KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Türkiyə-Rusiya anlaşması regiona necə təsir edəcək? – Azərbaycan nə itirib nə qazanacaq?

Türkiyə-Rusiya anlaşması regiona necə təsir edəcək? – Azərbaycan nə itirib nə qazanacaq?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
404 0

Prezident Vladimir Putinin Türkiyə səfəri və həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü dünyanın əsas müzakirə mövzularındandır.

Səfər çərçivəsində uzun müddətdir imzalanması gözlənilən “Türk axını” üzrə sazişlə bağlı suallara da son qoyuldu və Rusiya ilə Türkiyə üçün mühüm əhəmiyyət kəsb edən sənəd imzalandı.

Sözügedən anlaşmanın imzalanmasının Azərbaycana necə təsir edəcəyi isə müxtəlif suallar yaradır.

Maraqlıdır, Azərbaycan bu anlaşma ilə nələr itirib nələr qazanacaq?

Məsələ ilə bağlı “Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin sədr müavini Nazim Cəfərsoy Faktor.az-a danışıb.

O, bildirib ki, bu iki ölkə arasında əməkdaşlığın bərpa olunması Azərbaycan üçün müsbət nəticələr verə bilər:

“Deyərdim ki, Rusiya və Türkiyə regionda ciddi rola malik aktyorlardır. İki ölkə arasında münasibətlərin bərpası həm beynəlxalq münasibətlərin regional müstəvidə inkişafına, həm də Qarabağ probleminin həllinə müəyyən töhfələr verə bilər. Məsələyə ənənəvi qaydada yanaşsaq bu iki ölkə arasındakı münasibətlərin uzun müddət stratejik rəqabət, geosiyasi maraqların toqquşması kontekstində özünü göstərdiyini görə bilərik, xüsusilə də Qafqazda.

Bu konteksdə rəqabət amili daha qabarıq şəkildə meydana çıxıb. Şübhəsiz ki, bir müddət öncə rus-türk münasibətlərində yaranan qarışıqlıq regionda vəziyyətin bir qədər gərginləşməsinə oldu. Ancaq onu da qeyd edək ki, bu zamana qədər Rusiya-Türkiyə münasibətlərindəki inkişafın Azərbaycanın xeyrinə, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı bir nəticə verdiyini də görməmişik. Hesab edirəm ki, bundan sonra vəziyyət bir qədər dəyişəcək. Çünki hər iki tərəfindən ölkə Suriya başda olmaqla, regiondakı məsələlər müzakirə edildi. Prezident İlham Əliyevin də həmin görüşdə olması, zaman-zaman sözügedən üçlüyün bir araya gəlməsi yaxın gələcəkdə Qarabağ məsələsinin həllində hansısa bir müsbət addım atılmasına səbəb olacaq.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin oktyabrın 14-də İrəvana səfəri gözlənilir. Putin İrəvana Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün gedəcək. Doğrudur, bu səfər daha öncədən planlaşdırılıb, ancaq ola bilsin ki, səfər çərçivəsində Qarabağ məsələsi müzakirə ediləcək mövzular arasında olsun. Bundan əlavə, rus-türk münasibətlərində başlanan yeni mərhələ Azərbaycanın da xeyrinə ola bilər. Nəzərə alaq ki, Azərbaycan mütəmadi olaraq enerji layihələri həyata keçirir. İki ölkə arasında münasibətlər gərgin olduqda Azərbaycan seçim qarşısında qalacaq. Sözügedən layihəni Türkiyə ilə reallaşdırmaq birbaşa Rusiyanın basqısına məruz qalmaq deməkdir. Digər tərəfdən də bu seçim özü ilə bərabərində müəyyən risklər də gətirəcək. Bu baxımdan Azərbaycan iki tərəfdaş arasında qalmamaq, onlardan birini seçməyə məcbur edilməmək, gərəkdiyində isə hər iki ölkənin əməkdaşlığından yararlanmaq imkanı qazanacaq. Çünki iki ölkə regionda daim rəqabət içərisində olsalar, bu, birbaşa Azərbaycana təsir edəcək. Ümid edirəm ki, Rusiya və Türkiyə münasibətlərin yenidən o halda bir gərginliyə sürüklənməsinə imkan verməyəcəklər”.

Vüsalə Qəzənfərqızı//Faktor.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir