KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Turan Sivilizasiyasına Giriş: Turan Məfkurəsi və Tanrıçılıq” kitabının təqdimatı olub

Turan Sivilizasiyasına Giriş: Turan Məfkurəsi və Tanrıçılıq” kitabının təqdimatı olub

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
349 0

Bu gün Atatürk Mərkəzində fəlsəfə doktoru Faiq Ələkbərlinin “Turan Sivilizasiyasına Giriş: Turan Məfkurəsi və Tanrıçılıq” kitabının təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı monoqrafiyanın tarixi həqiqətlərin aşkara çıxmasında çox böyük önəmə malik olduğunu deyib. Kitabda türk xalqlarının təşəkkülü ilə bağlı etnogenezi, dini-fəlsəfi dünyagörüşünün geniş şəkildə araşdırıldığını deyən S. Rüstəmxanlının sözlərinə görə, illərlə Azərbaycan tarixi məhdud ərazi çərçivəsində tədqiq olunub: “Ancaq həqiqət bundan ibarətdir ki, tariximiz türk dünyasının tarixindən kənarda yazılmamalıdır. Çünki Azərbaycan türk dünyasının mərkəzidir. Ona görə də bu gün təqdim olunan kitab bizim tarixşünaslığımız üçün son dərəcə vacib mövzuya həsr olunub”.

Türkdilli Ölkələrin Parlament Assambleyasının ( TÜRKPA) baş katibi Jandos Asanov qeyd edib ki, turançılıq dünyada ən qədim sivilizasiyalardan biridir: “Turançılıq ideologiyası tədqiqatçılar və bizim üçün hər zaman böyük maraq oyadıb. Bu baxımdan mən Faiq Ələkbərlinin bu araşdırmasını çox mühüm hesab edirəm”.

AMEA Fəlsəfə İnstitutunun direktor müavini Eynulla Mədətli isə çıxışında deyib ki, kitab yeni tədqiqatlara yol açacaq. O qeyd edib ki, turançılıq fəlsəfəsi və türkçülük əsərin müəllifi Faiq Ələkbərlinin tədqiqatlarında əsas rol oynayıb: “Düşünürəm ki, bu kitabda fəlsəfi dəyərlərlə yanaşı, çox zəngin faktlara da yer verilib. Kitabda türkçülük əleyhinə sovet dönəmində yazılan əsərlər araşdırılıb və onların əsassız olduğu sübuta yetirilib. Bu baxımdan kitab çox ciddi elmi araşdırma kimi qiymətləndirilə bilər”.

Müəllif F. Ələkbərli isə deyib ki, kitabı yazmaqda məqsədi türk xalqının fəlsəfəsini araşdırmaq və bunu təbliğ etməkdir: “Mənim babalarımın inandığı bir yol olub, bu da türçülük-tanrıçılıqdır. Biz də öz övladlarımıza öz yolumuzu göstərməliyik. Bizim yolumuz Əli bəy Hüseynzadənin, Hüseyn Cavidin yoludur. Bu əsərlərlə gənclərə öz tarixini xatırladırıq, yol göstəririk. Bu, özünə qayıdışdır. Mən Turandan yazmaqla qürur duyuram”.

Tədbir çıxışlarla davam etdirilib.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir