KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Turan Rzayev: Türkiyə-İsrail əlaqələrində yeni mərhələ

Turan Rzayev: Türkiyə-İsrail əlaqələrində yeni mərhələ

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
386 0

Beynalxalq münasibətlərdə “dönər qonaqlığı” – Türkiyə-İsrail əlaqələrində yeni mərhələ

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun İsrailə tarixi səfəri baş tutub. Bu, Türkiyə XİN rəhbərinin 15 ildən sonra İsrailə ilk rəsmi səfəri kimi tarixə düşmüş oldu. Çavuşoğlu səfər çərçivəsində Şərqi Qüdsdəki İslam Vəqflər İdarəsi və Əqsa məscidini də ziyarət edib. Bundan başqa, Çavuşoğlu İsrailin xarici işlər naziri Yair Lapid ilə ikili görüş keçirib.

Türkiyə İsrailə səfir təyin edə bilər!

Mövlud Çavuşoğlunun Təl-Əvivə rəsmi səfəri zamanı bir sıra məqamlar diqqət çəkib. O, İsrailin xarici işlər naziri Yair Lapidin Ankaraya səfəri zamanı səsləndirdiyi iki ölkənin qarşılıqlı şəkildə səfirlər təyin etməsi təklifini dəyərləndirməyə hazır olduğunu bildirib.

“Biz müvafiq dövlət qurumları arasında texniki görüşləri bərpa etmək barədə razılığa gəldik. Lapidin Türkiyəyə səfəri zamanı İsraillə qarşılıqlı səfirlərin təyin edilməsi məsələsini dəyərləndirmək qərarına gəldik”, – M.Çavuşoğlu qeyd edib.

Məlum olduğu kimi, iki ölkə arasında gərginlik 2010-cu il mayın 31-dən Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqınından sonra pik həddə çatmışdı. Həmin hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülmüş və iki ölkənin münasibətləri böhran həddinə çatmışdı. Türkiyə Təl-Əvivdəki səfirini, İsrail isə Ankaradakı səfirini geri çağırmış, iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi.

Türkiyə XİN rəhbərinin 15 ildən sonra ilk dəfə İsrailə səfər etməsi Türkiyə-İsrail normallaşmasının növbəti mərhələsinin tamamlandığını göstərir.

“Dönər kababı olacaqsa, gələrəm”

Çavuşoğlunun İsrail səfərinin ən diqqət çəkən məqamı İsrailin xarici siyasət idarəsinin rəhbəri Yair Lapidi ölkəsinə dəvət etməsi idi. Y.Lapidin dəvətə cavabı isə “Dönər kababı olacaqsa, gələrəm” olub.

Prinsip etibarilə həm Mövlud Çavuşoğlunun İsrailə tarixi səfəri, həm də bu səfər çərçivəsində onun Lapidi Türkiyəyə dəvət etməsi gözlənilirdi. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ bu ilin yanvar ayında elan etmişdi ki, İsrail Prezidenti İshaq Hersoq Türkiyəyə səfər edə bilər. İsrail Prezidenti İshaq Hersoq mart ayında Türkiyəyə səfər etdi. Yenə bu ilin 20 yanvar tarixində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İsrail xarici işlər naziri Yair Lapid arasında baş tutan telefon danışığı da diqqət çəkmişdi.

Bu mənada Çavuşoğlunun İsrail səfərindən sonra Yair Lapidin də Türkiyəyə səfər etməsi iki ölkə münasibətlərinin normallaşma prosesindən inkişaf prosesinə keçid etdiyini göstərir.
Y. Lapidin dəvətə “Dönər kababı olacaqsa, gələrəm” cavabı da simvolikdir. Məsələ ondadır ki, Lapid İsrail siyasi elitasında ən antiTürkiyə mövqeyi sərgiləyən şəxs idi. İndi isə onun belə səmimi açıqlama verməsi Türkiyə qədər İsrailin də münasibətlərin normallaşmasında maraqlı olduğunu göstərir.

Ankaranın Fələstin mövqeyi dəyişməz olaraq qalır!

Türkiyə-İsrail münasibətlərinin normallaşması hər nə qədər müsbət hadisə olsa da, Ankaranın Fələstin məsələsində mövqeyi dəyişməz olaraq qalır. Belə ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu işğal altındakı İordan çayının qərb sahilində fələstinli həmkarı Riyad əl-Maliki ilə keçirdiyi mətbuat konfransında bildirib ki, İsraillə əlaqələri normallaşdırmaq cəhdlərimizə baxmayaraq, Türkiyənin Fələstinlə bağlı siyasəti dəyişməyəcək.

Prinsip etibarilə, Çavuşoğlunun bu sözləri Prezident Ərdoğanın İsrail prezidenti ilə görüşü zamanı “əməkdaşlıq əlaqələrini yüksək dəyərləndirdik. Həmçinin Fələstin məsələsində həssaslığımızı bir daha açıq şəkildə ortaya qoyduq” sözlərinin davamıdır. Ankara bununla bir daha iki ölkə münasibətləri normallaşsa da, Türkiyə üçün Fələstin hər zaman prioritet məsələ olaraq qalacağı mesajını verir.

Hesab edirəm ki, İsrail Fələstinə qarşı heç bir aqressiv siyasət tədbiq etməyəcəyi təqdirdə Türkiyə ilə münasibətlər əvvəlki səviyyəyə qədər inkişaf edə bilər. Görünür, İsrail tərəfi də Türkiyənin Fələstin həssaslığını anlayır və bunu nəzərə alır.

Turan Rzayev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir