KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ukrayna prezidenti Vladimir Zelenski İrandan narazıdır.

Ukrayna prezidenti Vladimir Zelenski İrandan narazıdır.

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
263 0

Tehran vurulan təyyarədə ölənlərin ailələrinə 80 min dollar təzminat ödəyə biləcəyini açıqlayıb. Ukrayna prezidenti insan həyatı ilə alver etmək istəmədiyini desə də, təzminatın az olduğunu vurğulayıb. Bu məsələ danışıqlar yolu ilə həll edilə bilər. Kiyevin Tehrandan başqa narazılığı da var.

Tehran vurulan təyyarənin “qara qutusunu” Ukraynaya vermir. Vurulan təyyarə Ukrayna Hava Yollarına məxsusdur, ona görə də “qara qutunun” təhvil verilməməsi Kiyevin haqlı narazılığına səbəb olub. Ukrayna təyyarə olayında Rusiyanın İrana təsirindən şübhəlidir. Kiyevdəki siyasi mərkəzlər “qara qutunun” Ukraynana təhvil verlməsinin arxasında Moskvanın maraqlarının dayandığını güman edirlər. Tehran təyyarəni vurduqdan bir gün sonra səhvini etiraf etdi. Bu Moskva üçün gözlənilməz oldu. Çünki, 5 il əvvəl Donbass səmasında vurulan mülki təyyarəyə görə Moskva bugünə qədər məsuliyyət daşımayıb. Beynəlxalq aləm həmin mülki təyyarənin Rusiyadan dəstək alan separatçılar tərəfindən vurulmasına şübhə etmir, faktlar da bundan xəbər verir. Ancaq Rusiya tam tərsini iddid edir, guya Hollandiyadan Malayziyaya uçan təyyarəni Ukrayna vurub. Bu məntiqə ziddir. Separatçıların təyyarəsi yoxdursa, Ukrayna havadan müdafiə qüvvələri səmada niyə təyyarə vurmalı idilər? Əksinə separatçılar səmada gördükləri hər təyyarəni Ukrayna hərbi təyyarəsi hesab edərək düyməyə basa bilərdilər.

Məsuliyyətdən boyun qaçıran Moskva eyni olayda Tehranın da oxşar siyasət yürütməsini gözləyirdi. Ancaq Tehran səmasında vurulan təyyarənin sirrini gizlətmək mümkün deyildi. Ona görə də Tehran gecikmiş də olsa doğru qərar verdi, səhvini etiraf etdi. Buna baxmayaraq, Ukraynadakı siyasi mərkəzlərin şübhələrinə görə, Moskva Tehrana təzyiq edir ki, “qara qutunu” Rusiyanın rəqibi olan Ukraynaya verməsin. Bu məsələdə Rusiyanın təlimatları İrana yaxşı heç nə vəd etmir. Təyyarənin vurulmasına görə Tehranın gecikmiş etirafını beynəlxalq aləm, o cümlədən Ukrayna cəmiyyəti anlayışla qarşıladı. Ancaq bundan sonra “qara qutunun” təhvil verilməməsi bu anlayışı zəiflədəcək ki, bu İran maraqlarına xidmət etmir.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir