KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Türkiyə Cümhuriyyəti Osmanlının keçmiş qüdrətini xatırladır

Türkiyə Cümhuriyyəti Osmanlının keçmiş qüdrətini xatırladır

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
305 0


Hazırda hər kəsi maraqlandıran suallardan biri də budur ki “Türkiyə Cümhuriyyəti Osmanlının uğurlarını təkrar edə bilərmi?” Onu qeyd etmək yerinə düşər ki, Türkiyə artıq son 30-40 illə müqayisədə daha güclü görünür və bunun da davamlı olmasını ümid edirik.

Əvvəlcə Osmanlı imperiyası ilə indiki Türkiyə Cümhuriyyəti arasında bir sıra müqayisə aparaq. Osmanlı imperiyasının əhatə etdiyi ərazilər olduqca geniş idi. Daha dəqiq desək, Avropanın cənub hissəsində, Anadolu, Şimali Afrika eyni zamanda Yaxın Şərqdə öz hakimiyyətini bərqərar etmişdi. Bəzi mənbələrdə isə Osmanlının əslində Göytürklərin davamçısı olduğu da qeyd edilir. Türkiyənin indiki ərazisi ilə təbii ki müqayisə edilməz dərəcədəydi. Türkiyənin iki qitədə – Avropa və Asiyada sahəsi 779 min kilometr idi.

Əhalisinin etnik tərkibinə nəzər saldıqda isə Osmanlı imperiyasında etnik tərkib olduqca müxtəlif idi. Osmanlı imperiyası etnik tərkib baxımından erməni, rum, arnavut, bolqar, macar, xorvat, ərəb və.s kimi millətlərin yaşadığı bir dövlət olmuşdur. Türkiyədə isə etnik tərkibin əsasını türklər təşkil etsədə, eyni zamanda əhalisinin 15.7% ni kürdlər və zazalar təşkil edirdi. Bu siyahıya qalıcı olmadıqları üçün suriyalıları aid etmirəm.

Dini nöqteyi nəzərdən yanaşdıqda isə Osmanlı imperiyasında İslam dövlət dini kimi qəbul edilirdi, lakin, müxtəlif dinlərin nümayəndələri də burada yaşayırdı. Hətta onların mühakiməsi belə öz dinlərinə uyğun aparılırdı. Osmanlı Türkiyəsində isə demək olar ki əhalinin 96 faizi müsəlman idi. Osmanlıda hər kəsə vicdan azadlığı verilir və hörmət edilirdi. Onların dövlət quruluşuna nəzər saldıqda isə görərik ki, Osmanlı mütləq monarxiya olmaqla xanədan tərəfindən idarə olunub. Lakin sonra mütləq monarxiya konstitusiyalı monarxiya ilə əvəz olundu.

Hazırki Türkiyə əsasını məşhur hərbçi olan Mustafa Kamal Atatürkün qoyduğu Cümhuriyyət ənənələrini davam etdirir. Osmanlı imperiyası teokratik dövlət olmaqla şəriət qanunları əsasında idarə olunurdu.Təbii ki, imperiyanın yalnız şəriət qanunları əsasında idarə olunması mümkünsüz idi. Bu səbəbdən də imperatorlar şəriət qanunlarını pozmadan yeni qaydalar tətbiq edə bilərdilər. Türkiyə Cümhuriyyəti isə hüquqi dövlətdir və Türkiyə Ana Yasası əsasında idarə olunur. Mədəniyyət cəhətdən müqayisə edərkən deyə bilərəm ki, Osmanlı zamanında yaşayan xalq yeniliyə o qədər də açıq olmamışdır və daha çox mövcud qaydalara, gündəlik həyat tərzlərinin davamına üstünlük vermişlər. Lakin bəzi imperatorlar istisnadır. Bunlar isə xüsusilə II Osman və III Səlimdir. Yəni, bütün bunlar konservativ xarakter daşıyırdı. Mədəniyyətdən danışarkən onu da qeyd etmək yerinə düşər ki, fransızların öz mətbəxlərinin məhsulu hesab etdiyi “croisant” da əslində məhz Osmanlı mətbəxinə aiddir.

Türkiyə Cümhuriyyətində isə elm və təhsilə önəm verilib, daha yenilikçi olub. Cümhuriyyət dövründə mədrəsələr və.s bağlanaraq əvəzində universitetlər inşa edildi. Bütün bu sahədəki dəyişikliklərin məqsədi isə elm və təhsili “milliləşdirməkdən” ibarət idi. Ümumiyyətlə Türkiyə Cümhuriyyəti qurularkən ilk əvvəl Osmanlının idarə etmə sistemindən istifadə etmişlər. Yalnız idarəetmədə deyil, eyni zamanda elm və təhsil sistemində, parlamentar sistem və.s Osmanlıdan örnək alınmışdır. Təbii ki, ən uzun ömürlü imperiyanın mükəmməl idarəetmə sistemindən bəhrələnmək yeni qurulmuş Cümhuriyyət üçün göydən düşmə idi.

Türkiyə Cümhuriyyətinin qurucuları sonradan modern bir dövlət yaratmaq məqsədilə siyasi rejim, hüquq və mədəniyyətin müxtəlif sahələrində də kökündən dəyişliklik etdilər. Bildiyimiz kimi, Osmanlının sonu əsas I Dünya Mühəribəsinin nəticələri ilə bağlıdır. Osmanlı müharibədən məğlublar sırasında ayrıldı. Bu da onun parçalanmasını sürətləndirdi. Olduqca böyük həcmdə torpaqlar itirildi. Özü isə demək olar ki parçalandı. Həmin imperatorluğun torpaqları üzərində 16 suveren dövlət quruldu. Onlardan biri də Osmanlının varisi hesab etdiyimiz Türkiyə Cümhuriyyəti idi.

Təbii ki, Osmanlı və Türkiyəni güclü dövlət kimi müqayisə etmək bir qədər sadəlövhlük olardı. Osmanlı imperiyası tarixinin ən qüdrətli dövləti olub. Əslində bu kiçik araşdırmanı etməyimə səbəb, yaxın günlərdə Fransa mətbuatında yayımlanan məqalə ilə bağlı idi. Belə ki, həmin məqalədə qeyd olunurdu ki, “Şərqdəki dostlarına xəyanət edən Qərb” sərlövhəli yazıda Türkiyənin qarşısının alınmasının vacib olduğu bu sözlərlər vurğulanıb:“Avropa ölkələri artıq nəsə etməlidir, çünki Türkiyə getdikcə güclənir. Avropa Türkiyənin 1974-cü ildə həyata keçirdiyi Kipr Hərəkatına mane olmadı. Osmanlı imperiyasının fəaliyyətlərinə qarşı biganəlik bu gün də davam edir”.

Təbii ki, Qərb Türkiyənin uğurlarından olduqca narahatdır. Osmanlı amilinə işarə etmələri də elə Osmanlının keçmiş qüdrətindən xəbər verir. Bəs Türkiyə Osmanlı kimi qüdrətli ola bilərmi? Bu sualı cavablandırmaq isə olduqca çətindir. İlk öncə iki dövr arasında böyük fərqlər var. Buna baxmayaraq, Türkiyə ordusunun Suriyada hərbi qələbələri istər-istəməz Osmalının keçmiş qüdrətini xatırladır. Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın verdiyi qərarlar da böyük dövlətin siyasətini xatırladır. Onun xarizması Türkiyənin xaricində də özünü biruzə verir. Məsələn, Afrika ölkələrində Ərdoğana böyük rəğbət var. Yaxın Şərqdə də bu mənzərə ilə qarşılaşa bilərik. Məsələn Afrin terrorçulardan azad edilərkən xalqın Türkləri necə qarşılamasını görə bilərik. Davosdakı “one minute”” deyərək, İsrailə qarşı Fələstin xalqını müdafiə edərək və.s əslində İslam aləmində belə bir ictimai rəy formalaşdı ki, artıq insanlar türklərə öz xilaskarları kimi baxırlar. Yəni, əgər bir gün Türkiyə II Osmanlı imperiyası ola bilərmi sualına cavabım, bəli olar. Yaxın gələcəkdə olmasa da, belə bir hal mümkündür. Yaxın gələcəkdə isə Türkiyə regionda çox böyük bir qüvvəyə çevriləcək!

Rusif Məmmədov,
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir