KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Türkiyə torpaqlarının bir hissəsi iki dövlətə – Ermənistana və Kürdistana veriləcəkdi.

Türkiyə torpaqlarının bir hissəsi iki dövlətə – Ermənistana və Kürdistana veriləcəkdi.

Hasan Oktay Hasan Oktay - - 2 dk okuma süresi
405 0

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi deyib ki, əgər 15 iyulda hərbi çevriliş uğurla nəticələnsəydi Türkiyə torpaqlarının bir hissəsi iki dövlətə – Ermənistana və Kürdistana veriləcəkdi. Mənim də çevrilişə cəhd günü jurnalistlərə verdiyim açıqlama bundan ibarət idi ki, çevrilişçilər istəklərinə nail olsaydılar, Türkiyədə Suriyadakına bənzər vətəndaş müharibəsi başlayacaqdı, ordu və cəmiyyət iki, üç, dörd hissəyə bölünəcəkdi. Allaha şükür bunlar olmadı.

Nazirin sözlərinə qayıtdıqda isə Kürdüstanı anladım, PKK Türkiyənin şərqində fəaliyyətini genişləndirəcəkdi və qopma real çizgilər daşıyacaqdı. Bəs Ermənistan Türkiyədən necə torpaq qoparacaqdı? Ermənistanın təkbaşına hətta “dağılmış” Türkiyədən torpaq qoparmaq təşəbbüslərinə girişməsi real deyil. Əksi olsaydı, Dağlıq Qarabağda da müharibə qaçılmaz olacaqdı. Biz Ermənistanın Türkiyə hesabına torpaqlarını genişləndirməsinə seyrçimi qalacaqdıq? Ancaq bu anda da işə Rusiya qarışacaqdı. Yəni hər yer toz-duman olacaqdı. Rusiyanın da Türkiyənin qanuni hakimiyyətini gözardı edərək Ermənistanın Türkiyədən torpaq qoparmaq təşəbbüsünə dəstək verəcəyini düşünmürəm. Putin Krımı işğal edə bilər, Qarsın işğalı onluq deyil. Nihat Zeybəkçinin məntiqindən çıxış etsək, Ermənistana Türkiyədən torpaq qoparmaq işində dəstək verəcək dövlət Rusiya deyilsə, qalır – Amerika Birləşmiş Ştatları. Ancaq Vaşinqtonun da NATO dövlətini parçalayaraq Rusiyanın hərbi-strateji müttəfiqinə torpaq pay verməsi məntiqi görünmür. Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir