KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Manşet Üstü
  4. »
  5. Türkiyəli politoloq: ”Türkiyəni Suriyaya, Ərdoğanı Əsədə çevirirlər”

Türkiyəli politoloq: ”Türkiyəni Suriyaya, Ərdoğanı Əsədə çevirirlər”

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
615 0

Türkiyəli politoloq: ”Türkiyəni Suriyaya, Ərdoğanı Əsədə çevirirlər”
Yakında Rus uçağı düşürülecek
Ankarada fəaliyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, türkiyəli politoloq Hasan Oktay Admiral.az-a müsahibəsində Türkiyədə baş verən son terror hadisələrini və bunun arxasındakı siyasi prosesləri şərh edib.

– İstanbulda terror törədildi, ardınca Mardində və digər bölgələrdə terror hücumu oldu. Türkiyədə yenidən nə baş verir?
– Son bir ildə Türkiyədə terrorların sayı həddindən artıq çoxalıb. Cənub-Şərqi Anadolu Suriyaya çevrilib. Biz həmişə bu məsələyə diqqət çəkmişik: Türkiyə Suriyaya çevriləcək və onun Suriyadakı rolunu İran-Rusiya faktoru üzərinə götürəcək, Ərdoğan da Əsədin yerinə qoyulacaq. Hazırda mövcud vəziyyət dediyimiz kimidir. 5 il öncə Ərdoğanın adı Putinlə birlikdə çəkilirdi, indi sistemli şəkildə yaradılan ictimai rəy nəticəsində onun adı Qəddafi və Səddamla, yaxud Əsədlə eyni səviyyəyə qoyulur. Bu Ərdoğanın timsalında Türkiyəyə qarşı olan əməliyyatdır. Xüsusilə 7 iyun seçkilərindən sonra Ərdoğan özünə qarşı oynanılan oyunu gördü və PKK ilə həyata keçirilən bütün görüşmələri ləğv etdi. Ardınca terrora qarşı əməliyyatlara start verildi. Şərq bölgələrindəki hücumlar, İstanbulda, Mardində törədilən terror aktları Türkiyəni sıxışdırmağa istiqamətlənən fəaliyyətlərdir.

– Son terrorların arxasındakı güc kimdir və əsasən nəyə hesablanmış oyun oynanılır?
– Türkiyəni Ərdoğanın şəxsində küncə sıxışdıraraq, istədikləri yerə sürükləmək istəyirlər. İstanbul terrorunun TBMM-də səsvermədən keçən və imzalanması üçün Ərdoğanın önünə qoyulan parlamentdəki deputatların, xüsusilə HDP deputatlarının toxunulmazlığının qaldırılması məsələsi ilə eyni ərəfədə baş verməsi bütün diqqətləri PKK-nın üzərinə çəkib. Belə bir vəziyyətdə İŞİD-in terror törətmə ehtimalı yüksəlir. Amma terrorun kimin tərəfindən törədilməsi ilə bağlı məsələdə ağıla gələn ilk ad PKK-dır. Çünki Ərdoğanın imzaladığı sənədlər dolayısı ilə PKK-ya qarşıdır. Yaxud diqqəti bura çəkərək, terror aktlarını başqa bir təşkilat tərəfindən törədilməsi ehtimalı da var. Məqsəd Türkiyəni sıxışdırmaqdır. Almaniya-Türkiyə münasibətlərini daha da pisləşdirmək istəyən qüvvələrin bu terror aktlarını Almaniyanın üzərinə yıxmaq üçün törədə biləcəyi versiyası da var. Yəni indiki vəziyyətdə hər cür terror aktı törədə və bunu üzərinə götürən istənilən təşkilatı tapa bilərlər. Məhz buna görə də son terrorların kimin tərəfindən tördildiyi dəqiqləşməyib.

– Maraqlıdır ki, son dövrlər xüsusilə miqrant probleminə görə Qərbdən Türkiyəyə qarşı təzyiqlər artır. Almaniyanın qondarma “erməni soyqırımı” ilə bağlı qərarından bunun açıq şahidi olduq. Terror hücumları ilə bu siyasi təzyiqləri birləşdirən nöqtə varmı?
– Miqrant problemi Avropa Birliyi-Türkiyə münasibətləri üzərində müzakirə edilməsi vacib olan məsələdir. Türkiyə hər şeydən əvvəl terrorun kökünü kəsməli, daha sonra miqrant problemini rahat şəraitdə hər ölkə ilə müzakirə etməlidir.
Terror davam etsə də, son dövrlər təsiri azaldılıb. Xalq bu terrora dəstək vermir, kürd xalqı da terror təşkilatlarının oyuncağı olmaq istəmir. Hətta xalqla PKK arasında dərin uçurum yaranır. PKK hücumlarını davam etdirə bilər, amma hücumların altına onun adını yazsalar da, əslində bunun başqa güclər tərəfindən təşkil edildiyi məlumdur. Ona görə də hücumların kütlələr üzərində dərin təsir buraxması yavaş-yavaş aradan qalxır. Türkiyə terrorun qarşısını ala biləcək gücdədir və buna qarşı addımlarını sürətlə atır.
Almaniya-Türkiyə münasibətlərinə gəlincə, burada bir çox problemlər mövcuddur. Türkiyə çox vaxt bu problemləri öz lehinə həll edə bilir. Almaniya da bu prosesin önünü almaq üçün keçmiş problemlərə yeni don geyindirərək, Türkiyəni sıxışdırmaq və diqqəti ora çəkmək istəyir. Erməni məsələsi də buna hesablanmış addımdır. Fikrimcə, Almaniya həyata keçirdiyi hücumun daha təsirli olması üçün bir çox dövləti də qondarma “erməni soyqırımı”nı tanıması üçün hərəkətə keçirə bilər. Türkiyə erməni məsələsinə bu kontekstdə baxmalıdır. Almaniyanın və ona bağlı ölkələrin erməni məsələsi üzərindən hücuma keçmələrinə fərqli yanaşmalı və diqqətini sırf erməni məsələsinə yönəltməməlidir. Keçmiş problemlərə yeni həll yolları tapmaq mümkün deyil. Ötən əsrin problemini də yeni əsrə daşıyaraq, bunu həll etmək çətindir. Almaniya da erməni məsələsinin arxasında gizlənərək, yeni əsrin problemlərindən qaça bilməz. Miqrant problemini Avropa Birliyinin gələcəyi baxımından, həmçinin, Avropa Birliyi-Türkiyə münasibətləri fonunda müzakirə etmək əvəzinə, erməni məsələsini gündəmə gətirməklə Almaniya özünü çıxılmaz vəziyyətə salır. Türkiyə bu problemləri həll etmək əzminə sahibdir. Digər tərəfdən, Roma Papasının Ermənistana nəzərdə tutulan səfəri öncəsi Almaniyanın belə bir qərara imza atması da ayrıca dəyərləndirilməli məsələdir.

Gülnar Babayeva
https://admiral.az/s/?i=33998#

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir