KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Türkiyə-Rusiya qarşıdurması

Türkiyə-Rusiya qarşıdurması

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
314 0

Türkiyə-Rusiya qarşıdurmasında maraqlı olan əsas iki güc var. Bunun biri heç şübhəsiz ABŞ-dır. Təsadüfi deyil ki, İdliblə bağlı Türkiyə ilə Rusiya arasında yaranan dərin fikir ayrılığından istifadə edən Vaşinqton dərhal emissarlarını Ankaraya göndərdi, Ağ Ev sahibi Donald Tramp türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğana zəng edərək onu dəstəklədiyini bildirdi. Ancaq Ankara Vaşinqtonun hiyləgərliyini anlayır. Ankara da maraqlı gediş edib, Vaşinqtona təklif edib ki, “indi ki, Siz bizi dəstəkləyirsiniz Türkiyəyə vəd etdiyiniz “Patriot” raketlərini satın”. Vaşinqton susur. Çünki, Vaşinqtonun məqsədi bölgədə güclü Türkiyənin var olması deyil, əsas odur ki, Türkiyə-Rusiya tərəfdaşlığı çat versin. Türkiyədə onu da unutmurlar ki, Suriyada terrorçu PKK təşkilatını və onun uzantılarını dəstəkləyən əsas dövlət məhz Amerikadır.

Rusiya-Türkiyə qarşıdurmasında maraqlı olan ikinci güc də var. Bəşər Əsəd rejimi uzun müddətdir Rusiya-Türkiyə tərəfdaşlığından narahat idi. Ancaq Bəşər Əsəd ağası Kremlə bir söz deyə bilmir, rusiyalı həmkarından asılıdır. Rusiyanın Dəməşqə hərbi dəstəyi olmasaydı, bu gün Əsəd rejimindən əsər-əlamət qalmazdı. Buna baxmayaraq, Əsəd əlindən gələni edir ki, İdlibə hücum əsnasında Türkiyə ilə Rusiya arasındakı münasibətlər pozulsun. Bunu Ankara ilə yanaşı Moskvada da anlayırlar. Məsələn bir müddət əvvəl Rusiya kəşfiyyatının 4 zabiti Suriyada pusquya düşərək qətlə yetirildi. Rusiyada şübhələndilər ki, rusiyalı zabitləri Suriya rejimi tələyə saldı ki, onların qətlini Türkiyənin dəstək verən silahlı qrupların ayağına yaza bilsin. Kreml Amerika ilə Əsədin oyununa gəlmək istəmirsə, İdlib məsələsində Ankara ilə yenidən masaya oturmalı və ortaq nöqtələr tapmalıdır.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir