Lübnan Türkleri ya da Lübnan’da Mardin diasporası!

Viyana görüşünə gedən yol

Sırbistan Mig-29’larını teslim almaya başladı

Afrin əməliyyatı və türklərin “qızıl alma”sı

Türkiyədə AKP və MHP yenidən birləşir?

Gündem 23 Kasım 2018
53

Ərdoğan və Baxçalı yenidən görüşdü, türkiyəli ekspert Hasan Oktay deyir ki, hökumət Ankara və İstanbulu itirərsə növbədənkənar parlament seçkiləri gündəmə gələ bilər

Noyabrın 21-də Türkiyə prezidenti, hakim AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan Ankarada prezident iqamətgahında MHP sədri Dövlət Baxçalını qəbul edib. Yerli vaxtla saat 16-da başlayan görüş qapalı olub və 55 dəqiqə davam edib.

Ərdoğan və Baxçalı sonuncu dəfə oktyabrın 16-da görüşüb, lakin təxminən bu tarixdən sonra iki partiya arasında soyuqluq yaranıb. AKP-nin Baxçalının amnistiya təklifini rədd etməsi, milliyyətçiliklə bağlı sərt sözləri iki partiya arasında ittifaqın sona çatması kimi yozuldu. Ancaq görünür ki, liderlər birgə davam etməyi düşünürlər.

Məsələ ondadır ki, hər nə qədər iki təşkilat arasında sözlü atışma olsa da, görünür ki, yaranmış yeni siyasi şərtlər AKP və MHP liderini yenidən barışmağa məcbur edir. Yeri gəlmişkən, 21 noyabr görüşündən sonra partiyaların sədr müavinləri səviyyəsində müzakirələrin davam aparılması və yekun olaraq hazırlanan anlaşmanın liderlərə təqdim edilməsi qərarlaşdırılıb. Bu barədə mətbuata AKP sözçüsü məlumat verib.

Söhbət ana müxalifət CHP ilə əsasən MHP-dən ayrılan və AKP-dən narazı mühafizəkar kəsimin təmsil olunduğu İYİ Partiyanın bələdiyyə seçkilərinə ittifaqla getməsi perspektivindən gedir. Məsələ ondadır ki, bundan əvvəl AKP və MHP həm 2017-ci il referendumu, həm də bu il keçirilən prezident və parlament seçkilərində birgə ittifaqla qatılıb və bu ittifaq uğurlu olub. Ən azı hər ikisindən qalib çıxıb.

Ancaq son parlament seçkilərində CHP və İYİ Partiya ittifaqla qatılıb, nəticədə yeni yaranmasına baxmayaraq Meral Akşenerin partiyası da parlamentə düşə bilib. İndi isə CHP və İYİ Partiya bələdiyyə seçkilərinə birgə getmək üçün hazırlıq görür. Bu isə MHP ilə yollarını ayıran AKP üçün ciddi riskdir. Çünki son anket sorğuları AKP-nin vəziyyətinin heç də yaxşı olmadığını göstərir. Yəni MHP ilə ittifaqın pozulması bələdiyyə seçkilərində, xüsusən də İstanbul və Ankara kimi iri şəhərlərin mer seçkilərində AKP-yə baha başa gələ bilər.

Məsələ ondadır ki, bələdiyyə seçkiləri Türkiyədə siyasi mənzərənin müəyyənləşməsində həlledici rol oynayır. Xüsusən də “Böyük şəhər” bələdiyyələri adlandırılan 20-dən artıq bələdiyyələrdə sədr seçkilərinin nəticələri siyasi mənzərəni müəyyən edir. Bu mənada Ərdoğan və Baxçalının görüşü və onun nəticəsində formalaşacaq yeni ittifaq 2019-cu il martın 31-də keçiriləcək bələdiyyə seçkilərinin taleyini müəyyən edə bilər.

Təbii ki, əsas hədəf Türkiyədə “ölkə içində ölkə” hesab olunan İstanbul və Ankara kimi böyük şəhərlərin merinin seçilməsidir. Əgər AKP İstanbul və ya Ankarada seçkiləri uduzarsa, növbədənkənar seçkilər gündəmə gələ bilər.

Politoloq, “Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay deyir ki, bələdiyyə seçkiləri Türkiyə siyasi gündəmində ciddi həyəcan yaratmaqdadır. Artıq iri siyasi partiyaların bələdiyyə seçkilərinə getmək üçün seçki ittifaqları danışıqlarını başlatdığını deyən H.Oktayın sözlərinə görə, Türkiyə Seçki Qanunu bələdiyyə seçkilərində partiyaların seçki pbloku yaratmasına icazə verməsə də, siyasi təşkilatlar fərqli fromalarda ittifaqlar qururlar. Burda əsasən bir-birinin namizədini müəyyən etmək taktikası yürüdülür.

Sitat: “Bu seçkilərdə də 24 iyun prezident və parlament seçkilərində olduğu kimi partiyalar ”Cumhur İttifaqı” və “Millət İttifaqı” formasında birləşəcəklər, ancaq bu birlik rəsmi olmayacaq. Xüsusən də 24 iyun seçkilərində AKP-MHP ittifaqı cüzi fərqlə qalib gəldikdən sonra “Millət İttifaqı”nı təşkil edən CHP, İYİ Partiya və Səadət Partiyası bələdiyyə seçkilərinə hazırlaşmağa başladı. “Millət İttifaqı” hazırda rəy sorğularına görə, Ankara və İstanbul kimi iri şəhərlərdə öndədir. Bu səbəbdən də MHP 24 iyunda formalaşan yeni siyasi sistemin davam etməsi üçün AKP-nin İstanbul və Ankara bələdiyyə sədri postlarını qoruması lazım gəldiyinə qərar verib. Bu səbəbdən də MHP gələn ilki bələdiyyə seçkilərində Ankara və İstanbuldan namizəd irəli sürməyəcək və AKP-nin namizədini dəstəkləyəcək”.

H.Oktay deyir ki, ilk vaxtlarda AKP rəhbərliyi yeni ittifaq təklifinə isti yanaşmasa da, sonradan baş verənlər hökuməti barışmağa vadar edib: “Çünki rəy sorğuları göstərdi ki, AKP İstanbul və Ankaranın meri postunu qazana bilməyəcək. Bundan sonra AKP-də vəziyyət dəyişdi və bildiyiniz kimi, ötən gün prezident Ərdoğan Baxçalı ilə görüşdü. Görüş barədə yayılan məlumatlardan da anlaşılır ki, yaxın zamanlarda CHP-İYİ Partiya ittifaqına qarşı AKP-MHP ittifaqı qurulacaq”.

Hələlik AKP-MHP ittifaqının seçki ilə bağlı razılaşması bilinməsə də, H.Oktaya görə, MHP İstanbul və Ankara kimi şəhərlərdə öz namizədi ilə çıxış etməyəcək, AKP-nin namizədlərini müdafiə edəcək: “Bunun qarşılığında hələlik bilinən odur ki, razılaşma yoxdur, lakin ehtimal ki, bu dəstəyin qarşılığında Adana, Mersin və Manisada irəli sürəcəyi mer postuna irəli sürəcəyi namizədlərə dəstək istəyəcək. Bələdiyyə seçki ittifaqları rəsmi olmadığı üçün rəy sorğuları reallığı əks etdirməyə bilər. ancaq istənilən halda bələdiyyə seçkiləri. xüsusən də böyük şəhər bələdiyyələrinin seçilməsi ciddi siyasi yük daşıyır. Əgər hökumət Ankara və İstanbulda mer postunu itirərsə, seçkini CHP qazanarsa, o zaman növbədənkənar parlemtn seçkiləri gündəmə gələ bilər”.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

Yorumlar