Կեղծիքի ու համատեղ հանցանքի վկաները

Türkiye, S-400’deki dost-düşman tanıma sistemini kendi tanımlayacak

MOSKVA UKRAYNADA PARLAMENT SEÇKİLƏRİNƏ HAZIRLAŞIR!

ÜNİVERSİTELERİN KRİTER YARIŞI VE SÖZDE “KALİTELİ DERGİ” ANLAYIŞI

Türkiyə, Rusiya, yoxsa İranın ölkəmizə daha çox təsiri var?

Gündem 11 Ocak 2019
41

Politoloq: “Yalnız Türkiyə Azərbaycanın milli maraqlarına uyğun…”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvar ayında Rusiyaya səfərə gedəcək. Soçidə Türkiyə-Rusiya-İran prezidentlərinin üçlü görüşü olacağı bildirilir. Regionda gedən geosiyasi proseslərin müzakirə ediləcəyi şübhəsizdir.

Adıçəkilən hər üç ölkə Azərbaycanın yaxın ətrafında yerləşir. Hər üçünün də Azərbaycanda maraqlarının olduğu məlumdur. Bəs bu üç ölkədən hansının Azərbaycana daha çox təsir imkanları və təsiri var?

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a açıqlamasında öncə bildirdi ki, yerləşdiyimiz regionda və Yaxın Şərqdə dövlətlərarası geosiyasi rəqabət kəskinləşməkdədir. Bu gərginlik artıq siyasi müstəvidən hərbi müstəviyə keçib. Ərdoğanın Rusiya səfəri məhz belə bir dövrə təsadüf edir: “Beynəlxalq konyukturada gərginliyə səbəb olan Suriya münaqişəsində Türkiyə, İran və Rusiyanın birgə fəaliyyəti regionda müəyyən qədər problemin həllinə önəmli töhfə verib. Suriya üzrə Türkiyə Rusiya və İran Astana formatı çərçivəsində koordinasiyalı fəaliyyət göstərməklə, atəşkəsin qorunması və İŞİD-in məğlub edilməsində mühüm rol oynayıblar. Məhz bu üç ölkənin birgə səyləri nəticəsində müəyyən qədər Suriyada atəşkəs zonaları yaradılıb. Baxmayaraq ki, Türkiyənin hər iki ölkə ilə Suriya üzrə müəyyən fikir ayrılıqları var, ümumi maraqlar fonunda hər üç ölkə Suriyada terrorizmə qarşı mübarizə, Suriyanın konstitusiyasının hazırlanması və İdlib məsələsini Soçi görüşündə müzakirə edəcəklər. Bu görüş xüsusi tarixi əhəmiyyətə malik görüşdü. 8 illik Suriya müharibəsində yeni mərhələyə keçidi özündə ehtiva edir. Qeyd edim ki, Türkiyə prezidenti Ərdoğan Suriya üzrə dəfələrlə Rusiya prezidenti Putinlə görüşüb iki ölkənin ortaq maraqlarını müzakirə ediblər. Ötən ay Türkiyə heyəti Moskvada oldu, Türkiyənin keçirəcəyi Menbiç və Fəratın şərqinə hərbi əməliyyatları müzakirə etdilər. Türkiyənin maraqları baxımından Soçi görüşü siyasi əhəmiyyət kəsb edir. Artıq ABŞ, Türkiyə ilə Fəratın şərqi və Menbiç məsələsində dərin fikir ayrılıqlarına malikdir. ABŞ YPG-yə qarşı Ankaranın hərbi əməliyyatları əleyhinədir. Belə olan təqdirdə Ankara Soçidə Rusiya və İranla bu hərbi əməliyyatı müzakirə edəcəklər. Rusiya və İran Türkiyənin ABŞ-la fikir ayrılıqlarından məmnundurlar. Çalışırlar ki, bu konflikt dərinləşsin və Türkiyə ilə birgə Suriyada fəaliyyət göstərsinlər. Çünki Türkiyənin ABŞ-la yaxınlaşması hər iki ölkənin təhlükəsizlik maraqlarına ziddir. Soçi görüşündə Suriya və ABŞ-ın regionda siyasəti müzakirə olunacaq. Hazırda Vaşinqton Cənubi Qafqazda da öz mövqelərini gücləndirməyə çalışır. Bu xüsusda Rusiya ilə konfrontasiyaya gedir”.

Politoloq vurğuladı ki, Azərbaycan Cənubi Qafqazın önəmli ölkəsidir və qonşuluğumuzdakı üç böyük dövlətin nəinki Azərbaycana, bütövlükdə Cənubi Qafqaza təsiri var. Xüsusilə Türkiyə və Rusiyanın ölkəmizə təsir imkanları böyükdür: “Türkiyə qardaş ölkə olaraq Azərbaycanın maraqlarının qorunması və Qarabağ münaqişəsində Azərbaycanı tam dəstəkləyir. Türkiyə yalnız Azərbaycanın milli maraqlarına uyğun təsir imkanlarına malikdir. Rusiyanın da müəyyən qədər ölkəmizə təsirləri var. Bu, xüsusilə Qarabağ münaqişəsindən dolayıdır. Məhz Moskva işğalçı Ermənistan vasitəsilə ölkəmizə müəyyən qədər təsir mexanizmlərinə malikdir. Digər tərəfdən, Rusiya ilə böyük ölçüdə su və quru sərhədinə malikik. İki qonşu ölkə olaraq qarşılıqlı əməkdaşlıq formatında əlaqələr son illər inkişaf dinamizminə malikdir. Təbii ki, Rusiyanın Cənubi Qafqazda geosiyasi maraqları Azərbaycanı da əhatə edir. Soçidə Türkiyə prezidenti Ərdoğan Qarabağ münaqişəsinin həllinin vacibliyi məsələsini qaldıra bilər. Məhz iki ölkə Rusiya və Türkiyə, xüsusilə Rusiya siyasi iradə ortaya qoyub, Türkiyə ilə Qarabağ münaqişəsinin həlli üzrə yeni danışıqlara başlamaq iqtidarına malikdirlər. Hər iki ölkə önəmli məsələlərdə razılıq əldə ediblər. Siyasi şərait var ki, yenidən Ankara və Moskva Qarabağ danışıqlarında da müəyyən razılaşmaya gəlsinlər. Əgər Rusiya buna getməsə, ABŞ regionda güclənəcək. Rusiyanın mövqeyi zəifləməklə paralel Türkiyənin geosiyasi təsirləri artacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Yorumlar