KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Turan Rzayev: XVI BRİKS sammiti bir çox məqamla yadda qaldı

Turan Rzayev: XVI BRİKS sammiti bir çox məqamla yadda qaldı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
17 0

Oktyabrın 22-dən 24-dək Kazanda Rusiyanın sədrliyi ilə keçirilən XVI BRİKS sammiti bir çox məqamla yadda qaldı. Ən diqqətçəkən detal isə BRİKS-ə üzv dövlətlərin hələlik ittifaqa yeni üzv qəbul etməmək, əvəzində bəzi ölkələrə “BRİKS tərəfdaşı” statusu vermək qərarına gəlməsi oldu.

Belə bir qərarın verilməsi təəccüblü deyil. BRİKS iqtisadi təşkilat olsa da, yeni blok, güc mərkəzi kimi görünməyə başlayıb. Təşkilatın belə bir hədəfinin olub-olmadığını demək çətindir, lakin təcrübə göstərir ki, təşkilatlar gücləndikcə bloklaşmaya meyilli olur. Hətta bloklaşmanın olmadığı BMT kimi təşkilatlarda belə daxili qütbləşmə olur.

Ehtimal ki, BRİKS ABŞ və Qərbin diqqətini çəkməmək, üzv olmaq istəyən ölkələri təzyiqlərdən yayındırmaq üçün belə qərar verib. Digər tərəfdən, BRİKS əsasən təşkilatın gücünə güc qatacaq ölkələrə üstünlük verir. Misal üçün, BRİKS-in tərəfdaşlıq statusu verdiyi 13 ölkə (Qazaxıstan, Əlcəzair, Belarus, Türkiyə, Boliviya, Kuba, İndoneziya, Malayziya, Nigeriya, Tailand, Uqanda, Özbəkistan və Vyetnam) arasında bu kriteriyalara uyğun gələnlər kimi, gəlməyənlər də var. Yəni bu qərar həm də “BRİKS-ə hansı ölkələr lazımdır” sualına cavab tapmaq üçün vaxt udmaqdır. BRİKS bu yanaşması ilə Aİ-yə bənzəyir. Amma bütün hallarda BRİKS hələ Aİ deyil və eyni imtiyazları verə bilmədiyi üçün üzvlüklə bağlı qaydalar sərt deyil. Buna görə də BRİKS+ formulunu təsis ediblər. Bu, təşkilata üzv olmaq istəyən ölkələr üçün sınaq müddətidir.

BRİKS-in tərəfdaşlıq statusu verdiyi 13 ölkə arasında Azərbaycan yoxdur. Rəsmi Bakı üzvlüklə bağlı müraciət etsə də, görünür, üzv olmaqda tələsmir. Azərbaycan BRİKS-ə necə transformasiya edəcəyini müşahidə edir, qərarı ona görə vermək istəyir. Yəni başqa cür desək, Bakının təşkilatla münasibətləri multilateralizm prinsipinə əsaslanır.

Bununla belə, Çin və Rusiya Azərbaycanın BRİKS üzvü olmasını istəyir. Əslində bu, başadüşüləndir. Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi. Özü də bu sədrlik dünyanın ən kritik və həssas dövrünə – pandemiya vaxtına təsadüf etdi. Ölkəmiz bu təşkilatda hələ də aktiv və səmərəli fəaliyyət göstərir. Bir neçə gün sonra isə Azərbaycan COP29 kimi meqatədbirə ev sahibliyi edəcək. Bu kontekstdə BRİKS ölkələri Bakını təşkilatda görmək istəyir. Lakin tələsmək lazım deyil. Azərbaycan-BRİKS əlaqələrinin hazırkı səviyyədə qalması daha məqbuldur.

Turan Rzayev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir