KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Turan Rzayev: Tokayevi Bakıya gətirən səbəblər

Turan Rzayev: Tokayevi Bakıya gətirən səbəblər

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
298 0

Prezidentin Orta Dəhliz ilə bağlı verdiyi mesajlar nəyə hesablanıb?
Avqustun 24-də Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Azərbaycana səfəri baş tutdu. Səfər istər prezidentlərin qarşılıqlı bəyanatları, istərsə də iki ölkə arasında imzalanan sənədlər baxımından kifayət qədər diqqət çəkdi.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev kifayət qədər mübahisəli şəxsdir. 2022-ci ilin yanvarında ölkədə baş verən iğtişaşlar fonunda KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndini əsas gətirib rus qoşunlarını ölkəyə dəvət etməsi Rusiyanın təsir dairəsini bu ölkədə artırdı.
Ümumiyyətlə Tokayev Rusiya üçün vacib bir fiqurdur. Bu şəxsin Qazaxıstan hakimiyyətində olması həm Kremlin türk ölkələrinə təziq etmək, həm də Mərkəzi Asiya regionuna nəzarət etmək imkanlarını artırır. Düzdür, Tokayev ara-sıra Moskvaya qarşı ritorikalara qoşulsa da, aydın məsələdir ki, bu yalnız görüntüdür.
Rusiya Ukrayna müharibəsi fonunda strateji tərəfdaşı olan ölkələri Qərbin potensial sanksiyalarından qorumaq üçün bir müddətdir eyforiya yaratmağa çalışır. Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev Rusiyanın ona təqdim etmək istədiyi “Aleksandr Nevski” ordenindən imtina etməsi Rusiya Prezidenti Vladimir Putinin yanında “dxr” və “lxr”i “kvazidövlət”lər adlandırması, Tokayevin Forumda səsləndirdiyi bəyanatlar sonrası Rusiyanın Qazaxıstan neftinin daşınmasına məhdudiyyətlər qoyması kimi hadisələrin hamısı Kremlin Qərbə göstərmək istədikləri idi. Hesab edirəm Tokayevin Azərbaycana səfəri də müəyyən mənada bu planın davamıdır. Bununla “Qazaxıstan heç də Rusiyanı dəstəkləmir”, “Tokayev qazax xalqının maraqları çərçivəsində davranır”, “Tokayev də ən az Nazarbayev kimi türk birliyini dəstəkləyir” və s. mesajları verilir.
Bütün bunlara baxmayaraq Qazaxıstan Azərbaycan üçün vacib türk ölkəsidir. İstər Nazarbayev olsun, istər Tokayev, istərsə də bir başqası rəsmi Bakının türk ölkələrinə, xüsusilə də Qazaxıstana baxış bucağı dəyişmir.
Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata verdiyi bəyanatında bildirib ki, “ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri var. Artıq həm Qazaxıstanda, həm də Azərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılıb. Lakin biz əməkdaşlığın gələcək istiqamətlərini müəyyən etmişik ki, Orta Dəhlizin buraxıcılıq qabiliyyətini daha da artıracağıq.
Prezidentin sözlərindən də görünür ki, Azərbaycan hazırda “Orta dəhliz”in inkişafında maraqlıdır və bu istiqamətdə Qazaxıstanla əməkdaşlıq məqbuldur.
Rusiya-Ukrayna müharibəsinin başlanması və hazırda davam etməsi dəhlizin əhəmiyyətini gözləniləndən çox artırdı. İndiki məqamda Qazaxıstanın orta dəhlizə marağının artması, bu istiqamətdə rəsmi Bakı ilə sazişlər imzalaması əslində həm də Kremlin bu məsələ də maraqlı olduğunu deməyə əsas verir.
Tokayevin Azərbaycana səfərində diqqətçəkən əsas məsələ isə imzalanan “Azərbaycan-Qazaxıstan strateji münasibətlərinin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında” bəyannamə oldu. Rəsmi bundan öncə də Özbəkistan və Türkiyə ilə bənzər motivdə bəyannamə imzalayıb. Bakı Qazaxıstanın Türk Dövlətləri Təşkilatındakı iştirakında maraqlıdır. Nazarbayev sonrası bunun tam necə olacağı hələ bəlli olmasa da prinsip etiabrilə Kreml də buna qarşı deyil.

Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir