KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Turan Rzayev: KTMT bəhanədir: Paşinyan qazaxlardan 44 günlük müharibənin intiqamını mı alır!

Turan Rzayev: KTMT bəhanədir: Paşinyan qazaxlardan 44 günlük müharibənin intiqamını mı alır!

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
316 0

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibində Qazaxıstana 70 hərbçi göndərib. Bu gün isə Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Tərəflər Qazaxıstandakı vəziyyəti müzakirə edib. Eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində birgə fəaliyyətin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar.

Rəsmi İrəvanın Qazaxıstanda baş verən hadisələr ilə bu qədər yaxından maraqlanması, hətta həvəslə “sülhməramlı” göndərməsi təsadüfi deyil. Çünki Qazaxıstanda baş verən son hadisələrdən ən çox sevinən Ermənistan Baş naziri Nikol Paşinyandır . Paşinyan onsuzda 44 günlük müharibə zamanından bəri Qazaxıstandan əvəz çıxmaq üçün fürsət gözləyirdi.

44 günlük müharibə zamanı rəsmi İrəvan
Azərbcaynın Ermənistan ərazilərinə hücum etdiyini, KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndini əsas gətirərək təşkilatdan yardım istəmişdi. Ermənistanın yardım tələbinə isə başda Qazaxıstan olmaqla, Belarus və digər türk ölkələri qarşı çıxmışdı. Qazaxıstan bundan başqa, 44 günlük müharibə zamanı Azərbaycana dəstək nümayiş etdirmiş, KTMT-in ehtimal müdaxilə ssenarilərin də qarşısını almışdır. İndi isə Paşinyanın əlinə yaxşı fürsət düşüb və ondan maksimum istifadə etməyə çalışır.

O ki, qaldı indiki halda Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığına deyə bilərəm ki, bu da təsadüfi deyil. Belə ki, Qazaxıstanda hazırda 40.000-dən çox erməni əsilli vətəndaş yaşayır. Paşinyan Qazaxıstana 70 hərbçi göndərsə də Kreml daha artığını istəyir.

Mümkündür ki, Kreml sahibi Paşinyanda Qazaxıstandakı erməni əsili vətəndaşların ixtişaşları daha da qızışdırması, hətta birbaşa iştirak etməsini də istəsin. Onsuz da Kremlin mətbəxinin məhsulu olan Qazaxıstandakı “etirazlara” indi də Kremlin istəyi ilə ermənilərin də qarışması Putinin hədəflərinə biraz da yaxınlaşması deməkdir.

Turan Rzayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir