KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Türkiyə savaşda da, sülhdə də Azərbaycanın yanındadır

Türkiyə savaşda da, sülhdə də Azərbaycanın yanındadır

Hasan Oktay Hasan Oktay - - 5 dk okuma süresi
299 0

Hasan Oktay: “Ermənistanla istər kiçik döyüşlərdə, istərsə də genişmiqyaslı müharibələrdə Azərbaycanın Silahlı Qüvvələri tək deyil”

Əhəd Məmmədli: “Azərbaycan tərəfi Türkiyədən hərbi dəstək istəsə, qardaş ölkə tərəddüd etmədən, Rusiya və ABŞ-a məhəl qoymadan dərhal yardımımıza gələcək”

Hər zaman olduğu kimi bu dəfə də ermənilərin təxribatına ilk reaksiya qardaş Türkiyədən gəlib. Ermənistan silahlılarının Tovuz istiqamətində təxribata əl atmasını sərt şəkildə tənqid edən Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu İrəvana “ağıllı olun” mesajı verib. Çavuşoğlu hər zaman və bütün resurslarla Azərbaycana dəstək çıxmağa hazır olduqlarını bəyan edib: “Ermənistan ağlını başına yığsın. Bütün imkanlarımızla Azərbaycanın yanındayıq”. Türkiyə XİN-dən vurğulanıb ki, erməni tərəfi belə təhlükəli taktikalardan əl çəkməlidir:

“Öz qabiliyyətini aşmaq məqsədi ilə avantürizmi qəbul etmək Ermənistanın əsaslandırıcı zəifliyini ortaya qoyur və bölgəmizdə sülhə, sabitliyə ən böyük maneədir. Ermənistanın beynəlxalq diqqəti Qarabağ ərazilərindən başqa yerlərə çəkmək və münaqişəyə yeni ölçülər əlavə etmək cəhdləri nəticəsiz qalacaq”. Qardaş ölkə rəsmiləri bəyan ediblər ki, Ermənistanın təcavüzünü ört-basdır etmək səyləri heç bir şəkildə qəbul edilməyəcək. Siyasi şərhçilərin fikrincə, Ankaranın hər məqamda, ələlxüsus Dağlıq Qarabağ münaqişəsi çərçivəsində rəsmi Bakının yanında yer alması ermənilərə və onları himayə edənlərə məlumdur. İki qardaş ölkə dəfələrlə birgə hərbi təlimlər keçirərək düşmənə mesaj veriblər. Erməniləri ikiqat təşvişə salan məhz bu məqamlardır. O səbəbdən ermənilər sərhəddimizi hədəf alaraq KTMT-ni, dolayısı ilə Rusiyanı prosesə cəlb etmək, Türkiyəyə alternativ bir güc çıxartmaq istəyirlər.

Türkiyə rəsmilərinin açıqlamasını “Şərq”ə təhlil edən türkiyəli professor, “Qafqaz Strateji Araşdırmalar” Mərkəzinin rəhbəri Hasan Oktay deyib ki, Türkiyə sadəcə Qarabağ deyil, bütün məsələlərdə Azərbaycan dövlətinin və xalqının yanındadır. Professorun sözlərinə görə, Türkiyə müstəqil və güclü dövlət olmaqla yanaşı, həm də NATO-nun ən dəyərli üzvüdür. O baxımdan belə bir dövlətin Azərbaycana dəstəyi də əhəmiyyətlidir:

“Türkiyə savaşda da, sülhdə də dost və qardaş Azərbaycanla bir yerdədir. Azərbaycanlı qardaşlarımız bundan əmin olsunlar. Ermənistanla istər kiçik döyüşlərdə, istərsə də genişmiqyaslı müharibələrdə Azərbaycanın Silahlı Qüvvələri tək deyil. İnanmıram ki, ermənilər Azərbaycanla müharibə başlatmağa cəsarət etsinlər. Ötən gün sərhəddə baş verən düşmən təxribatının başqa səbəbləri var. Ermənistan ciddi iqtisadi böhran içindədir və koronavirus pandemiyası ölkəni daha da acınacaqlı hala salıb. Görünür, diqqəti yayındırmaq üçün bu cür təxribatlara əl atmaq məcburiyyətində qalırlar. Sonra da dünya güclərinə yalvarırlar ki, Azərbaycanı durdurun”.

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli “Şərq”ə bildirib ki, Türkiyə sözdə deyil, əməldə Azərbaycanın yanındadır:

“Kəlbəcər işğal ediləndən sonra Ankara işğalçı Ermənistanla sərhədləri bağlayıb, bütün əlaqələri dondurub. Torpaqlarımız işğaldan azad edilməyincə, açmayacağını bəyan edib. Ən yüksək səviyyədə bizi dəstəkləyib. Suriya, Liviya məsələsini boş yerə gündəmə gətirmirik. Türkiyə bir neçə regionda aktiv formada iştirak edir, hərbi üstünlüyünü ortaya qoyur. Türkiyə qlobal gücə çevrildikcə, gücləndikcə Dağlıq Qarabağ münaqişəsində Azərbaycana yardımı daha effektli olacaq. Türkiyə Afrinə girəndə ən çox narahat olan ermənilər idi. Erməni mediası, lobbisi bunu özləri üçün təhlükə sayırdılar. Anlayırdılar ki, Suriyaya, İraqa, Liviyaya girən və heç kimə hesab verməyən Türkiyə sabah Qarabağa qoşun yeridə bilər. Həmin sabah yaxınlaşmaqdadır. Şübhə yox ki, bu gün Azərbaycan tərəfi Türkiyədən hərbi dəstək istəsə, hətta canlı qüvvə tələb etsə, qardaş ölkə tərəddüd etmədən, Rusiya və ABŞ-a məhəl qoymadan dərhal yardımımıza gələcək”.

İsmayıl Qocayev
Sherg.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir