KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Turan Rzayev: Şuşa Bəyannəməsinin bir illiyi: Bakı-Ankara hansı sahələri inkişaf etdirməlidir?

Turan Rzayev: Şuşa Bəyannəməsinin bir illiyi: Bakı-Ankara hansı sahələri inkişaf etdirməlidir?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
23 0

Bu gün tarixi Şuşa Bəyannaməsinin imzalanmasının 1 ili tamam olur. 2021-ci il iyunun 15-də Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bununla da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan bu bəyannamə iki qardaş ölkə arasında strateji münasibətləri yeni mərhələyə qədəm qoymasına imkan yaratdı.

Şuşa Bəyannaməsi hər iki ölkənin müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu həm də regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə rəhbərliyi altında davam edəcək yeni regional nizamın başlanğıcı deməkdir.

Təsadüfi deyil ki, sənəddə iki ölkənin iqtisadiyyatın və ixrac potensialının inkişaf etməsindən sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılmasına, Cənub Qaz Dəhlizi kimi regionun meqa nəqliyyat layihəsindən Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılmasına, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər yer almışdı. Sevindirici haldır ki, keçən bir il ərzində bu istiqamətlərdə konkret addımlar atılıb və proses bu gün də davam edir.

2022-ci il fevralın 1-də Parlamentin Yaz qanunvericilik sessiyasının ilk iclasında Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi qəbul olundu.

Şuşa Bəyannaməsinin ratifikasiyası iki qardaş ölkənin hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliyinin rəsmi təminatıdır. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biridə hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır.

Birincisi, Türkiyə ilə Azərbaycan birgə hərbi texnika istehsal edəcəklər.

İkincisi, Türkiyə Azərbaycanda pilotsuz uçuş aparatları istehsal edəcək.

Üçüncüsü, Türkiyə və Azərbaycanın Təhlükəsizlik Şuraları fəaliyyətlərini koordinasiya edəcəklər.

Hesab edirəm Azərbaycan ordusunun hazırda Türkiyənin dəstəyi ilə NATO standartlarına uyğun formalaşdırılması, xüsusi təyinatlı qüvvələrdən ibarət hərbi hissələrin yaradılması, Türkiyə Azərbaycanda türk hərbi mütəxəssilərdən ibarət daimi mərkəz formalaşdırması Şuşa bəyannaməsində öz əksini tapan hərbi əməkdaşlığın genişlənməsinə dair bəndlərin icra edildiyini göstərir. Bu, özü də həm də Türkiyənin Azərbaycanda hərbi baza açmaq məsələsini də əhatə edir.

Prinsip etibarilə iki ölkə arasında münasibətlər Azərbaycanın müstəqilliyindən bəri onsuz da yüksək səviyyədə idi. Bir il əvvəl, bəyannamə imzalanandan sonra Türkiyəyə qayıdarkən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanda Türkiyə bazalarının yaradılmasını istisna etməmişdi. O, jurnalistlərin “Şuşa bəyannaməsi daxilində hərbi bazaların yaradılması mümkündürmü, Şuşa Bəyannaməsi hərbi bazanı əhatə edirmi” sualına “…bu, açıqladığımız maddələrin xaricində deyil” deyə cavab vermişdi. Düzdür, hərbi baza məsələsi bu gün yaradılmasa da bu istiqamətdə işlərin görüldüyünü demək olar.
Nəticə etibarilə məhz Şuşa Bəyannaməsi ilə Azərbaycan bölgədə diktə edən ölkəyə çevrildi, hətta qlobal güclərə adekvat cavab verməyə başladı. Misal üçün Şuşa Bəyannaməsi imzalanandan üç ay sonra Azərbaycanla İran arasında gərginlik yarandı. Rəsmi Tehrandan gələn hədə dolu mesajlara Bakıdan layiqli cavablar verildi və şübhəsiz ki, burada da Türkiyə öz strateji dayaq rolunu göstərdi.

Turan RzayevKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.