KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Turan Rzayev: Putin hədələdi, Finlandiya geri çəkildi – Nə baş verir?

Turan Rzayev: Putin hədələdi, Finlandiya geri çəkildi – Nə baş verir?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
39 0

Məlum olduğu kimi, bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin NATO hərbi infrastrukturunun İsveç və Finlandiyada yerləşdirilməsi halında buna adekvat cavab verməyə məcbur olacağını deyərək, hər iki ölkəni xəbərdar etmişdi.

Görünür, Putinin bu xəbərdarlığı öz nəticəsini verir. Belə ki, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto hazırda Finlandiyada NATO qüvvələrinin yerləşdirilməsinə ehtiyacın olmadığını bildirib. Haavisto fikirini belə əsaslandırıb: “NATO-nun kollektiv təhlükəsizliyinin təmin edilməsi planlarını dəstəkləyirik. Finlandiyanın Rusiya ilə ümumi sərhədi var və indi ora təhlükəsizdir”.

Finlandiya faktiki olaraq, Ukrayna nümunəsindən ehtiyat edərək Qərbin şirnikləşdirməsinə aldanaraq Rusiya ilə fəsadları ağır olacaq bir macəraya girmək istəmir. Prinsip etibarilə, bu gün Rusiyanın sözügedən ölkələrlə hər hansı problemi mövcud deyil. Bunu Rusiya Prezidenti Vladimir Putin də vaxtilə həmin ölkələrə xəbərdarlıq edərkən bəyan etmişdi. Görünür, indi Kreml Helsinkini bu və ya başqa yolla inandıra bilib.

Helsinki NATO-ya üzvlükdən imtina edir?

Finlandiyanın indiki məqamda NATO-ya üzvlükdən imtina etməsi real deyil. Bunun bir neçə səbəbi var:

Birincisi, Finlandiyanın NATO-ya üzvlükdən imtina etmək kimi bir düşüncəsi olsaydı, İsveç ilə birlikdə Ankaranı narahat edən bütün məsələləri nəzərə alan memorandum imzalamazdı. Türkiyə də öz növbəsində İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etirazını geri götürüb. Yəni rəsmi Helsinkinin NATO yolundakı ən böyük mane aradan qalxıb.

İkincisi, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto hazırda Finlandiyada NATO qüvvələrinin yerləşdirilməsinə ehtiyacın olmadığını bildirib, ancaq ölkəsinin NATO-ya üzv olmayacağına dair nəsə deməyib.

Üçüncüsü, Rusiya əslində Finlandiya və İsveçin NATO-ya üzv olmasına qarşı deyil. Rəsmi Kreml NATO qüvvələrinin bu ölkələrə, daha doğrusu Rusiya sərhədinə gətirməsinə qarşıdır. Prinsip etibarilə, Putin NATO hərbi infrastrukturunun İsveç və Finlandiyada yerləşdirilməsi halında buna adekvat cavab verməyə məcbur olacağını deyib. Yəni həmin ölkələrin NATO-ya üzv olması Kreml üçün elə də əhəmiyyət kəsb etmir.

Nəticə etibarilə nə Finlandiya Kremlin qəzəbina tuş gəlmək istəmir, nə də Kreml Finlandiyada özünə yeni bir cəbhə açıb mövcud vəziyyətini daha da ağırlaşdırmaq istəmir. Kreml üçün NATO qüvvələrinin sərhədlərinə yerləşdirilməməsi hazırda əsas tələbdir.

Turan Rzayev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.