KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Türk dünyasının yeni parlayan lideri və ya Özbəkistan prezidentinin psixoloji portreti

Türk dünyasının yeni parlayan lideri və ya Özbəkistan prezidentinin psixoloji portreti

Kafkassam Editör Kafkassam Editör - - 15 dk okuma süresi
301 0

Bu gün Özbəkistanda post İslam Kərimov dövrünün özünəməxsus siyasi həyatındakı ciddi dəyişiklikləri bir çox beynəlxalq siyasi ekspertlərin və maliyyə qurumlarının marağına səbəb olmuşdur. Bu dəyişikliklər Orta Asiya dövlətlərinin ənənəvi xətlərindən fərqli olaraq Özbəkistanın yeni prezidenti Şevkət Mirziyoyevin həyata keçirdiyi iqtisadi-siyasi islahatları konsepsiyası nəticəsində özünü daha bariz göstərməyə başlamışdır. Onda belə bir sual ortalığa çıxa bilər ki, Şevkət Mirziyoyevi ənənəvi xətlərindən imtina etməyə nə vadar etdi ki, o, Özbəkistanda özünəməxsus siyasi – iqtisadi islahatlar həyata keçirməyə başladı? Bunu Şevkət Mirziyoyevin dünyaya fərqli baxışından və illərlə onda formalaşmış qənaətdən, regionun problemlərinin əsas səbəblərini dərk etməsindən və həmçinin də onun öz fərdi psixoloji xarakterik xüsusiyyətlərindən irəli gələ bilən keyfiyyətləri ilə səciyyələndirmək olar. Əlbbəttə ki, İslam Kərimov dövrünün kuluar intriqalarına tab gətirmiş və o dövrün qüvvələr nisbətini dəqiq hesablaya bilən və siyasi hakimiyyətə maneəsiz gələ bilən bir siyasi liderdən söhbət gedir. Bir çox müşahidəçilərin fikirinə görə Şevkət Mirziyoyev hamı ilə dil tapa bilən siyasətçi olsa da, strateji məqsədlər üçün üzdə yumşaq, daxilən isə sərt təbiətli dövlət adamıdır.

Sözsüz ki, Şevkət Mirziyoyevin bu xarakterik keyfiyyətləri, onun keçdiyi həyat yolu və üzləşdiyi çətinliklərlə bərabər ailədən əxz etdiyi və yaddaşlarına hopdurulmuş dəyərlər sisteminin də hesabına formalaşmışdır. Tibb işçilərinin ailəsində dünyaya göz açmış bir insanın onun üzərində əks olunan ailə tərbiyəsinin məhrəmliliynin, mərhəmətliliyinin və şəfqətliliyinin izlərini görmək bir o qədər də çətin deyil. Ata Miromon qonşu Tacikistanın Qançin rayonunun Yaxtan yaşayış məskənində yerli zadəgan nəslindən olan özbək ailəsində dünyaya göz açmışdı. Ata Miromon öz doğma ana dilində təhsil almaq üçün Özbəkistanda Tibb İnstitutuna daxil olur. Şevkətin anası ilə də tanışlığı da bu illərə təsadüf edirdi. Miromon eyni zamanda da çox ciddi ictimai aktiv bir şəxsiyyət idi. Lakin bu ailəyə zadəgan kökənli olduğuna görə Stalin dövründə əziyyətlər verilməyə başlanmışdır. Ailənin əlindən bütün torpaq sahələri, qışlaqlar alınaraq qonşuluqdakı tacik kəndliləri arasında bölüşdürüldü. Ailəyə də özbək millətçiləri damğası vurulmuşdu. Bu vəziyyət ailəni öz doğma yurdlarından Yaxtandan köç etməyə məcbur etdi. Yəni Miromon ailəsi, özbək milli şüurunun daşıyıcısı kimi gələcək prezidentin yeniyetməlik dövründə geneloji olaraq nəsildən gələn milli dəyərlər sisteminin balaca Şevkətə aşılayacaqdı. Özbəkistan prezidenti Şevkət Mirziyoyevin gəncliyi də aparılan rəsmi kommunist ideologiyasına baxmayaraq milli ruhlu zəminlər üzərində qurulmuşdu. Əslində bu baxışlar Stalin repressiyalarından əziyyət çəkmiş bir ailənin təmkinli və ehtiyyatlı davranışı gənc Şevkətin baxışlarında özünü büruzə verirdi. Ata Miromon oğlu Şövkətin özü kimi sakit həyat sürməsini istəyirdi və onun ictimai-siyasi aktivliyini görüb narahat olurdu. Şövkətin anasının vaxtsız ölümü isə gənc Şevkətə və onun bacı-qardaşlarına çox ciddi psixoloji sarsıntılar yaşatdı. Ata Miromon mütəvazi həyat tərzi övladlarına həm ata həm də ana olmuşdu ançaq bir çox hallarda hər işi çatdıra bilmirdi. Mirimonun iki bacısı isə ailənin yaşadığı Zaamin şəhərindən uzaqda məskunlaşmışdılar. Məhz Şevkətin təkidi ilə bu iztirablarına son qoymaq üçün ailəyə çox isti münasibət göstərən bir tatar qızı ilə Miromon evlənir. Həqiqətən də Şevkət və bacı-qardaşları bu xanımı anaları qədər çox sevirdilər.Alagöz və olduğca istiqanlı bu tatar qızı da onların ona olan sevgisinə, doğma anaları qədər qarşılıq verirdi. Təsadüfi deyildir ki, bu qarşılıqlı sevgiyə kölgə salmamaq üçün bu xanım, Şevkət və onun bacı-qardaşlarına ona öz doğma analarının adı ilə çağırmağı xahiş edirdi.Keçmiş Gürcüstan prezidenti Mixail Sakaşvilidən fərqli olaraq o, doğma olmayan bir insana potoloji niftrətlə deyil, ana məhəbbətinin qarşılığını görərək, onu sevir və hörmət edirdi. Gənc Şevkət Mirziyev 1974-cü ildə Daşkənd irriqasiya və melorasiya universitetinə daxil olur və bu institutu bitirdikdən sonra burada da məllimlik edir. 1981-ci ildə öz tələbəsi Ziro Atxonla tanış olur. Əslində gənc alim üçün Fərqanə diyarının zəngin bir ailəsi ilə qohum olması onun gələcək kariyerası üçün xüsusi əhəmiyyət daşıyacaqdı. Gələcək qayınata Moxmidjon Həşimov o dövrün bir çox məsul vəzifələrində çalışan insanları ilə dostluğu vardı. Moxmidjon da məhz bu insanlara söykənərək böyük ticarət şəbəkəsinə malik idi. Şevkət Mirziyev 1992- ci ilə qədər öz doğma institutunda kiçik elmi işçidən prorektor vəzifəsinə qədər yüksəlir və o, eyni zamanda da kommunist partiyası inustitut komitəsinin sədri vəzifəsinidə daşıyırdı.O,1990-cı ildə Özbəkistan ali sovetinin deputatı seçilir.1994-cü ildə isə müstəqil Özbəkistan dövlətinin parlamentinin yenidən üzvü olur.1996-cı ildə Özbəkistan prezidenti İslam Kərimovun sərəncamı ilə Şevkət Mirziyev Djizaq vilayətinin hakimi (icra hakimi) təyin olunur. 2001-ci ildən Səmərqənd vilayətinin icra hakimi təyin olunur. Nəzərə almaq lazımdır ki, Daşkəntdə siyasi hakimiyyətə yerləşənlərin böyük əksəriyyəti İslam Kərimovla Səmərqənddən çıxma insanlar idi.Faktiki olaraq Özbəkistan Səmərqənd klanının əlində idi Şevkət Mirziyevin ustalığı və siyasi dühası ona imkan verirdi ki, heç bir şeyə baxmadan bu klanın üzvü olmayanları taptalayan Özbəkistan siyasi hakimiyyətin ən mühüm vəzifələrini zəbt etmiş Səmərqənd klanının üzvləri ilə olduqca ehtiyyatla və təmkinlə davransın. Şevkət Mirziyev xaraktercə dinləməyi bacaran idi.O, susmağı, hislərini gizlətməyi və qarşı tərəfi danışdırdıqca onun nə qədər səmimi və ya qeyri-səmimi olduğunu anlamağa çalışan həmsöhbətdir. O, məhz bu keyfiyyətlərlə onu əhatəyə almış Səmərqənd klanından sağ-salamat qurtula bilmək imkanına malik oldu. Bax bu məqamda Şevkət Mirziyevin psixoloji xarakterik xüsusiyyətləri və bunun əsasında formalaşan keyfiyyətləri onun işinə çox yarayırdı. Şevkətin valideynlərinin keçdiyi həyat tərzi və ailənin onların nəslinin repressiya burulğanından əziyyət çəkməsi xəbərdarlığları ona öz hisslərini gizlətə bilmək vərdişlərinin yaratmışdı.

Həqiqət naminə etiraf edək ki, Səmərqənd qruplaşmasından əziyyət çəkən Özbəkistan siyasi hakimiyyətinin aparıcı şəxsiyyətlərindən biri də Milli təhlükəsizlik xidmətinin sədri Rüstəm İnayatov idi.Şevkət Mirziyevə olan bu kanaldan olan dəstək də nəzərdən qaçmamalıdır. Çünki Mirzəyevin Səmərqəndin icra hakimi işlədiyi müddətdə ərzaq qıtlığının qarşısını almağ üçün yerli mafiya qruplaşmalarına qarşı apardığı mübarizəsi zamanı arxası Daşkəndə bağlı olan yerli qruplaşmaların hiddətinə səbəb olmuşdu. Artıq Şevkət Mirziyevə qarşı Özbəkistan baş prokrorluğunda ittihamlar səslənməyə başlamışdı ki, guya Şevkət Mirziyev onlarla mübarizəni əsassız aparır bu insanların heç bir günahı yoxdur. Baş Prokuror bu barədə İslam Kərimova məruzədə etmişdi. Bu ziddiyyəti araşdırmaq üçün İslam Kərimov Rüstəm Inayatova tapşırıq verir. Rüstəm Inayatov bu məqamda Şevkət Mirziyevin həyatında çox ciddi rol oynadı. O, İslam Kərimova izah etdi ki, Şevkət Mirziyev günahsızdır və Səmərqənddə insanları aclıq şəraitində saxlayan topdan satışçılar və monopolistlər barədə onun atdığı addımlar düzdür və o, haqlıdır. Bu İslam Kərimovun o qədər xoşuna gəlmişdi ki, 2003-cü ildə Şevkət Mirziyevi o, yeni hökumətin başına gətirir. Ədalət naminə qeyd edək ki, bu irəliləyişdə və siyasi hakimiyyətin özbəkləşməsində Rüstəm İnayatovun da payı az olmamışdır. Gələcəkdə də Şevkət Mirziyevin qorunmasında onun ona çox məsləhətləri olacaqdı. Rüstəm İnayatov saraydaxili intriqaları çox gözəl bilirdi.Bu məsləhətləşmələrin nəticəsi kimi Şevkət Mirziyev, Səmərqənd qruplaşmasının və xüsusən “İslam Kərimovun sevimlisi” olan və bir çox hallarda rəhbərin varisi kimi bilinən Maliyyə naziri Rüstəm Əzimovun intriqalarının qurbanı olmaması üçün özünü heç bir siyasi iddiası olmayan icraçı texnokrat kimi göstərməyə nail olmuşdu. Əlbətdəki burda Şevkət Mirziyevin hislərini gizlədə bilmək, dinləmək, bütün qüvvələrlə dil tapmaq və əsl niyyətlərini içində saxlayarağ ətrafa isə yayındırıcı görüntülər verə bilmək keyfiyyəti və psixoloji xüsusiyyəti ilə rəqiblərinin bir çoxunun diqqətini öz üzərindən uzağlaşdıra bilmisdi. Əslində tam məxfi və ya gizli Rüstəm İnayatov – Şevkət Mirziyev tandemi yaranmışdı. Məhz bu tandem nəticəsində İslam Kərimovun ölümündən sonra geopolitik qarşıdurmasız ağrısız-acısız Şevkət Mirziyevin hakimiyyətə gəlişi təmin olundu və yeni prezidentin ilk işlərindən biri siyasi hakimiyyətdə oturuşmuş Səmərqənd klanının üzvləri ilə mübarizə oldu. Bu klanın üzündən Özbəkistan siyasi elitasından uzaqlaşdırılmış və ya sürgün edilmiş nazirlər kabinetinin bir çox məsul işçiləri Şevkət Mirziyev tərəfindən yenidən yüksək vəzifələrə təyin edildi və intriqalar ustası Rüstəm Əzimov işindən azad edildi. Bu gün süni şəkildə, Şevkət Mirziyev və Rüstəm Inayatov qarşıdurması yaratmağa çalışan qüvvələr də mövcuddur.Amma həqiqətdə isə Özbəkistan siyasi hakimiyyətində yeni prezidentin tam bərkiməsi üçün Rüstəm İnayatov ona hələ çox lazımdır. Rüstəm İnayatovun həm nüfuzu, həm də məlumatlılığı və bir çox hallarda isə oyun quruculuğu yaxın illər üçün tələbolunandır.Son vaxtlar Şevkət Mirziyevin ən ciddi addımlarındanda biri isə İslam Kərimov dönəmində münasibətləri çox zəifləmiş Türkiyə ilə əlaqələrin yenidən bərpa etməsi oldu. Bu addım Özbəkistan iqtisadiyyatının liberallaşması və inkişafı baxımından çox düşünülmüş bir gediş idi. Ortalama hesablamalara görə bu yaxınlaşma turizm, hərbi- sənaye, energetika, kən təsərrüfatı, tekstil və digər sahələr baxımından yaxın 5 il üçün 17milyard $ dəyərində Özbəkistan iqtisadiyyaına vəsaitin axınışını təmin edəcəkdir. Ən əsası isə nəzərdə tutulan tarixi və strateji məqsədlərdən biri də Buxara və Səmərqəndin donor investisiyası hesabına Türk və islam dünyasının mərkəzinə çevrilməsi planıdır. Burada həm Burxani , həm də Maturidi institutları təsis ediləcəkdir.Artığ türk dünyasının, islam aləminin bu mərkəzlərə və ziyarətgahlara turistik səfərlərini təşkil etmək üçün dünyanın ən böyük təyyarə şirkətlərindən biri olan Türk hava yolları və tur operatırları müəyyən öhdəliklərlə götürmüşdür. Yaxın on illiklər üçün Özbəkistan öz məhsuldar və bərəkətli torpaqları ilə bərabər böyük bir turizm ölkəsinə çevrilmək imkanını qazanmışdır.Beləliklə də Buxara yaxın gələcək üçün Türk dünyasının məkkəsinə çevriləcəkdir.Çox keçməz ki, Şevkət Mirziyevin uzaqgörənliyi və formalaşmış streotipləri qıra bilmək keyfiyyəti bütün Türk dünyasını qucaqlaya biləcək imkanlarını ona verəcək.

Adıgözəl Məmmədov,
Slavyan –Türk birliyi hərakatının lideri,
Psixoloji portretologiya siyasi analizlər mərkəzinin rəhbəri

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir