KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Türkiyəli ekspert Ukraynanın müharibədən sonrakı XƏRİTƏSİNİ açıqladı – Bu ərazilər Rusiyada qalacaq?

Türkiyəli ekspert Ukraynanın müharibədən sonrakı XƏRİTƏSİNİ açıqladı – Bu ərazilər Rusiyada qalacaq?

Hasan Oktay Hasan Oktay - - 3 dk okuma süresi
359 0

“Ukrayna Bayraktar vasitəsilə təbliğat apararaq Türkiyənin onun yanında olduğu görüntüsü yaradır”.

Bu sözləri Bizim.Media-ya verdiyi müsahibədə Qafqaz Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay deyib.

– Hasan bəy, Ukrayna-Rusiya müharibəsində Türkiyə sülh missiyasını öz üzərinə götürüb. Türkiyə bu mənada dünyaya hər hansı bir mesaj verə bilərmi?

– Türkiyə iki qonşu ölkə arasında 2014-cü ildən Qara dəniz üzərindən davam edən müharibədə Ukraynanın ərazi bütövlüyünü tanıyaraq neytral qalmağa çalışıb. Regionda yaranmış hal Ankara üçün çətin vəziyyətdir, çünki hər iki ölkə ilə ticari və strateji tərəfdaşlığımız mövcuddur.

Türkiyə həm də NATO yəni, Qərb bloku ölkəsidir. Bununla bütün dünyaya mesaj verir ki, biz bu savaşda yalnız tərəfləri sülhə çağıracağıq, tərəf tutmayacağıq.

– Lavrov söylədi ki, Qərbin Rusiya ilə münasibətləri dayandırmağı tələb etdiyi ölkələr arasında Türkiyə də var. Bəs, Türkiyə Qərbin təzyiqləri qarşısında nə qədər tab gətirə bilər?

– Türkiyə bu müharibədə sülhü tövsiyə etdiyi və vasitəçi kimi çıxış edəcəyi üçün qərbin embarqolarına tuş gəlməyəcək. Yəni, təzyiqlərə çox əhəmiyyət verməyəcək. Üstəlik, bu, hər iki tərəflə münasibətləri saxlayacaq çətin prosesdir, amma bunu kimsə etməlidir.

– Sizə də sirr deyil ki, “Bayraktar” puaları Ukraynadakı müharibənin həlledici faktorlarından biridir. Rusiyanın itkiləri artdıqca, Bayraktarı Ukraynaya satmamaqla bağlı ölkənizə təzyiq edə bilərmi?

– Türkiyə istehsal etdiyi silahları təkcə Ukraynaya satmır və Türkiyə Ukraynaya silah satan yeganə ölkə deyil. Əslində, Ukrayna silahlarının əksəriyyəti Rusiya mənşəlidir. Ukrayna Bayraktar vasitəsilə təbliğat apararaq Türkiyənin onun yanında olduğu görüntüsü yaradır.

Bununla da Rusiya üzərində psixoloji üstünlüyünü qoruyub saxlamağı hədəfləyir.

– Bəs inid Türkiyə hansı şərtlər altında Ukrayna və Rusiya arasında sülhü təmin etməyə çalışır?

– Sülhün formatı, ehtimal ki, müəyyənləşib. Kimlərdəsə müharibədən sonrakı xəritə hzırdır. Ukraynanın şərqinin müstəqil “Donbas” kimi tanınması, Ukraynanın neytral zona kimi qəbul olunması, həm Rusiya, həm də Ukrayna üçün daha vacib görünür.

Putin buna nail olsa, o, özünü müharibənin qalibi elan edəcək və hakimiyyətini gücləndiriəcək. Amma müharibə uzanarsa, Putinin gücü sarsılacaq. Məncə, Türkiyə vasitəçilik edərkən bu məsələləri nəzərdən qaçırmamalıdır.

Leyla Şah, Bizim.Media

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir