KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Turan Rzayev: Üçtərəfli görüşün bu tarixdə keçirlməsini Azərbaycan prezidenti istədi çünki….

Turan Rzayev: Üçtərəfli görüşün bu tarixdə keçirlməsini Azərbaycan prezidenti istədi çünki….

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
296 0

Rusiyanın “RİA Novosti” agentliyi noyabrın ilk on günlüyündə Kremldə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüşün keçiriləcəyini bildirib.

Ehtimal ki, görüşün keçiriləcəyi vaxt məsələsində Prezident İlham Əliyevin istəyi nəzərə alınıb. Əliyevin üçtərəfli görüşün məhz noyabrın ilk on günlüyündə keçirilməsini istəməsi heç də təsadüfi deyil.

Birincisi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi üçün Azərbaycana (Füzuliyə), Prezident İlham Əliyev isə noyabrın 12-də Türk Şurası Dövlət başçılarının VIII Zirvə görüşü üçün Türkiyəyə (İstanbula) səfər edəcək. Əliyevin üçtərəfli görüşün bu iki görüş aralığında, yəni noyabrın ilk on günlüyündə keçirilməsini istəməsi onun əlini qüvvətləndirəcək.

Ehtimal ki, Türkiyə və Azərbaycan prezidentləri oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanını açılış mərasimindən sonra mətbuata qapalı görüş keçirəcək və bu görüşdə Bakı və Ankaranın ortaq tələbləri, güzəşdə gediləcək məslələr və s. müzakirə ediləcək.

Üçtərəfli görüş sonrası Prezident İlham Əliyev noyabrın 12-də Türk Şurası Dövlət başçılarının VIII Zirvə görüşü üçün Türkiyəyə (İstanbula) səfər edəcək və ehtimal ki, bu görüş sonrası liderlər Füzulidə olduğu kimi bağlı qapılar ardında Moskvada keçirilən görüşün nəticələrini müzakirə edib atılacaq addımları müəyyənləşdirəcəklər.

İkincisi, “RİA Novosti”nin verdiyi məlumata görə görüş noyabrın 8-i və ya 9-da keçiriləcək. “RİA Novosti” Rusiya hakimiyyətinə bağlı informasiya agentliyidir. Ona görə də deyə bilərik ki, liderlərin noyabrın 8-i və ya 9-da görüşəcəyi ehtimalı yüksəkdir. Bu isə İkinci Qarabağ müharibəsinin bitməsinin bir ilinin tamamına təsadüf edir.

Prezident İlham Əliyev görüş tarixinin 44 günlük müharibənin ildönümünə təsadüf etməsi ilə Kremlə və İrəvana Azərbaycanın müharibənin qalib tərəfi olduğunu bir daha xatırladaraq görüş zamanı “məğlub və qalib reallığını unudulmamalıdır” mesajını verir.
İndiki halda düşünmürəm ki, Kremldə keçiriləck üçtərəfli görüşdə yekun sülh müqaviləsi imzalansın. Lakin bununla belə bu görüşün nəticəsi bizə yekun sülh müqaviləsi ilə bağlı ümumi fikir formalaşdıra bilər.

Görüşün gündəliyində iki məsələ var:

1) Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası;

2) Bölgədə nəqliyyat kommunikasiyalarının açılması.

Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına dair razılıq əldə olunsa və bölgədə nəqliyyat kommunikasiyaları açılsa bunu yekun sülh müqaviləsi üçün ciddi bir addım hesab etmək olar. Prinsip etibarilə növbəti bir görüşdə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıya bilər.

Turan Rzayev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir