KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Turan Rzayev: Paşinyan Sorosun kadrlarını orduya yerləşdirir!

Turan Rzayev: Paşinyan Sorosun kadrlarını orduya yerləşdirir!

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
312 0

Ermənistan Baş naziri Nikol Paşinyan müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad edib. Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın təqdimatı ilə müdafiə naziri postuna müavini Suren Papikyanı təyin edib.
Arşak Karapetyanın yerinə müdafiə naziri postuna Suren Papikyanın təyin edilməsi olduqca maraqlıdır. Əvvəla, ona görə ki, Papikyanın heç bir hərbi təcrübəsi yoxdur. Ordu daxilində də heç bir nüfuzu olmayan Papikyanın tərcümeyi-halına baxdıqda onun İrəvan Dövlət Universitetinin tarix fakultəsini bitirib, 2012-2016-cı illərdə Sankt-Peterburq Dövlət Universitetinin aspiranturasında təhsil alıb, 2018-ci ildə Ermənistanın ərazi-idarəetmə və infrastruktur naziri təyin olunduğunu görmək olar. Bundan başqa Papikyan 2021-ci ilin avqustun 2-də Baş nazir Nikol Paşinyanın müavini postuna yiyələnib. Papikyanın ordu daxilində ki, tək uğuru 2016-cı ildə Ermənistan Müdafiə Nazirliyinin “Qaregin Njde” ordeni ilə təltif olunmasıdır.
Papikyan qeyd etdiyim kimi Baş nazir Nikol Paşinyanın müavinidir və yenə onun təqdimatı ilə müdafiə naziri postuna gətirildi. Yəni o Paşinyanın öz kadrıdır. Paşinyan Papikyanı müdafiə naziri təyin edərək əslində bir yox, bir neçə şeyə nail oldu.
Birincisi, o bu yolla ən mühüm hədəfinə, hakimiyyətinə real təhlükə olan orduya öz kadrını gətirdi. Aydın məsələdir ki, Ermənistan ordusu daxilində Qarabağ klanına və onun havadarı Kremlə mənsub kifayət qədər hərbçi yüksək rütbəli zabit var. Yəni Arşak Karapetyanın yerinə daha təcrübəli bir şəxs təyin edilə bilərdi, lakin gələn şəxsin Qarabağ klanına dolayı yolla həm də Rusiyaya bağlı olmayacağına təminat yox idi. Papikyan isə Paşinyanın öz kadrıdır və görünür Nikol ondan təhlükə gözləmir.
Hər halda Papikyanın müdafiə naziri kimi uğurlu olub-olmayacağı mübahisəli olsa da Paşinyanın ordudan, gələcək təhlükədən arxayın olmaq istədiyi bəllidir.
İkincisi, Paşinyanın belə bir təyinat etməsinin digər bir səbəbi də Azərbaycan hərbçilərinin Ermənistanla sərhəddə qazandıqları üstünlüklə bağlıdır. Son günlər sərhədçilərimizin strateji yüksəkliklərə yiyələnməsi və bu prosesin hələ də davam etdirilməsi Ermənistan daxilində Qarabağ klanında propoqandası ilə narazılıqları artırıb. Paşinyan Arşak Karapetyanı istefaya göndərərək onu faktiki olaraq baş verən hadisələrin günahkarı elən etdi. Düzdür, Papikyanın təyinatı Azərbaycan sərhədçilərinin strateji yüksəklikləri ələ keçirməsini dayandırmasa da hər halda ona müəyyən vaxt qazandıracaq.
Üçüncüsü, erməni mənbələrinin verdiyi məlumata görə Suren Papikyan Ermənistan Baş naziri Nikol Paşinyanın keçmiş mətbuat katibi Mane Gevorkyanı müdafiə nazirinin mətbuat katibi olaraq təyin edib. Aydın məslədir ki, Suren Papikyanın müdafiə naziri təyin edilməsi kimi Mane Gevorkyanı müdafiə nazirinin mətbuat katibi olaraq təyin edilməsi də Nikol Paşinyanın qərarıdır. Məsələ ondadır ki, Mane Gevorkyan Sorosun kadrı hesab olunur və onun indiki halda müdafiə nazirinin mətbuat katibi olaraq təyin edilməsi sonrakı etabda ordu daxilində Sorosa sadiq qüvvələrin sayının artmasına və beləcə Qarabağ klanı və təbii ki, Kremlin təsirinin azaldılmasından xəbər verir.

Turan Rzayev kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir