KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Turan Rzayev: Mirzoyan Blınken ne imzalayacaklar

Turan Rzayev: Mirzoyan Blınken ne imzalayacaklar

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
27 0

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken yanvarın 14-də Vaşinqtonda strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar. Sənədin məzmunu ilə bağlı ətraflı məlumat açıqlanmayıb.

Baydenin prezident səlahiyyətlərinin bitməsinə sayılı günlər qala Ermənistanla strateji sənədin imzalanması diqqət çəkir. Baydendən fərqli olaraq Donald Trampın ermənilərə rəğbəti yoxdur. Bu həm də erməni lobbisi, diasporu və kilsəsinin onun hakimiyyəti dövründə effektiv işlər görmə imkanının məhdudlaşması demək idi. Ermənilər ABŞ-dakı gücünü itirməmək, ən azından Vaşinqton-İrəvan münasibətlərini saxlamaq üçün son anadək əllərindən gələni edib, bu sənədi imzalada bildilər.

Sənədin məzmunu ilə bağlı ətraflı məlumat açıqlanmayıb. Buna görə də pessimizmə qapılmağa dəyməz. Məsələ ondadır ki, bu sənəd Bayden administrasiyasının məhsuludur. Trampın bu sənəddən irəli gələcək məsələləri icra edib- etməyəcəyi bəlli deyil. Ümumiyyətlə, Trampın xarici siyasi kursunda Cənubi Qafqaz prioritet deyil. Yəni bir müddət Cənubi Qafqaza laqeyd yanaşa bilər.

Tramp üçün hazırda daha mühüm məsələlər var. Rusiya-Ukrayna müharibəsi, İsrail-İran gərginliyi, Çinin artan gücü və Arktikaya nəzarət strategiyası və s. Ağ Ev bu məsələlərlə bağlı mövqe sərgilədikdən sonra üzünü Cənubi Qafqaza çevirə bilər. Digər tərəfdən, Trampın Cənubi Qafqaz siyasətində Ankara ilə əməkdaşlıq yolunu tutacağı gözlənilir.

Nəticə etibarilə Trampın strateji tərəfdaşlıq haqqında sənəddən razı qalacağını düşünmürəm. Həmçinin Tramp Azərbaycana qarşı 907-ci düzəlişin icrasını dayandıra, beləcə Bakıya jest edərək Azərbaycanla Ermənistan arasında balans yarada bilər.

Turan Rzayev

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir