KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Türkiyə və Yunanıstan arasında gərginlik müharibəyə çevrilə bilərmi?

Türkiyə və Yunanıstan arasında gərginlik müharibəyə çevrilə bilərmi?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
325 0
zuriye

Aralıq dənizinin şərqində Türkiyənin, hələ Şimali Kiprin hüquqlarını nəyin bahasına olursa-olsun qoruyacaqlarını bütün dünyaya açıq şəkildə göstərməsi, istismarçıları narahat etdi. Şərqi Aralıq dənizində baş verən hadisələrə dünyanın demək olar ki, bütün böyük dövlətləri qarışdı. Xüsusən, Kipr sahillərində kəşf olunmuş yataqların hansı dövlətin ərazi sularına aid olması Türkiyə ilə Yunanıstan arasında mübahisə mövzusuna çevrildi. Türkiyə Oruc Rəis gəmisini dənizə buraxdıqdan sonra cavab olaraq Yunanıstan Türkiyənin Melis adasına hərbi gəmilər göndərdi. Bu addımın əsas səbəbi koalisiya üzvlərinin Türkiyəni güzəştə getməyə məcbur etməsidir.
Türkiyənin Yunanıstanla gərgin münasibətləri bundan öncəki proseslərə dayanır. Belə ki, “Ərəb baharı” nəticəsində 2012-ci ildə Misirdə Türkiyənin iqtidar partiyasının siyasi müttəfiqi Müsəlman qardaşlarının hakimiyyətə gəlməsi Türkiyə hökumətini bu rəqabətdə önə çıxarmışdı, lakin bir il sonra prezident Məhəmməd Mursinin general Sisi tərəfindən devrilməsi və Müsəlman qardaşlarının terror təşkilatı elan olunmasından sonra Yunanıstan və Rum Kipri bu vəziyyətdən, eləcə də İsrail-Türkiyə gərginliyindən faydalanmağa çalışdılar.
Gərginliyin digər səbəbi 2019-cu ilin yanvarında bölgə ölkələrinin iştirakı ilə Qahirədə Şərqi Aralıq Qaz Forumunun yaradılması oldu. EastMed layihəsinin (İsrail-Kipr-Yunanıstan qaz boru xətti) həyata keçirilməsi istiqamətində işlər sürətləndi. Bu boru kəməri ilə Avropaya ildə 10 milyard kubmetr İsrail qazının nəqli planlaşdırılırdı. Bu barədə rəsmi anlaşma 2020-ci il yanvarın 2-də Afinada imzalandı. Türkiyə bu addımlara qarşı hələ 2019-cu il noyabrın 27-də Liviya Milli Razılıq Hökuməti ilə dəniz sərhədlərinin delimitasiyası haqqında müqavilə bağlayıb. Bu sənədlə Yunanıstanın Krit adasının şərq hissəsi Türkiyə və Liviya ərazi sularına aid edilir. Türkiyənin Liviya ilə dəniz sərhədləri anlaşmasından sonra digər dövlətlərin də maraqları toqquşmağa başlayıb. İran, İsrail, Misir, ABŞ, Rusiya, Fransa kimi dövlətlər öz maraqları uğrunda mübarizəyə başlayıblar.
Bu regionda Türkiyənin tək müttəfiqi Liviyadır. Buna görə də, Milli Razılıq Hökuməti BMT səviyyəsində qanuni hökumət kimi tanınsa da, Tobruk hökuməti və onu təmsil edən Xəftar Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İran kimi regional qüvvələr və Rusiya, Fransa kimi qlobal qüvvələr tərəfindən dəstəklənir. Adı çəkilən ərəb ölkələri Xəftarı maliyyələşdirir və hərbi texnika ilə təchiz edir, Rusiya isə Vaqner özəl hərbi şirkətinin muzdlu döyüşçülərini Liviyaya göndərməklə, qeyri-rəsmi olaraq müharibənin tərəflərindən birinə çevrilib. MRH isə Fransa istisna olmaqla, Qərb dövlətləri və ittifaqları (ABŞ, NATO, Avropa Birliyi) tərəfindən siyasi səviyyədə dəstəklənir və Türkiyə ilə Qətərdan hərbi, maddi yardım alır.
Türkiyə ilə Yunanistan arasında gərginliyin ağır münaqişəyə çevrilmə ehtimalı azdır. Klauzeviç deyirdi ki, müharibə siyasətin davamı olan bir vasitədi. Ancaq nə Türkiyə, nə də Yunanıstan bunu istəməzlər. Çünki, hər ikisi NATO üzvüdü. Güclü NATO üzvləri – qarşı cəbhə olan Fransa istisna olmaqla, İngiltərə və Almaniya münaqişəyə müdaxilə edə bilər. Əslində, Fransa da münaqişə əleyhinə olan dövlətdir. Çünki, Fas, Cəzair, Tunis kimi Fransanın mədənlərindən illik 500 milyard dollar gəlir etdiyi müstəmləkə ölkələrində bu münaqişə domino effekti yarada bilər. Avropa Birliyinin də münaqişənin əleyhinə olması üçün səbəbləri var: 1) Miqrant axını təhlükəsi var. Türkiyədə 4-5 milyon suriyalı var. “Bahar qalxanı” hərəkatında Avropa Birliyi miqrant axınının ağır nəticələrinin şahidi oldu. 2) İqtisadi baxımdan uyğun deyil. AB və Türkiyə Rusiya qazından aslıdır. Türkiyənin uğurları gələcəkdə bu aslılığın azalmasına səbəb ola bilər. Orada 2 milyard barelə yaxın neft ehtiyatı, 3 növdə 45 milyard kub metr qaz var. Burada istismarçı dövlətlərin planı Türkiyəni Aralıq dənizində 161 min kv. km ərazi sularına sahib olduğu halda 41 min kv. km-lik dar sahəyə sıxışdıraraq ehtiyatlardan məhrum etməkdir. Aralıq dənizində ən böyük sahili olan Türkiyənin dənizdə yalnız 1 faiz hissə ilə razılaşmasına ümid etmək yersizdir. Dəniz hüquqlarını pozan ölkə Yunanıstandır. Türkiyə isə tam haqqlı tərəfdir. Türkiyə Şərqli Aralıq dənizində hüquqlarını qorumalı və mübarizəsini sonadək davam etdirərək bölgədə oynanan oyunları pozmalıdır. Əks halda dəniz sahilləri ancaq Antalya körfəzindən ibarət olacaq.
Züriye Garayeva kafkassam Bakü

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir