KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Türkiyə düyməyə basıb

Türkiyə düyməyə basıb

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
297 0

Suriya ərazisinə növbəti həri müdaxiləyə günlər, bəlkə də saatlar qalıb. Ankara qərarında haqlıdır, Vaşinqtonun 30 min kürdü sillahlandırıb sərhəddə yerləşdirməsi istəyi birbaşa Türkiyənin ərazi bütövlüyünə təhdiddir. Ancaq iki suala cavab məni maraqlandırır. Birinci sual: Türkiyə ordusunun hücumu ötən dəfəki uğurlu alınarsa buna Vaşinqtonun reaksiyası necə olacaq və ABŞ Türkiyə əleyhinə hansı açıq və gizli planlarını işə salacaq? İkinci sual: Türkiyə ordusunun Afrini nəzarət altına alması planını Rusiya necə qarşılayacaq?

Əlbəttə, hələ ki, Rusiya Türkiyənin tərəfdaşıdır və Ərdoğan Putinlə telefon danışığında Kreml sahibini Türkiyə ordusunun planları barədə xəbərdar edib və ikinci buna etiraz etməyib. Ancaq Rusiya ikili oynayır. Baxmayaraq ki, ABŞ-ın kürdələrə hərbi dəstəyi Moskvanın xoşuna gəlmir, Kreml kürdlərin bir hissəsini Bəşər Əsəd rejiminin tərəfdaşı kimi qiymətləndirir və silahlı kürdlərin tamamının neytrallaşdırılması Rusiya hakimiyyətinin xoşuna gəlməyəcək. Bir də ki, ənənəvi rus-kürd yaxınlığı var ki, Moskva bu kartdan illər boru Türkiyə əleyhinə istifadə edib. Buna baxmayaraq, məntiqlə Putin Ərdoğanla razılığı amerikanların müttəfiqinə çevrilən silahlı kürdlərə qurban verməməli, Türkiyə ordusunun Suriya ərazisinə hücumu dəstəkləməsə də, gözünü yummalı, uzaqbaşı Rusiya XİN baş verənlərə nəsə yumşaq etirazını bildirməlidir.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir