Türkiyədə baş verən silsilə terror aktlarının məsuliyyətini 2004-dən bu yana məclisdə üstünlüyü ələ alan AK partiyası daşıyır. Əvvəlcə Səddam Hüseynin müqəvvasından qorxub İraqda doğru-dürüst xarici siyasət yürüdə bilmədilər. Suriyada qırğınlar, qaçqın axını başlayanda yenə Barak Obamanın, AB-nin ağzını güdərək bufer zonası yaratmaqdan çəkindilər. Qarşılığında daha axmaq siyasət yürüdərək Suriyadakı silahlı dəstələrin bir neçəsi ilə əməkdaşlığa girib Türkiyənin adını məzhəb davasında batırdılar. Sınırları açaraq milyonlarla Suriyalını ölkəyə buraxdılar. Bundan yararlanan YPG 100-lərlə başkəsəni Türkiyəyə postalayaraq İŞİD adı altında PKK və Rusiya kəşfiyyatı üçün canlı kontinqent hazırladı. İndi də bu başkəsənlər dəqiq kordinantlarla partlayışlar törədirlər. Zamanında kimsədən qorxmayıb ilk qaçqın axınları zamanı cənub sınırlarını Suriyanın və iraqın içinə doğru 10 km çəkə bilsəydilər və həmin bufer zonada qaçqınları kampuslara yerləşdirsəydilər bugünlərdə baş verən faciələr yaşanmazdı. Əksinə getdikcə həmin bufer zonanın enini genişləndirmək olardı. Regionda Türkiyənin sülhün qarantı olması ortaya çıxardı. Əskərlərin avtobusda partladılması tam dözülməz bir şeydir. Dövlət maraqlarını dini maraqlara qurban verən axmaqların hakimiyyəti bundan artıq ola bilməz. Çavuşoğlu kimi ruşvətxorun xarici siyasətin başına gətirilməsi elə əvvəldən bu faciələrin anonsunu demək idi. Aziz Anar Mustafa
Türkiyədə baş verən silsilə terror
332 0

EtiketlerTürkiyədə baş verən silsilə terror
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.