KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Turan Rzayev: Ukraynadakı vətəndaşlarımızın TƏHLÜKƏSİZLİYİ “İki ölkə bir-birinə qarşılıqlı dəstək verir”

Turan Rzayev: Ukraynadakı vətəndaşlarımızın TƏHLÜKƏSİZLİYİ “İki ölkə bir-birinə qarşılıqlı dəstək verir”

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
284 0

Davam edən Rusiya-Ukrayna müharibəsi bu ölkədə yaşayan vətəndaşlarımızın təhlükəsizliyi məsələsini gündəmə gətirib. Təəssüf ki, bu istiqamətdə də görülən işlər təhrifə məruz qalır. Halbuki müharibə başlayan gündən rəsmi Bakı həm Moskva, həm də Kiyevlə bu istiqamətdə bir neçə dəfə danışıqlar aparıb.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən AZAL hər gün həmvətənlərin ödənişsiz əsaslarla ölkəyə gətirilməsi üçün təxliyə uçuşları həyata keçirir. Təxliyə məsələsində ilk növbədə uşaqlara, qadınlara, yaşlılara, xəstələrə üstünlük verilir. İndiyədək 8 çarter reysi təşkil edilib ki, bu reyslərlə ümumilikdə min dörd yüz yetmiş beş həmvətənimiz Azərbaycana gəlib. Bundan başqa, Ukrayna ilə sərhəddə yerləşən ölkələrdəki Azərbaycan səfirliklərinə müvafiq tapşırıqlar verilib.

Digər bütün sahələrdə olduğu kimi, bu məsələdə də qardaş Türkiyə ilə ortaq hərəkət edilir. Azərbaycan və Türkiyə qarşılıqlı şəkildə bir-birinə dəstək verir.

Müqayisə üçün deyə bilərəm ki, yaxın keçmişdə baş verən bir çox vətəndaş müharibəsi və ya inqilablar zamanı ölkələr bu gün Azərbaycanın vətəndaşlarına göstərdiyi həssasiyyəti göstərməyib. Əksər hallarda diplomatik korpus ölkəni tərk edib, bu ölkədəki vətəndaşların aqibətinə isə biganə qalınıb. Misal üçün 1979-cu ildə İranda Şah Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələnən inqilab zamanı yaranan anarxiya vəziyyətində ABŞ, Böyük Britaniya, Fransa və s. ölkələr sadəcə bu ölkədəki diplomatik korpuslarını çıxarmış, vətəndaşların təxliyəsini isə ikinci plana salmışdır.

1990-1994-cü illərdə Ruandada baş verən vətəndaş müharibəsi zamanı isə başda Fransa olmaqla bu ölkədəki Avropa ölkələri öz vətəndaşlarının taleyinə biganə qalmışdı. Hətta bu hadisə məşhur “Hotel Rwanda” filmində də çox gözəl təsvir edilib.

Hesab edirəm, Azərbaycan bu məsələdə müsbət nümunə ola bilər. Çünki ölkəmiz təkcə vətəndaşlarımızı deyil, lazım olduqda xarici ölkə vətəndaşlarının da Ukraynanı tərk etməsi üçün yardım edir.

Turan Rzayevkafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir