KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Turan Rzayev: Qonşu regionlardakı müharibələr Cənubi Qafqaza sıçrayacaq?

Turan Rzayev: Qonşu regionlardakı müharibələr Cənubi Qafqaza sıçrayacaq?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
124 0

Rusiya Ukraynada növbəti genişmiqyaslı hücuma hazırlaşır. Belə ki, rəsmi Moskvanın Donetsk, Xerson, Luqansk və Zaporojye bölgələrinin daha çox ərazisini ələ keçirmək niyyəti ilə baharın sonunda və ya yayda genişmiqyaslı hücuma keçəcəyi iddia edilir.

İran isə günlərdir anonsunu verdiyi “Qisas” əməliyyatını keçirdi. Tehran gecə saatlarından etibarən dronlarla İsrail ərazisinə hücum etdi. PUA hücumu üç dalğa halında bir neçə saat davam etdi.

Göründüyü kimi, Azərbaycanın şimal və cənubunda – iki mühüm regionda münaqişələr alovlanıb. Hazırda cərəyan edən mürəkkəb proseslər, qanlı toqquşmalar fonunda Azərbaycanın sərgiləyəcəyi mövqe, habelə hər iki regiondakı gərginliyin Cənubi Qafqaza sıçrama ehtimalları geniş müzakirə olunur.

Təcrübə göstərir ki, bir münaqişənin aktiv fazaya keçməsi digərləri üçün də domino effekti yaradır. Yəni Rusiya-Ukrayna, İsrail-İran müharibələrinin Cənubi Qafqaza sıçrama ehtimalı var. Söhbət region ölkələrinin adıçəkilən münaqişələrə tərəf qismində qatılmasından deyil, öz münaqişlərinin aktiv fazaya keçməsindən gedir.

Şübhə yoxdur ki, hazırda Cənubi Qafqazın da döyüş arenasına çevrilməsi, genişmiqyaslı müharibə planlarının işə salındığı müşahidə olunur. Bu məsələdə isə ənənəvi olaraq Ermənistandan alət kimi istifadə edilir. Belə ki, Ermənistanın iki ölkənin şərti dövlət sərhədinə hərbi qüvvə cəlb etməsi, son günlər bir neçə dəfə atəşkəsi pozması, habelə 5 aprel Brüssel görüşü fonunda bölgədə gərginlik artıb. Aydın məsələdir ki, İran İsrailə hücum etməsəydi, Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında gərginliyin yenidən alovlanması qaçılmaz olacaqdı. Ən azından Qərb hər vəchlə buna çalışırdı.

Azərbaycan regionda həyata keçirilməsinə cəhd olunan planlara qarşı qəti mövqe bildirib və buna qarşı çıxır. Mübaliğəsiz demək olar ki, ölkəmiz regionda sabitləşdirici faktor kimi çıxış edir. Rəsmi Bakı delimitasiya prosesinin davam etməsində və sülh müqaviləsinin ən qısa zamanda imzalanmasında maraqlıdır. Bununla belə, rəsmi İrəvanın delimitasiya prosesindən yayınması, sülh müqaviləsinin imzalanmasını uzatması gərginlik riskini artırır.

Azərbaycan mövcud geosiyasi vəziyyəti nəzərə alıb Ermənistanı delimitasiya prosesinə qaytarmaq və sülh müqaviləsi istiqamətində danışıqları intensivləşdirmək üçün təzyiq edə bilər. Xüsusilə tez bir zamanda Qazax, Tovuz istiqamətinə əlavə hərbi qüvvə cəlb etməklə İrəvana ciddi olduğumuzu göstərməliyik. Ermənistan bu xəbərdarlıqdan da dərs çıxarmasa, Qazaxın dörd kəndini işğaldan azad etmək üçün antiterror əməliyyatları başlaya bilər.

Rəsmi Bakı üçün prioritet məsələ prosesin sülhlə həlli olsa da, hərb variantı da aktual olaraq qalmalıdır. İndiki məqamda İrəvan Qərbin başının Rusiya-Ukrayna, İsrail-İran müharibələrinə qarışdığını yaxşı bilir. Buna görə də Qazaxın kəndləri məsələsində geri addım ata bilər.

Turan Rzayev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir