KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Türkiyə-Rusiya gərginliyinin sona çatması Qarabağ münaqişəsinin həllini tezləşdirə bilər

Türkiyə-Rusiya gərginliyinin sona çatması Qarabağ münaqişəsinin həllini tezləşdirə bilər

Hasan Oktay Hasan Oktay - - 5 dk okuma süresi
446 0

Türkiyə-Rusiya gərginliyinin sona çatması Qarabağ münaqişəsinin həllini tezləşdirə bilər
Zaman keçdikcə, Türkiyə-Rusiya gərginliyi daha da şiddətlənir. Qarşılıqlı sanksiyalarla yanaşı, ittihamlar da artır. Azərbaycan isə bu iki böyük qonşusunun mümkün qədər tez barışmalarını istəyir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “The Business Year” jurnalına müsahibəsində növbəti dəfə buna toxunub. Nazir qeyd edib ki, həm Türkiyə, həm də Rusiya ilə münasibətlər demək olar ki, bütün sahələr üzrə dinamik olaraq inkişaf edir və Azərbaycan hər iki ölkə ilə münasibətlərin dərinləşməsinə xüsusi əhəmiyyət verir. Onun sözlərinə görə, Azərbaycanın strateji müttəfiq kimi Türkiyə və strateji tərəfdaş kimi Rusiya ilə münasibətlərinin tarixi kökləri var: “Təəssüflər olsun ki, döyüş təyyarəsi ilə bağlı insident iki ölkə arasında münasibətlərə mənfi təsir etdi. Rusiya və Türkiyə arasında münasibətlərin hazırkı durumu heç bir halda Azərbaycan üçün arzu olunan deyil. Deməyə ehtiyac yoxdur ki, həm Türkiyə, həm də Rusiya Cənubi Qafqaz və onun hüdudları xaricində təhlükəsizlik və sabitliyin təmin edilməsində vacib rol oynayır”. Nazir qeyd edib ki, Azərbaycan bütün mümkün vasitələrlə hər iki ölkə ilə münasibətlərin möhkəmləndirilməsində maraqlıdır: “Ümid edirik ki, birgə səylərin nəticəsi olaraq Türkiyə və Rusiya arasında münasibətlər dialoq və qarşılıq anlayış yolu ilə normallaşacaq”.
Hələlik isə maraq doğuran məqamlardan biri qonşularımız arasında yaşanan ziddiyyətin Qarabağ münaqişəsiən hansı formada təsiridir.
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı bildirdi ki, ümumiyyətlə, Rusiya-Türkiyə münasibətləri Qafqada gedən porseslərin taleyi baxımından daim əhəmiyyət daşıyıb: “Türkiyə ilə Rusiya arasında əməkdaşlıq olanda Cənubi Qafqazda problemlərin həlli ilə bağlı ümidlər yaranır. Bir müddət əvvəl Rsuiya-Türkiyə münasibətləri yaxşılaşanda Qarabağ probleminin həlli ilə bağlı ümidlər yaranmışdı. Amma sonradan Türkiyə ilə Rusiya münasibətləri bir neçə istiqamətdə gərginləşməyə başladı.
Qeyd edim ki, Türkiyə ilə Rusiya münasibətlərinin gərginləşməsi Qarabağ probleminə iki istiqamətdə təsir edə bilər. Birincisi, problemin dinc yolla həlli imkanlarını zəiflədir. Halbuki, Qarabağ probleminin həllinə Türkiyə ilə Rusiya birgə töhfə verə bilərdi.
İkinci məqam münaqişənin alovlanması ehtimalıdır. Bu, nəzəri olaraq mümkündür. Həm də ona görə mümkündür ki, Türkiyə son illər Rusiyaya yaxınlşmışdı, amma hazırda Türkiyə Qərbə doğru yaxınlaşır. Türkiyə, xüsusən ABŞ ilə bir çox məsələlərdə eyni mövqeyi tuturlar. Bu məqam isə Rusiyanı narahat edir. Əgər Qarabağ cəbhə xəttində vəziyyət gərginləşsə, bəzi Avropa dövlətləri ilə Türkiyə arasında fikir ayrılığı yaranacaq. Rusiya bu baxımdan cəbhədə vəziyyəti gərginləşdirə bilər. Amma ümumiyyətlə, Qarabağda müharibənin aktiv mərhələyə yenidən keçməsi ehtimalı zəifdir. Bu hal uzaq perspektivdə Rusiyanın özünə problemlər yarada bilər”.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli politoloq Hasan Oktay isə “Mövqe”yə bildirir ki, hər bölgənin özünə xas xüsus şərtləri var: “Lakin Qarabağ problemi Azərbaycan-Ermənistan arasında bir problem olmaqdan ləavə, bir beynəlxalq problem səviyyəsinə də çatıb. Bu fonda aydındır ki, Qarabağ münaqişəsi Rusiya və Türkiyə arasında bir döyüş səbəbi olmamalıdır. Suriyadakı müvəffəqiyyətsizliyi örtmək üçün istifadə edilən bir bölgə olmamalıdır. Qarabağ problemi barışıq yolu ilə həll edilməlidir”.

Movqe.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir