Rusiya XİN rəhbəri Lavrovun 5 rayonun qaytarılması bəyanatını bir qədər nizamlayıb prosesə başlamaq mümkündür.5 rayonun qaytarılması danışıqların sülh yolu ilə davam etdirilməsi üçün açar rolunu oynamalıdır.Bundan sonra sülhməramlı qüvvələrin münaqişə zonasında yerləşdirilməsi məsələsinə baxılmalıdır.Bəzi ekspertlər sülhməramlıların regiona gəlməsini işğal faktı kimi dəyərləndirsələr də bu beynəlxalq praktikadır və başqa alternativ variantı yoxdur.Lakin sülhməramlıların statusu və kontingenti müzakirə predmetidir.Məlumdur ki, uzun illərdir Rusiya öz hərbi birləşmələrini sülhməramlı kontingent adı ilə Qarabağda yerləşdirməyə can atır.Bütün səylərə baxmayaraq Azərbaycan bu təklifi qətiyyətlə rədd edib.Lakin zaman keçdikcə Azərbaycanın beynəlxalq dəstəyi güclənir və nəhayət Türkiyənin qətiyyətli davranışları bizim mövqelərimizi xeyli gücləndirib. Bundan sonra sülhməramlı qüvvələrin yerləşdirlməsi məsələsinə qayıtmaq olar və bir neçə ölkənin o cümlədən Türkiyənin iştirakının təmin olunması ilə prosesə razılıq vermək mümknüdür.Münaqişə bölgəsinə dəvət olunan sülhməramlılar BMT-nin statusuna malik olmalıdılar.Eyni zamanda bu qüvvələrin istifadəsində olan hərbi texnikalar yalnız mobil hərəkətli texnika və yüngül silahlarlardan ibarət olmalıdır.. Türkiyənin qalıcı olması şərti ilə ölkələr hər il dəyişdirilməlidir.
Vasif Efendi kafkassam Bakü
Türkiyənin qətiyyətli davranışları bizim mövqelərimizi xeyli gücləndirib
465 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.