Поставка С-300 в Сирию повысит безопасность в регионе, считает эксперт

Siber Güvenilir Bir Türkiye Olmak Çok Mu Zor!

Rusya İsrail’i vurmaya hazırlanıyor!

Ahvaz saldırısı ve 88. kuruluş yıldönümünde Suudi Arabistan!

Türkiyə, Rusiya və İranı İdlibdə birləşdirən hədəf…

Gündem, İran, Rusya, Türkiye 20 Ağustos 2017
272

3 ölkəni birgə əməliyyata vadar edən səbəblər, Ankara kürd problemindən İdlib vasitəsilə necə xilas olmaq istəyir?

Bu həftə İran ordusu Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqiri Türkiyəyə səfər etdi. İran hərbi və siyasi heyətilə Ankaraya gedən general Baqiri türkiyəli həmkarı Hulusi Akarla yanaşı, dövlət rəhbərliyi, o cümlədən prezident Rəcəb Tayyib Ərdoğanla görüşdü.

Səfər zamanı “terrorla mübarizə, regional proseslər, müdafiə sahəsində əməkdaşlıq və sərhəd mühafizəsində əməkdaşlıq” kimi məsələlərin ələ alındığı bildirilsə də, əsas mövzulardan birinin İdlib əməliyyatı və ya Suriyanın şimalında planlaşdırılan hərbi hərəkatla bağlı olduğu ehtimal edilir.

İranlı generalın səfərindən bir gün sonra isə xarici işlər naziri Mövlud Çavuşoğlu yaxın günlərdə Rusiya ordusu baş qərargah rəisinin Türkiyəyə səfər edəcəyini açıqladı. Valeri Gerasimovun da səfər məqsədləri Baqiri ilə eyni idi, əsas səbəb Suriyanın şimalı, daha dəqiqi İdlib və ətraf bölgələrdəki hərbi hərəkat müzakirə olunacaq.

Bu günlərdə Rusiya mətbuatı Türkiyə, Rusiya və İranın İdlibdə birgə əməliyyat həyata keçirəcəyi haqda iddia ortaya atıb. İddiaya görə generalların Ankara səfərinin əsas məqsədi də İdlib əməliyyatıdır. Hətta gözlənilən İdlib əməliyyatının bəzi detallarını da yazıblar. Belə ki, Rusiya və İran qüvvələrinin cənubdan (Hama və Laziqiyyə istiqamətindən – K.R), Türkiyə ordusunun isə şimaldan irəliləyərək əyalətdə təmizləmə əməliyyatını həyata keçirəcək. Artıq Rusiya qüvvələrinin İdlibin cənubunda Halfaya qəsəbəsində yerləşdiyi bildirilir.

Qeyd etmək lazımdır ki, İdlib hazırda Suriyada əsas müxalif mərkəzlərdən biridir. Bu əyalətin taleyi həm də Suiryanın gələcək taleyi ilə mütənasibdir. Yəni əyalətin taleyi nə zaman və necə həll olunacaqsa, bu, münaqişənin taleyinə təsir edəcək. İdlib Suriyanın şimalında, Türkiyə sərhədlərində, qərbdən Hatay vilayəti ilə həmsərhəd olan böyük əyalətlərdən biridir. Digər bir özəlliyi isə İdlibin bütün ərazisinin müxaliflərin nəzarətində olan yeganə əyalət olmasıdır. Bu əyalətdə İŞİD olmasa da, (kişik qrupların olması mümkündür – K.R) ən-Nusra, Əhrar əş-Şam, Fəth əş-Şam və digər radikal silahlı qruplar mövcuddur. Ötən ay bu qruplar arasında nüfuz müharibəsi başlayıb və vilayətin əsas hissəsi əl-Qaidə bağlantılı qrupların nəzarətinə keçib. Ancaq vilayətin digər ərazilərində başqa qruplar da var.

Astana razılaşmasına əsasən, Suriyada təsis olunmuş atəşkəs bölgələrinə daxil olmayan ərazilərdə yerləşən, o cümlədən Astana anlaşması ilə terrorçu olaraq tanınan silahlı qruplar müttəfiq ölkələr tərəfindən məhv edilməlidir. İdlibdəki silahlı qrupların əsas hissəsi məhz sonuncu bəndə uyğundur. Bu səbəbdən də şərqdə Raqqa və Deyr əz-Zor bölgələrində əməliyyat davam etdiyi bir vaxtda Rusiya-Türkiyə-İran ittifaqının İdlibə nəzarəti ələ alması, həm də Suriya üzərində həlledici qərar vermək baxımından antiqərb koalisiyasının qarşısını kəsib.

Digər ən mühüm məsələ isə kürd problemidir. Əlbəttə, indi Türkiyə üçün İdlibdə əməliyyat keçirmək kürd problemindən daha vacib deyil. Ancaq görünür ki, bir tərəfdən rusların əməliyyat dəstəyini almaq, ikinci tərəfdən Afrindəki kürd qüvvələrini tamamilə mühasirəyə almaq üçün İdlibin Türkiyənin nəzarətinə keçməsi lazımdır. Əgər bu olarsa, o zaman Türkiyə ordusu çox çətinlik çəkmədən Afrin və ətrafını kürdlərdən təmizləyər və ümumilikdə böyük bir ərazi, o cümlədən “Trükmən dağı” bölgəsi Türkiyənin nəzarəti altına düşər. Bu, amerikalıların qoruduğu kürdlərə qarşı Ankaranın uğurlu gedişi ola bilər. Son iki gündə kürdlərin narahatlığı, Türkiyəni müharibə ilə hədələməsinin arxasında İdlib əməliyyatıvə ondan sonra yaranacaq vəziyyətlə bağlıdır. Digər tərəfdən, İdlib əməliyyatı vasitəsilə Türkiyə daha əvvəl himayə etdiyi qrupları ayıra, onları Rusiya və İranın əlinə kçeməkdən xilas edə bilər.

İdlib əməliyyatı asan görünməsə də, özlüyündə Suirya münaqişəsinin həllində ciddi hadisə ola bilər. Çünki qeyd etdiyimiz kimi, bu vilayət hazırda müxaliflərin nəzarətində olan ən böyük ərazidir. İdlibin, eləcə də İŞİD ərazilərinin təmizlənməsindən sonra Suriyada müxaliflərin əlində kiçik bölgələr qalmış olacaq. Bu isə faktiki olaraq böyük müharibənin başa çatması, həlledici sülh danışıqlarının başlaması deməkdir.

Kənan Rövşənoğlu

Musavat.com

Yorumlar