Ankara/Moskova/Tahran ve Şam’ın İdlip mutabakatı!

Putin Türk dostlarımız bunu yapıyor…

PAŞİNYAN “SİRLƏRİ” NİYƏ AÇIR?

Россия предупредила Армению о серьезном наказании

`Türkiyənin Suriyaya daxil olması ciddi mesajdır`

Gündem, Manşet Üstü, Türkiye 24 Ağustos 2016
628

Bu gün Türkiyə ordusu koalisiya təyyarələrinin dəstəyi ilə Suriyanın şimalındakı Cerablus şəhərini İŞİD terrorçularının azadetmə əməliyyatına başlayıb. Artıq Türkiyə ordusu və koalisiya qüvvələrinin birlikdə keçirdikləri əməliyyat nəticəsində Suriyanın Keklice qəsəbəsi İŞİD-dən təmizlənib.

Bəs Türkiyənin Suriyada quru əməliyyatlarına başlaması bölgədə hansı dəyişikliyə səbəb olacaq?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Türkiyə Suriyada hərbi əməliyyatlara başlamağa bir qədər gecikib: “Suriyadakı proseslərin mənfi təsiri ən çox Türkiyəyə dəyirdi. Bu müddət ərzində İran, Rusiya, ABŞ Suriyadakı hərbi varlığını qoruyurdu. Yalnız Türkiyə hərbi varlığını ortaya qoymamışdı. Hansı ki, Suriyadakı vəziyyətdən ən çox zərər çəkən tərəf idi. Doğrudur, hərdənbir bombalamalar həyata keçirirdi. Ancaq, bununla Suriyada oyunçu olmaq mümkün deyil. Ona görə də quru əməliyatlarının keçirilməsi lazımlı idi və artıq Türkiyə bunu edir”.

Əməliyyatdan Türkiyənin qazancı nədir sualına isə politoloq belə cavab verib: “Türkiyə bu əməliyyatı həyata keçirməklə Suriyada hərbi varlığını ortaya qoydu. Eyni zamanda Suriyada kürd bölgəsinin yaradılmasına imkan verməyəcəyini ortaya qoydu. Bu çox ciddi mesajdır”.

E.Şahinoğlunun fikrincə, Türkiyənin bu fəallığı bütün dövlətlərin maraqlarına uyğundur: “ABŞ-ın vitse-prezidenti Co Bayden Ankaradadır. Çox güman ki, bu məsələ ilə bağlı danışıqlar aparacaq. Bu ABŞ-Türkiyə münasibətlərinin istiləşməsi baxımından da vacibdir. Eyni zamanda Türkiyənin bu əməliyyatlara başlaması Rusiya və İranın da maraqlarına cavab verir. Çünki, Türkiyənin Suriyadakı quru əməliyyatlarını həyata keçirməkdə əsas məqsədi bu ölkənin ərazi bütövlüyünü qorumaqdır. Bu Suriya prezidenti Bəşər Əsədin də maraqlarına xidmət edir. Baxmayaraq ki, onun Türkiyə və prezidenti ilə ciddi fikir ixtilafları var. Amma, Əsəd də bilir ki, Türkiyənin bu əməliyyatlartı həyata keçirməkdə məqsədi Suriyanı parçalamaq yox, onun ərazi bütövlüyünü qorumaq, İŞİD və silahlı kürd varlığını ortadan qaldırmaqdır. Ona görə də bu aktual bir əməliyyat idi. Əgər İŞİD üzərində Türkiyə qələbə çalarsa, bölgədə nəzarətini gücləndirərsə, beynəlxalq aləm Suriyada Türkiyənin aktiv oyuncu olacağını qəbul edəcək”.

Politoloqun sözlərinə görə, əməliyyatlar bölgədə qüvvələr nisbətinə təsir edəəck: “Böyük dövlətlər Türkiyə ilə hesablaşmaq məcburiyyətində qalcaqlar. Çünki, Türkiyə ordusu bölgədə möhkəmləndikdən sonra bir müddət oradan çıxmayacaq. Buna görə də böyük dövlətlər Türkiyə ilə hesablaşmaq məcburiyyətində qalacaqlar. Hesab edirəm ki, Türkiyə bu ərazindən terrorla mübarizəni daha aktiv şəkildə həyata keçirə bilər”.

Elvin Abdulqədirov
AzVision.az

Yorumlar