versiyanı da düşünmənizi təklif edirəm.
Məndə bu versiyani yaradan sualı hələ İran vurduqlarını etiraf etmədən öncə xaricdə yaşayan bir dostum ” Niyə o təyyarədə qədər Kanadali var? Burda nəsə başqa iş var məncə” fikri ilə yaratdı.
O dostuma dedim ki, Tehrandan Ukraynaya uçan təyyarədə 63 Kanadalinin olmasının 2 səbəbi ola bilər:

“1) İran əsilli Kanadalilar yeni il tetilinde öz ana vətənlərinə qohum əqrabalaribi görməyə gediblər. Bu insanlar həm Kanadanın İran sanksiyalarına qarşı məlum sərt mövqeyi və həm də Ukrayna hava yollarının nisbətən ucuz qiymətləri səbəbiylə Tehran-Kiyev-Toronto marşrutunu istifadə ediblər.

2) ABŞ-Kanada-Ukrayna xarici kəşfiyyatlari İranı hədəfləyən ortaq kəşfiyyat əməliyyatları keçirirlər.Ukraynaya gedən Kanada vətəndaşları arasında da bu sistemdə yer alan kəşfiyyatçılar var. Dərindən fikirləşəndə Azərbaycan, Gürcüstan, Qətər vəya BAƏ ilə müqayisədə Ukrayna bunun üçün yetərincə az şübhə doğuran ölkə profilidir.”

İndi İran ” Biz səhvən vurduq” deyincə ağlıma çox sayda suallar gəlir. Bir balaca məntiq və hərb bilgisi olan adama Tehrandan qalxan mülki təyyarənin səhvən vurulmasının həm hərbi mudafiə məntiqi və texniki, həm də hərbi nizam intizam baxımından inandırıcı gəlmir.

Beli kı, adətən vurulma qərarı ən az 3 mərhələdən (görən, onun komandiri və komandirin komandiri) keçir. Hətta dedikləri kimi Tomagavk olduğunu nəzərə alsaq o zaman işin ucunda ABŞ var. Bu da rejimin ABŞ-la açıq müharibəsi menasina gelir. Ona görə burada Xamneyi səviyyəsində siyasi qərar ehtimalı da güclüdür. Davamlı gərginlikdə yaşayan təcrübəli o qədər hərbiçi və siyasətçi panikaya düşə bilər təbii ki, ancaq məndə yenə belə suallar yaranır:

1. O təyyarədə İran üçün həyati əhəmiyyətə (məsələn nüvə proqramınin son vəziyyəti barədə məlumat, ya da mühüm bir adam) malik kəşfiyyat məlumatı aparan adamlar mi vardı?

2. İran bunu son anda öyrəndi və ölkədən çıxmasına mane olmaq üçün mü son çarə kimi o mülki təyyarəni vurdu?

3. Kanada baş nazirinin və Ukrayna rəsmilərinin hadisənin həmən sonrasında faciənin ağırlığının nəzərə alsaq yetərincə zəif olan İran reaksiyası bu səbəblə mi elə oldu?

4.Sonrasında gizli danışıqlar oldu və buna uyğun olaraq İran “səhvən vurduq” açıqlamasi və Ukrayna rəsmilərinin sonrakı aciqlamalari edildi?

5. Yəni tərəflər bir kəşfiyyat əməliyyatinin faciəvi nəticələrini ictimaiyyətdən gizlədirlər mi?

Bu versiya nə qədər doğrudur bilmirəm. Ancaq günümüz dünyasında bu cür bir hadisə əsla gizli qalmaz. Əgər həqiqətən belə bir hadisə baş veribsə, dünya mətbuati bunu ortaya çıxardar, biz də bunu şok xəbər olaraq oxuyariq.

Nazim Cafersoy

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir