ANDIMIZ

AK Parti MHP İttifakı bitince CIA Direktörü Gina Haspel soluğu Türkiye’de aldı!

BOLTONUN QOVLUĞUNDA ƏSAS MÖVZU NƏDİR?

Nəvə Xomeynidən Xamneyiyə demarş: İranın yeni ali lideri kim olacaq?

“Türkiyə bir daha 15 iyul hadisəsi yaşanmasın deyə yenidən toparlanır”

Gündem, Türkiye 15 Temmuz 2017
287

Türkiyə Qafqaz Araşdırmaları Mərkzinin rəhbəri Hasan Oktayın Versus.Az-a müsahibəsi.

– Həsan bəy, bu gün qardaş Türkiyədə Qarabağ məsələsi və erməni qatillərinin Azərbaycanda törətdiyi cinayətlər müstəvisində əks təbliğatın aparılması yönündə işləri nə dərəcədə qənaətbəxş hesab edirsiniz?

– Türkiyə Qarabağ məsələsində ilk gündən bəri Azərbaycanın yanındadır. Türkiyə dövlətlərarası bütün qurum və birliklərdə Azərbaycanı müdafiə edərək Qarabağ məsələsini hər zaman gündəmə gətirib və gətirməkdə davam edir. Qarabağda son erməni silahlı həmləsi nəticəsində nənə və nəvənin qətlindən sonra yaranmış gərgin vəziyyətlə əlaqədar olaraq Türkiyə Xarici İşlər Nazirliyi sərt açıqlama verərək hadisəni pisləyib. Türkiyənin beynəlxalq media qarşısında verdiyi açıqlamalar dünyanın bir çox yerində diqqət çəkib. Bununla yanaşı, müxtəlif şəhərlərdə məsələni gündəmə gətirən açıq etiraz aksiyaları və media qarşısında bəyanatlar verilib. Müharibənin mülki vətəndaşlara qarşı işlənən bu tur cinayətləri hər yerdə qınanılmaqdadır. Biz də Qafqaz Araşdırmaları Mərkəzi olaraq bu müstəvidə araşdırmalara, təhlillərə geniş yer ayırdıq.

“Türkiyə Minsk qrupunda aktiv şəkildə yer almalıdır”

– Bəllidir ki, Qarabağ münaqişəsinin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, münaqişəyə laqeyid, ermənipərəst yanaşması Azərbaycan tərəfindən dəfələrlə qeyd olunaraq pislənir. Münaqişənin həllində vasitəçi olan bu qurumun formatının dəyişdirilərək Türkiyənin də o quruma daxil edilməsi gündəmə gətirilir. Sizcə Türkiyə ATƏT-in Minsk qrupuna daxil ola bilərmi və bu baş verərsə münaqişənin həllində öz təsirini necə göstərə bilər?

– Atəşkəs rejiminin qorunması və Qarabağda sülhün bərqərar olunması müstəvisində əsas vasitəçi olan Minsk qrupunun öz missiyasını yerinə yetirə bilməməsi bu qurumun fəaliyyətsiz qalmaqda davam etdiyini göstərir. Türkiyənin Minsk qrupuna üzv olması bitmiş olan bir qurumun yenidən canlanmasına səbəb ola bilər. Əsas məsələ Qarabağda sülhün bərqərar edilməsi, atəşkəsin davamlı hala gətirilməsidir. Türkiyə hər məsələdə Azərbaycanın yanında durub bölgədə ədalətli, tarazlı bir sülh və anlaşmanın önünü aça bilər. Bölgədə sülh həm Azərbaycana, həm də Ermənistana uzun müddətli fayda verə bilər. Onun üçün Türkiyə Minsk qrupunda aktiv yer almalıdır. Ermənistan tərəfi Türkiyənin quruma daxil olmasından çəkinməməlidir. Çünki bu ədalət və barış Ermənistan üçün də çox önəmlidir. Rusiya Qafqazda gözlənilən barışın qarşısını kəsməməlidir. Regionda yaranacaq bu barış Rusiyadakı vəziyyətin normallaşmasına da öz töhfəsini verə bilər. Əks halda, dondurulmuş Qarabağ münaqişəsi gələcək yaxın zamanda Rusiyanın heç gözləmədiyi halda öz torpaqlarına sıçramasına səbəb ola bilər. Bu təhlükə geridə qalmayıb. Ona görə də Rusiya Cənubi Qafqazda Qarabağ münaqişəsinin həlli yollarını Türkiyə ilə birlikdə aramalıdır.

“Əslində Türkiyədə xain qüvvələrlə əməkdaşlıq quran…”

– Xarici qüvvələrin diqtəsi və təzyiqləri ilə terorla üz-üzə dayanan Türkiyə bu gün – 15 iyul hadisələrinin 1-ci ildönümünü yaşayır. Bu qorxunc bir ili geridə qoyan Türkiyənin hazırkı durumu necədir və həmin hadisələrin təkrarlanma ehtimalı ola bilərmi?

– Türkiyə 15 iyulda uçurumun kənarından döndü. Rusiya və Türkiyə arasındakı gərginliyin həllinə yönəlik proseslər əslində Türkiyədə xain qüvvələrlə əməkdaşlıq quran FETÖ və onun üzərindən Türkiyəni cəzalandırmaq istəyən qərb gücləri Rusiya və Türkiyə yaxınlaşmasından qorxduqları üçün bu hadisəni törətdilər. Amma bacarmadılar. Noyabrın 24-də planlaşdırılan və iyun ayında İsrail-Türkiyə-Rusiya yaxınlaşmasının gerçəkləşməsi qorxusu qərbi Türkiyəyə qarşı hərəkətə geçirib. 15 noyabrdan sonra xarici qüvvələrin Türkiyə müstəvisində etmək istədiyi dəyişikliklər uğursuz üsyançı tərəfdaşlarının Qərb qolunun həyata keçirdiyi təxribat idi. Sanki mövcud türk hökuməti bir çevirilişlə iqtidara gəlmiş və iqtidarda olduğu müddət diktatorluğa doğru inkişaf etdirilir. Lakin demokratik seçimlə iqtidara gələn hökumətə qarşı bir əsgəri diktatorluk istəyində olan tərəfdaş təşkilatlar xaricdən aldıqları təlimatlarla əskəri üsyana təşəbbüs edib. Bu qrup Ərdoğana əks mövqedə dayanaraq hərəkət edib, Ərdoğanın timsalında Türkiyəni hədəf almış və bu yanaşma türk milləti tərəfindən yaxşı başa düşüldüyü üçün əsgəri hissənin içindəki xain qrupa qarşı hərəkətə keçib üsyan baş vermədən onu yatırtmışdı. Bu üsyanın bastırılmasında MHP və Dövlət Bahçəli və türk milliyətçiləri çox böyük rol oynayıblar. Adətən Bahçəli Türkiyə Cümhuriyyəti dövlətini uçurumun kənarından almış və təkrar ergenekondan çıxış kim yenidən hayata qaytarıb. İndi Türkiyə bir daha 15 iyul hadisəsi yaşanmasın deyə yenidən toparlanır və məqbul hesab etdiyi çoxluğu sistemin mərkəzinə yərləşdirərək yenilənir. Bu sıxıntılar bir neçə aydan sonra normallaşmağa başlayıb. Türk idarə sisteminin mərkəzinə keçən, məqbul sayılan çoxluq dövlətin və millətin gerçək sahibləri olacaqlar. Bu, türk dünyası üçün xeyirli gələcəyə vəsilə olacaqdır.

Tahirə Qafarlı

Versus.Az

Yorumlar