“Mediada yayılan xəbərlərə görə, Özbəkistanın Baş Prokurorluğu Ermənistan hakimiyyəti və Özbəkistandakı erməni icmasının təzyiq altında məşhur özbək tarixçisi və tədqiqatçısı Şuxrat Salamov barəsində cinayət işi qaldırmaq niyyətinə düşüb. Buna səbəb Şuxrat Salamovun “Qarabağ: ideyalar müharibəsi” və “Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” kitablarında erməni daşnaklarının öz himayəçilərinin köməyi ilə hansı vəhşilikləri törətməsini ortaya qoyması, eyni zamanda Qarabağ münaqişəsiylə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə etməsidir”. Bu sözləri AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyası Əlaqələri üzrə müavini Faiq Ələkbərli mətbuata verdiyi açıqlamasında səsləndirib. O bildirib ki, bir Azərbaycan Türk ziyalısı kımi Özbək həmkarının müdafiəsi üçün başlanmış bütün kampaniyalara dəstək verməyə hazırdır: “Şuhrat Salamov qardaşımıza, soydaşımıza demək istəyirəm ki, şimallı-cənublu Azərbaycan türkləri, Azərbaycan Türk aydınları sonuna qədər onun arxasında daynıblar”.
Faiq Ələkbərliyə görə, bu kimi olaylar bir daha göstərir ki, Türk xalqarının aydınları biri-birlərinə daima dəstək olmalıdırlar: “Əgər ermənilər qondarma “soyqırım”, “Böyük Ermənistan” xülyalarıyla farslardan, ruslardan, ingilislərdən, fransızlardan bu və ya başqa formada dəstək ala bilirlərsə, nədən biz Türklər öz soydaşlarımızla bir yerdə hərəkət etməyək!? Ancaq düşmənlərimizin üzərimizə hücumlarındanmı sonra səsimizi çıxartmaq zorundayıq?! Hesab edirəm ki, Türk Dünyasının aydınları eyni nöqtəyə vurmaq üçün bir təşkilatda birləşməlidirlər. Şuxrat Salamov qardaşımız, soydaşımızla bağlı hadisə bizləri daha sürətlə bir araya gətirməlidir. Artıq birlik və dirilik zamanıdır. Yəni Özbək, Qazax, Qırğız, Türkmən, Türk, Tatar, Yakut, Uyğur, eləcə də bütün Oğuz -Türk xalqları birlik və dirilik üçün çalışmalıdırlar! Yaşasın Türk Birliyi!!! Yaşasın Turan!!! Yaşasın qardaşlığımız!”.
Faiq Ələkbərli
Türk Dünyasının aydınları eyni nöqtəyə vurmaq üçün bir təşkilatda birləşməlidirlər!
604 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.