KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Turan Rzayev: SEPAH-ın Bakıya növbəti xəbərdarlığı

Turan Rzayev: SEPAH-ın Bakıya növbəti xəbərdarlığı

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
236 0

SEPAH-ın Bakıya növbəti xəbərdarlığı: Şuşa və Moskva bəyannamələri bu hallarda qüvvəyə minə bilər

İran ordusuna hava hücumundan müdafiə sistemlərinin hazır vəziyyətə gətirilməsi barədə əmr verilib. Bu barədə SEPAH-a yaxın mənbələr məlumat yayıb.

Məlumatda qeyd edilir ki, ölkənin şimal-qərb
sərhədlərində (Azərbaycan) baş verən aktivlik səbəbilə HHM sistemləri hazır vəziyyətdədir.
Xəbərə görə, Təbrizdən Parsabada qədər manevr edən Dezful bazasının dəstək uçuşları adi patrul rejimindən əməliyyat rejiminə keçirilib.

SEPAH bundan öncə də özünün Teleqram kanalında Zəngəzur dəhlizi ilə bağlı xəritə və “Sünik canımızın bir parçasıdır!” cümləsini paylaşıb.

Ermənistanla Azərbaycan arasında gərginliyin günbəgün artması rəsmi İrəvanın separatçılara açıq dəstəyi sülhdən yaynma cəhdi və Qərbin regiona həm də münaqişəyə cəlb edilməsi səyləri regionda yenidən hərbi əməliyyatların başlanması ehtimallarını yüksəldir.

44 ərzində 27 illik işğala son verən Azərbaycanın növbəti müharibədə daha irəli gedib 200 illk Zəngəzur problemini həll etməsindən ehtiyat edən İran SEPAH üzərindən rəsmi Bakıya açıq-aşkar xəbərdarlıq edir.
“Ölkənin şimal-qərb sərhədlərində baş verən aktivlik” deyərkən də məhz antiterror əməliyyatlarına hazırlıq nəzərdə tutulur. İran bununla həm də Zəngəzur dəhlizinin açılmasının əleyhinə olduğunu bir daha bəyan edir. Bu istiqamətdə Ermənistana açıq-aşkar dəstək verəcəyini də bu yolla bildirir.

Bütün bunlara baxmayaraq İranın “HHM sistemləri hazır vəziyyətdədir” mesajı blöfdən başqa bir şey deyil. Rəsmi Tehran indiki məqamda Azərbaycana hücum edə və ya Ermənistanla ehtimal gərginlik halında ordumuza qarşı bu və ya başqa formada zərb vura bilməz

Azərbaycanın Türkiyə ilə imzaladığı Şuşa bəyannaməsi və Rusiya ilə imzaladığı Moskva bəyannamələri qüvvədədir. Hər iki sazişə görə Azərbaycana xarici bir ölkə tərəfindən hücum olarsa həm Rusiya, həm də Türkiyə Azərbaycanın istəyi əsasında yardıma gələ bilər. İran eyni anda Türkiyə və Rusiyanı qarşısına ala bilməz.

İsrail Pakistan faktorunu da unutmaq olmaz. İranın Azərbaycana ehtimal hücumu İraqın Küveytə hücumu ilə eyni nəticə verə bilər. Onsuz da İsrail İran ətrafında bir müddətdir ki, koalisiya formalaşdırmağa çalışır. Bu mənada İranın molla rejimi addım-addım Səddam Hüseynin aqibətinə doğru gedir.

Turan Rzayev
Global Media və Siyasət Araşdırmaları İB-in eksperti,

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir