KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Turan Rzayev: Qahirə və Bakı arasında təhlükəsizlik paktı imzalana bilər

Turan Rzayev: Qahirə və Bakı arasında təhlükəsizlik paktı imzalana bilər

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
195 0

Misir prezidentini Bakıya gətirən səbəblər: Qahirə və Bakı arasında təhlükəsizlik paktı imzalana bilər

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycan Respublikasına səfərə gəlib.

Misir prezidentinint səfəri gözlənilən idi. Belə ki, bir müddət öncə onun yaxın günlərdə regiona səfəri çərçivəsində Azərbaycana və Ermənistana səfər edəcəyi bildirilmişdi.

Sisini Bakıya gətirən səbəb

Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfərini iki kontekstdə dəyərləndirmək lazımdır:

Birincisi, iqtisadi səbəblərdir. Misir “Ərəb baharı”nın ölkəyə vurduğu izləri aradan qaldıran nadir ərəb ölkəsidir. Ölkə əvvəlki gücünü yenidən toplamaq üçün yeni bazarlar, investisiyalar və gəlirli layihələrin arayışındadır.

Misir Azərbaycanın həm Asiya regionunda, həm də Cənubi Qafqazda parlayan ulduz olduğunu yaxşı başa düşür. Xüsusilə də Azərbaycan torpaqlarının 20 faizinin 27 ildən artıq erməni işğalında olmasına baxmayaraq TAP və TANAP kimi meqa layihələrin ərsəyə gəlməsi, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra sürətli quruculuq və bərpa işlərinin başlaması, Asiya ölkələri kimi Avropa ölkələri ilə də münasibətlərin yaxşı olması Misir üçün ölkəmizi cəzbedici edir.

Bu mənada Misir prezidentinin ölkəmizə səfəri həm rəsmi Qahirənin İkinci Qarabağ müharibəsindən sonra region ölkələrinin, xüsusilə də Azərbaycanın iqtisadi vəziyyətinin yaxından öyrənilməsi, həm də iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq perspektivlərini dəyərləndirmə xarakteri daşıyır. Prezident Əbdülfəttah Əs-Sisinin Azərbaycanın iş adamları ilə görüşməsi də bunu təsdiqləyir.

Misir Azərbaycanın ərsəyə gətirdiyi TAP və TANAP layihələrini yüksək qiymtələndirir. Son illərdə Aralıq dənizində aşkarlanan neft və qaz yataqları region ölkələri üçün kifayət qədər vacib fürsətlər yaratdı. Misir Aralıq dənizində neft və qaz yataqlarının axtarışı, aşkarlanan yataqlardan neft və qaz emalı sahəsində rəsmi Bakının təcrübəsindən istifadə etmək istəyir.

Digər önəmli bir nüans isə Misirin gələcəkdə neft və qazı Avropa bazarına çıxarmaq üçün Türkiyə ərazisindən keçən TANAP boru kəmərinə qoşulmaq istəyidir. Məsələ ondadır ki, bundan öncə İsrail tərəfi belə bir istək ilə çıxış etmiş, Aralıq dənizinin dibi ilə Türkiyənin Ceyhan limanınadək uzanacaq, daha sonra TANAP layihəsinə qoşulacaq yeni meqa layihəni elan etmişdir. Misir də öz növbəsində bu layihəyə qoşulub dolayı yolla TANAP layihəsinə qoşulmaq istəyir.

Əlbəttə ki, bütün bunlar elə də qısa müddət ərzində ərsəyə gəlməyəcək və kifayət qədər investisiya tələb edir. Lakin gələcəkdə reallaşması mümkündür.

Əbdülfəttah Sisi xarici siyasətdə Misirin əvvəlki təsirini artırmağa çalışır. Paraleldə region ölkələri ilə münasibətlərin inkişafına böyük səy göstərir. Bu istiqamətdə İsrail və Türkiyə ilə münasibətlərin normallaşmasını misal göstərmək olar.

Misir xarici siyasətdə Cənubi Qafqaza, xüsusilə də Azərbaycana kifayət qədər diqqət göstərir. Azərbaycanın Afrikada ilk səfirliyi 1994-cü ildə Misirdə açılıb. İki ölkə, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq edir.

Azərbaycan Misirin siyasi sahədə ən etibarlı tərəfdaşlarındandır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Misirlə bağlı hər zaman təmkinli mövqeyini qoruyub. Hakimiyyət uğrunda mübarizədə və “Ərəb baharı” prosesində rəsmi Bakı seyrçi mövqedə olub. Bundan əlavə, Misir-İsrail, Misir-Türkiyə münasibtələrinin normallaşmasında rəsmi Bakının diplomatik fəaliyyəti misilsizidir.

Misir, həmçinin Ermənistan-Azərbaycan münasibətinin tənzimlənməsində tərəfsiz, qərəzsiz, vasitəçi ölkə ola bilər.

Tehrana qarşı Qahirə-Bakı paktı

Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücum ilə eyni günə təsadüf etdi.

Misir-Azərbaycan münasibətləri həm də İran kontekstində diqqət çəkir. Rəsmi Qahirə İrana qarşı ən sərt duruş sərgiləyən ölkələrdəndir. Hətta bu istiqamətdə İsrailin yaratmaq istədiyi koalisiyaya kifayət qədər isti münasibət sərgiləyir.

Yanvarın 28-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə təkbətək görüşü olub və hesab etmək olar ki, bu görüşdə tərəflər həm də səfirliyimizə edilən hücumu dəyərləndirib.

Ümumiyyətlə, indiki mərhələdə Qahirə və Bakı arasında təhlükəsizlik paktı imzalana bilər. Bu haqda konkret bir təşəbbüs olmasa da Azərbaycan Misir kimi güclü bir dövlətin dəstəyindən faydalana bilər.

Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir