KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Türkiyədən Avropaya böyük axın başlamasının əsas SƏBƏBLƏRİ – Hasan Oktay’dan maraqlı MÜLAHİZƏ

Türkiyədən Avropaya böyük axın başlamasının əsas SƏBƏBLƏRİ – Hasan Oktay’dan maraqlı MÜLAHİZƏ

Hasan Oktay Hasan Oktay - - 5 dk okuma süresi
322 0

Son zamanlar Türkiyədən Avropaya üz tutan həkimlərin sayının artdığı qeydə alınıb.

Bu barədə Böyük Britaniyanın nüfuzlu media qurumları məlumat yayıb.

Türkiyə Tibb Assosiasiyasının yaydığı statistik məlumatda isə qeyd olunur ki, təkcə 2021-ci ildə 1405 həkim ölkəni tərk edərək? xarici ölkələrdə çalışmağa gedib. Bu ilin statistik məlumatlarına görə isə yanvar ayından bu yana cəmi 197 həkim xaricə üz tutub.

Ekspertlər qeyd edir ki, bu rəqəm 2012-ci illə müqayisədə 2.206% fərq təşkil edir, yəni on il əvvəl bu rəqəm cəmi 59 nəfər olub.

Digər bir problem kimi Türkiyədən Avropaya edilən qanunsuz axındır. Avropalı ekspertlər hər il Türkiyə tərəfindən xeyli sayda sərhəd pozuntusunun qeydə alındığını bildirir. Hətta onlar son nəticələrdən sonra Türkiyəni Avropanın “Venesuela”sı adlandırırlar.

Məsələyə aydınlıq gətirmək üçün Ednews KAFKASSAM-ın rəhbəri, siyasi ekspert Həsən Oqtayla söhbətləşib. Ekspertin bunu Türkiyədə, əsasən təbib sahəsində təhsilin əlçatanlığı ilə əlaqələndirib:

“Bəli, son vaxtlar Türkiyədən Avropaya, xüsusən də Almaniyaya ciddi sayda səhiyyə işçilərinin axını müşahidə olunur. Bunun bir çox səbəbi var, onlardan biri də Türkiyədə tibb təhsilinin çox keyfiyyətli, əhatəli və olduqca çox bahalı təhsil modeli olmasıdır.

Digər tərəfdən də bu, Avropa, xüsusən də Almaniya hökumətinin ölkəsinə savadlı və peşəkar mütəxəssislərin cəlb edilməsi siyasətidir. Yəni bir sözlə, Avropa tibb təhsilinə sərmayə qoymaq əvəzinə, dünyanın bir çox yerindən, ələxüsus da Türkiyədən səhiyyə işçilərini cəlb edərək artıq xərcləri azaltmağa çalışır. Xüsusən də koronavirus pandemiysı dövründə Türkiyənin ciddi mübarizəsi səhiyyə işçilərinin fədakar əməyi və müstəsna uğurunun nəticəsini ortaya qoydu.

Həsən Oqtay məcburiyyətdən dolayı xaricdə işləməyə gedən səhiyyə işçiləri barədə də fikir bildirib.

“Bunu səmimi etiraf etməliyik ki, pandemiya səhiyyə işçilərinin üzərinə ağır bir yük qoydu. Həmin dövrdə fasiləsiz iş vaxtları və cüzi əmək haqqı bir çox tibb mütəxəssislərini narazı saldı. Ən əsası da, bu cür iş tempinə cavab olaraq aldıqları maaşların qeyri-kafi olması, digər tərəfdən inflyasiya və bazardakı yüksək istehlak indeksi rəqəmləri, habelə Avropadakı cəlbedici maaş təklifləri səhiyyə işçilərini köç etməyə məcbur edib”.

Bundan əlavə, ekspert gedən kadrların yerində yaranan boşluqların yerinin doldurulması məsələsinə də toxunub.

“Türkiyə peşəkar kadrlarını xarici ölkələrdə itirdiyi halda, digər tərəfdən Suriya, İraq, İran, türkdilli ölkələr və Əfqanıstandan xeyli sayda səhiyyə işçilərinə qucaq açıb. Baxmayaraq ki, gələn kadrların peşəkarlıq səviyyəsi gedənlərdən bir qədər aşağıdır, lakin onların qısa müddətdə Türkiyə sisteminə uyğunlaşacağı ümid vericidir”.

Söhbət zamanı H.Oqtay, həmçinin Avro İttifaqının Türkiyə sərhədlərindən qanunsuz keçən miqrantlar məsələsinə də toxunub.

“Hazırda Türkiyə özü bu problemi daxildə yaşamaqdadır. Az öncə qeyd etdiyim kimi, hazırda Türkiyə Suriya, Afrika, İraq, İran və digər ölkələrdən gələn mühacir axını ilə üz-üzədir. Onlar qanuni yollarla Avropaya gedə bilmədiklərindən insan qaçaqmalçılarının nəzarəti altında qeyri-qanuni yollarla Avropaya getməyə üstünlük verirlər. Bu, Avropa üçün gözləniləndən daha böyük risk və təhlükə yaradır. Türkiyə bilirsiniz quru sərhəddən Yunanıstan və Bolqarıstanla həmsərhəddir və Avropaya qanunsuz keçən miqrantlar bu ölkələrin sərhədindən istifadə edir. Təəssüf ki, bəzən həmin miqrantlar Türkiyədən keçə bilsələr də, Avropa sərhədində həyati dərəcədə böyük təhlükələrlə üzləşirlər”.

Elnur Ənvəroğlu
https://m.ednews.net/az/news/analytical-wing/516424-turkiyeden-avropaya-boyuk-axin-baslamasinin

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir