KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Türk dövlətləri Çinə qarşı boykota qoşulacaqmı?

Türk dövlətləri Çinə qarşı boykota qoşulacaqmı?

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
318 0

2022-ci il 4-20 fevral tarixində Çində keçiriləcək olimpiadanın boykotu üçün ABŞ hərəkətə keçib. Artıq Avstraliya və İngiltərə bu çağırışa qoşulub. Lakin hələlik diplomatik boykotdan söhbət gedir. Yəni yalnız rəsmi şəxslər Pekinə getməyəcəklər. Əsas motiv kimi də Cində türkdilli uyğurlara qarşı hökumətin genosid siyasəti aparması göstərilir.

Bəs türkdilli dövlətlər, Türk Dövlətləri Təşkilatı bu boykota hansısa şəkildə qatılmalıdırmı, yoxsa bu, Qərbin Çinə qarşı, sadəcə, yeni bir təzyiq formasıdır, nəinki uyğurların taleyindən yana narahatlıq?

Mövzu ilə bağlı millət vəkili Sabir Rüstəmxanlı “Yeni Müsavat”a danışıb: “Şübhəsiz, bu cür boykotların arxasında ilk növbədə siyasi məqsədlər dayanır. Dəfələrlə bunun şahidi olmuşuq. Əslində gərəkdir ki, idmana siyasət qarışmasın. Lakin bu da mümkünsüzdür. İstər-istəməz idman da, din də, ədəbiyyat da siyasiləşir. Siyasiləşməyən sahə qalmır demək olar ki. Hətta Nobel mükafatı, buna bənzər Oskar mükafatına da yavaş-yavaş sızır, özünə bir yol tapır. Ümumilikdə isə Çinin uyğurlara qarşı zülmü, onları məhv etmək, mədəniyyətinə, sərvətinə sahiblənmək istəyi, bu artıq siyasət deyil, irticadır, düşmənçiliyin zirvəsi, insanlığa sığmayan bir şeydir.

Səfirliklərimizin yaxşı işləməməsi bu problemi daha da artırır” – Sabir Rüstəmxanlı – Modern.Az Azərbaycan və dünya xəbərləri

Sabir Rüstəmxanlı: “Məsələ ciddi müzakirə olunsa, Türk dövlətlərinin hamısı boykotu dəstəkləyər”

Bu heç bir ölkəyə sığmır. Buna görə də ABŞ hər hansı bir niyyətlə edirsə-etsin, uyğurlara qarşı soyqırımı məsələsini gündəmə gətirirsə, onların haqları tələbini irəli sürürsə, onda bütün türk dövlətləri və o cümlədən də Azərbaycan bu çağırışa qoşulmalı və həmin olimpiadanı boykot etməlidirlər. Əgər əsas tələb budursa, hökmən türk dövlətləri buna qoşulmalıdırlar. Hesab edirəm ki, türk dövlətləri, Türk Dövlətləri Təşkilatı bütövlüklə bu məsələni müzakirə etsə, məsələyə ciddi yanaşılsa, hamısı bu boykotu dəstəkləyər”.

Hasan Oktay: Azərbaycanda seçkilər uğurla keçiriləcək – KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

Hasan Oktay: “Çin Olimpiadası boykot edilərsə, Çin dünyadan izolə ediləcək və…”

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli politoloq Hasan Oktay da mövzu ilə bağlı rəyini bildirib: “Olimpiada dünya siyasətinin həyata keçirilməsi üçün çox mühüm nümayiş məkanıdır. Qərb dünyası 1980-ci il Moskva Olimpiadasını boykot edəndə, çox deyil, 10 il sonra Sovet İttifaqı dağıldı. Rusiya 1984-cü ildə Amerika Olimpiadasını boykot etdi, lakin bu, çox təsirli olmadı. 2008-ci il Çin Olimpiadası zamanı Rusiya Tbilisini bombaladı. 2014-cü il Soçi Qış Olimpiya Oyunları zamanı Qərb Ukraynanı Rusiyadan qoparmaq üçün meydan göstərilərinə başladı. Beləliklə, Olimpiada və dünya siyasəti bir-birinə istinad etməyə çalışan iki mühüm amildir. İndi isə ABŞ Çin Olimpiadasını boykot etməyə, onları Qərb dövlətlərinə qarşı siyasətlərində diqqətli olmağa çağırır. Motiv kimi göstərilən uyğur məsələsi istər-istəməz türklər üçün çox önəmli məsələdir. Olimpiadaya tətbiq olunacaq embarqonun təsiri xüsusən Çin, Rusiya və İranda yaşayan türklər üçün daha çox önəmlidir. Məlum olduğu kimi Çin bu Olimpiadaya tələb olunan xərci çəkib. Bu cür boykotların olması onun üçün qaranlıq günlərin başlanğıcı olacaq. Uyğur məsələsi Qərb üçün çox önəmli olmaqla yanaşı, Türkiyə üçün də çox önəmlidir. Türk dünyasında 50 milyon nəfər olduğu deyilən uyğurlar Çin coğrafiyasında yaşayır. Əlbəttə ki, Çin Olimpiadasına qarşı edilən boykotlar nəticəsində ölkədə baş verəcək sosial və siyasi böhran istər-istəməz uyğurların lehinə və ya əleyhinə çevriləcək.

Yaxın günlərdə uyğur mərkəzindəki Türkistan coğrafiyası ən çox müzakirə olunan mövzu olacaq. Bu coğrafiya olimpiadadan sonra inkişaf edəcək mümkün hadisələrdən sonra Rusiya və İran türklərinə nümunə olacaq. Ona görə də digər türk dövlətləri Çinə qarşı tətbiq olunacaq bu boykot ilə bağlı qərar verərkən qısa və uzunmüddətli hadisələri nəzərə almalıdırlar. Əgər Qərb ilə birlikdə hərəkət edib Çin Olimpiadası boykot edilərsə, Çin dünyadan izolə ediləcək və daxilində böyük problemlərlə mübarizə aparmalı olacaq. Eynilə 1991-ci ildə Sovet İttifaqı dağılan zaman bir çox dövlətlər ondan ayrılaraq, müstəqil olması kimi məsələ ilə üz-üzə qala bilər. Beləliklə, türk dünyası hadisələrin inkişaflara uyğun olaraq özünü dəyişdirməli, uzunmüddətli planlar qurmalıdır”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir