Çeçenya ve Dağıstan’dan binlerce Müslüman hacca gidecek

Kərim Əsgəri: Xarici təhlükəni görən İran daxildə basqıları artırıb

ABD başkanlık seçimleri 2020 De

DİNİ DEĞERLERİ KULLANARAK DEVLETE YÖNELİK KALKIŞMALAR

Türkiyə-Rusiya-ABŞ üçbucağında 3-cü dəfədir raket problemi

Gündem 11 Mayıs 2019
47

Tarixdə Türkiyə-Rusiya-ABŞ üçbucağında 3-cü dəfədir raket problemi (daha doğrusu hava hücumundan mudafiə sistemi) yaşanmaqdadır.
Türkiyenin əlaqəli olduğu birinci raket məsələsi 1962-ci ildə məhşur Kuba böhranı gündəmə gəldi. Belə ki, az qalsın 3-cü dünya müharibəsinə səbəb olan Kuba böhranını həllində gizli maddələrdən biri SSRİ-nin Kubadan raketləri çıxarmasını əvəzində ABŞ da Türkiyəyə 1961 ilində yerləşdirdiyi Yupiter raketlərini çıxartma öhdəciliyi götürdü.İddilara görə bu maddə Türkiyənin xəbəri olmadan o razılaşmağa qoyulub.

İkinci raket məsələsi 1996 ilində gündəmə gəldi. Böhran Yunan Kipri Rusiyadan S-300 raketləri almağa qərar verdi. Ancaq Türkiyə bu silahların Kipr adasına yerləşdirilməsinə sərt formada etiraz etdi və böhran Ege dənizində Türkiyə ilə Yunan Kipri və Yunanıstan arasında az qala müharibə çıxmasına səbəb olacaqdı.Araya ABŞ girdi və onun təzyiqi ilə Yunan Kirpinin bu silahları Yunanıstan tərəfindən satın alınaraq Girir adasına yerləşdirildi.

Üçüncü raket böhranı da hazırda yaşanmaqdadır. Türkiyənin hava müdafiə sistemləri məsələsində ciddi problemləri var.Turkiyə həm birinci, həm də ikinci İraq müharibəsində və Suriye böhranın başında bu ehtiyacını NATO müttəfiqlərinin ölkəyə muvəqqəti yerləşdirdiyi Patriot raketləri ilə ödəyib.Ancaq NATO müttəfiqləri ilə iki tərəfli münasibətlərdə yaşanan böhranlar, bölgədə artan risqlər və Türkiyənin regionda daha aktiv siyasət güdmə arzuları rəsmi Ankaranı problemin köklü həllinə sövq etdi. Bu çərçivədə ABŞ-dan Patriot alma cəhdləri əsasən ABŞ daxili siyasətindəki tarazlıqlar səbəbiylə uğursuzluqla nəticələndi.Türkiyənin problemin həlli üçün Çindən bənzər hava hücumundan müdafiə sistemləri alma prosesi əsasən ABŞ-ın Ankaraya təzyiqi ilə son anda ləğv edildi. Ancaq Türkiyə problemin həlli üçün təkrar yönəldiyi Qərbdən müsbət nəticə ala bilməyincə Rusiyadan S-400 alışı gündəmə gəldi. Proses nisbətən surətli sayılacaq vaxt ərzində S-400-lərin iyul 2019 tarixində təslim etmə nöqtəsinə qədər gəldi. ABŞ prosesi əngəlləmək üçün əlindəki bütün siyasi, iqtisadi və təbliğatın imkanlardan istifadə edir. Türkiyənin F-35 proqramında çıxarılması təhdidi də bu prosesdə gündəmə gəldi.
Nazim Cafersoy

Yorumlar