20 Yanvar’ olaylarından bugüne Azerbaycan’ın egemenlik mücadelesi

Almanya’nın Erken Seçim Hazırlığı Ne Getirir

90 il öncə Bakıda Türkoloji Qurultayın keçirilməsinin sirri – 1

Aliyev, TANAP açılışının ardından Moskova’ya geldi

Türkiyə mediasındakı gizli və aşkar erməni dəstəkçiləri

Gündem 3 Kasım 2018
131

Qardaş ölkədəki erməni lobbisi mediada marksist örtüyü altında gizlənir; Həsən Oktay: “Azərbaycan Türkiyədəki lobbi fəaliyyətini gözdən keçirib yenidən strukturlaşdırmalıdır”
Türkiyənin bəzi media orqanlarında vaxtaşırı Azərbaycanla bağlı neqativ yazılar, xəbərlər yer alır. Ən son olaraq azərbaycanlı bir qadının evli olduğunu gizlədərək Türkiyə vətəndaşı ilə evləndiyi və daha sonra aldadaraq qaçması haqda xəbər ölkə mediasında geniş tirajlandı və bu zaman media qaydasına zidd olaraq xırda məişət münaqişəsi Azərbaycan və ya azərbaycanlılar hədəfə çıxardı. Və təbii ki, təpki ilə qarşılandı.

Əlbəttə, bu hadisə hansısa jurnalistin səriştəsizliyi və ya qərəzi kimi də qiymətləndirilə bilərdi. Bir halda ki, bu cür hadisələr nadirən olardı. Amma məsələ ondadır ki, bu cür “xətalar” tez-tez baş verir. Buna görə də istər-istəməz şübhələr yaradır. Türkiyə mediasında Azərbaycanı sevməyən, ona qarşı olan qüvvələr kimlərdir? Və təbii ki, ilk ağıla gələn ermənilərdir. Çünki hazırda Türkiyədə çoxlu sayda erməni əhali yaşayır. Mediada, siyasətdə, ictimai sektorda kifayət qədər populyar və aktiv ermənilər var. Türkiyə hökuməti ölkədə 100 min, erməni icmaları isə soyadlarını dəyişən erməni vətəndaşlarla birlikdə 500 min nəfərə yaxın erməninin yaşadığını iddia edir. Ancaq bu rəqəm şişirtmədir, hökumətin rəsmi rəqəmləri həqiqətə daha yaxındır.

Türkiyə parlamentində, eləcə də bələdiyyələrdə çoxlu sayda erməni vətəndaşlar var. Əlbəttə, bu insanlar Türkiyədə uzun illər yaşamış, bu ölkənin qanuni vətəndaşlarıdır. Ancaq eyni zamanda onların zaman-zaman Azərbaycana qarşı fəaliyyətləri də müşahidə olunub.

“Kafkassam” Araşdırmalar Mərkəzinin sədri Həsən Oktay deyir ki, Türkiyədə elektron media və eləcə də çap mediasında ümumi olaraq sol marksist və Qərbyönlü insanlar daha fəaldır. Media mənsubu olan insanlar etnik kimlikdən daha çox ideoloji və düşüncə strukturu qabardılır: “Erməni əsilli jurnalistlər bunu bildikləri üçün marksizm və sol ideologiya üzərindən rəhbər şəxslər vasitəsilə Türkiyədə erməni lobbisi qurmağa çalışdığı iddiaları var. Oxşar tendensiya Moskvada da, Vaşinqtonda da var. Buna təzyiq qrupları və ya lobbi fəaliyyəti də deyə bilərik”.

H.Oktay deyir ki, Türkiyədə erməni lobbisi erməni əsilli jurnalistlər üzərində təsirə sahib olmaqla yanaşı, eyni zamanda marksist düşüncəli medianın ideoloji kursu və yanaşmasından “erməni məsələsində” öz xeyrinə istifadə etməyə çalışır. Oxşar formada marksistlər də erməni məsələsindən Türkiyə hakimiyyətinə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Ancaq istisnalar da var. Sitat: “Ümumi mənzərə belə olsa da, erməni əsilli olub Türkiyəyə xidmət edən çoxlu sayda ermənilər də var. Bunların önündə gələnlərdən biri də bu yaxınlarda dünyasını dəyişən fotoqraf Ara Gülər idi”.

H.Oktay deyir ki, ideoloji təbliğat çox zaman məhdud təzyiqçi qruplarının əlində ciddi silaha çevrilsə də, bəzən əks reaksiya doğura bilər: “Məsələn, sol və marksist qruplar Rusiyanın müttəfiqi Ermənistan layihəsi üçün təbliğat apardıqları bir vaxtda Qərb və ABŞ tərəfdarı Nikol Paşinyanın hakimiyyətinə hansı münasibəti göstərməklə bağlı qeyri-müəyyən vəziyyətə düşüblər. Çünki bir ermənipərəst siyasət olaraq Paşinyanı dəstəkləsələr ideoloji olaraq sıxıntı yaşayacaqlar. Yox, əgər Qərbyönlü olduğu üçün Paşinyanı dəstəkləməsələr, o zaman Ermənistanın Rusiyanın əlindən çıxdığını etiraf etməli olacaqlar. Bu isə Türkiyə mediasında problemli bir vəziyyət yarada bilər”.

“Türkiyə mediasındakı gizli və aşkar erməni dəstəkçilərinə qarşı nələr etmək olar” sualına cavab olaraq H.Oktay deyir ki, bunun üçün görüləcək çox işlər var: “Biz insanların etnik köklərini araşdırmırıq. Ancaq marksist camiədə erməni əsillilər marksizm adı altında erməni siyasəti aparırlar. Azərbaycanın isə Türkiyədə ictimai rəyi təşkil etmək baxımından təsiri zəifdir. Bunun da bir neçə səbəbi vardır. İlk növbədə Türkiyədə sabit ictimai fikir yaratmaq üçün hansısa iş görülmür. Bundan başqa Azərbaycanın Türkiyədə apardığı təbliğat işi və onun metodları Türkiyədə o qədər də qəbul edilən və yaxşı qarşılanan metodlar deyil. Türkiyədə bir proqramda təsirli olmaq üçün bir çox arqumentlər var. Uyğun fəaliyyət aparılmadığı təqdirdə xərclənən pul və əmək zay olur. Buna görə də düşünürəm ki, Azərbaycan Türkiyədəki lobbi fəaliyyətini gözdən keçirib yenidən strukturlaşdırmalıdır”.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

Yorumlar