“Azərbaycan-Türkiyə-Gürcüstan əlaqələri sürətlə inkişaf edir. Bu üç dövlət postmodern konfederasiyanın yaranmasına doğru irəliləyir”.
Bunu Versus.Az-a Bakı Bəyannaməsini qəbul edən Cənubi Qafaz dövlətinin bir araya gəlinmə zərurətləri barədə açıqlamasında Türkiyə Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Həsən Oqtay bildirib.
H.Oqtay qeyd edib ki, proses regionda iqtisadi, sosial və coğrafi xətt üzrə hərəkət edən strateji bir sistemin yaradılması tələbi ilə baş verir və Cənubi Qafqazda belə bir ittifaqın yaradılmasını gündəmə gətirən əsas şərtlərdir. Siyasi analitikin sözlərinə görə, belə bir ittifaq təməli Bakı-Tbilisi- Ceyhanla (BTC) başlayaraq, Bakı-Tbilisi Qars (KTB) dəmiryolu layihəsi ilə davam edərək, daha da yüksək bir işbirliyinin əsasını yaradıb.
H.Oqtay hesab edir ki, hər üç dövlətin xarici işlər nazirlərinin görüşləri, hətta sonra xatirə şəkili çəkdirmələri gələcək ittifaqın təməl bünövrəsi üçün atılan bir addımdır. Onun sözlərinə görə, Cənubi Qafqaz dövlətləri NATO-nun Qaradənizə güc verməsi və Rusiyanın hərəkətə keçməsindən sonra bir araya gəlib:
“NATO-nun Gürcüstan, Ermənistan və Azərbaycan ilə əməkdaşlıq qurmaq istəkləri Rusiyanın bütün diqqətini özünə çəkdiyi üçün yeni bir böhranın yaranmasına səbəb ola bilər. Hətta Qarabağ börhanı da həll edilməmiş qalar. Lakin bu üç dövlətin birgə ittifaqı Qafqazda sülhü təmin etməklə, böhranlara qarşı əngəl ola bilər. Ona görə də düşünürəm ki, regionda hadisələr daha sürətlə inkişaf edəcəkdir”.
Taha
Versus.Az