Amerika hədəflərini göstərdi – Çin və Rusiya

HDP Milletvekili Paylan, 24 Haziran seçimlerinden sonra Ermenistan Başbakanı ile görüşecek

NikolPaşinyan Ermenistan Başbakanı Olabilir, Ama Sonra?

Nazim Cafersoy’dan Azerbaycan Türkiye değerlendirmesi

Türkiyədə Soylu şoku: nə baş verir? – Türkiyəli ekspert

Gündem 13 Nisan 2020
126

Türkiyədə axşam saatlarında Daxili İşlər naziri Süleyman Soylunun istifa qərarı böyük bir şok dalğası meydana gətirdi.

Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Həsən Oqtay nazir Süleyman Soylunun istefa qərarını şərh edərkən deyib. Onun sözlərinə görə, koronavirus səbəbiylə gərginlikdə olan hökumət yaranan çətinliklərlə mübarizə apararkən, digər tərəfdən nəqliyyat naziri Cahidi ötən həftə vəzifəsindən azad etdi:

“İndi Daxili İşlər naziri Süleyman Soylunun istefa qərarı sual altındadır. Prezidentin bu istefanı qəbul etmədiyi ilə bağlı xəbərlər yayılır. Hökümətə yaxın mənbələrdən əldə edilən məlumata görə, kabinetdə Süleyman Soylunun maliyyə naziri, eyni zamanda prezidentin kürəkəni Barat Albayraqla ciddi qarşıdurması var. Həm bu mübarizə üzə çıxdı və həm də koronavirus mübarizəsi zamanı Süleyman Soylu bu anda hərbi vəziyyət qərarı vermə mərhələsində ondan gözləniləni edə bilmədi və hər kəs tərəfindən tənqid olunduqdan sonra istefasını elan etdi”.

Ekspertin fikrincə, Türkiyə Prezidenti Soylunun istefasını qəbul etmək istəmədiyini dilə gətirsə də, bu heç nəyi dəyişməyəcək:

“Prezident hökumət parçalanmasın deyə, bu istefanı qəbul etməyə bilər. Süleyman Soylu istefasının Prezident tərəfindən qəbul olunmayacağını görərək, bəlkə də bir manevr edərək, kabinetdə möhkəm mövqe tutmaq istəyə bilər. Ancaq belə bir münasibət Prezident tərəfindən müsbət qarşılanmayacaq və bu baş verərsə, Prezident bu istefanı təsdiqləməsə də, Süleymanı ən qısa müddətdə əvəzləyəcək”.

Analitik bu baş verənlərin sonda erkən seçkilərlə nəticələnə biləcəyini də istisna etməyib.

Qeyd edək ki, Türkiyə Cümhurbaşqanlığından verilən rəsmi açıqlamada Süleyman Soylunun istefasının qəbul edilmədiyi bildirilir.

Müəllif: Axar.az

Yorumlar