KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Turan Rzayev: Kreml Zelenskidən bu güzəşti gözləyir – Problem Ankarada çözüləcək?

Turan Rzayev: Kreml Zelenskidən bu güzəşti gözləyir – Problem Ankarada çözüləcək?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
326 0

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün jurnalistlərə müsahibəsində deyib ki, müharibə istəmirik, lakin maraqlarımıza qarşı kobud hücumlara da yol verməyəcəyik. Lavrov digər bir açıqlamasında isə Ukrayna Prezidenti Vladimir Zelenski ilə Donbası deyil, iki ölkə arasında münasibətlərin normallaşdırılmasını müzakirə etməyə hazır olduqlarını söyləyib.

Rusiya tərəfindən gələn müsbət mesajlar onu deməyə əsas verir ki, rəsmi Moskva indiki məqamda nə Ukraynanı işğal etmək, nə də bu ölkəyə hərbi müdaxilə etmək niyyətindədir. NATO nümayəndələri özləri də etiraf edirlər ki, Rusiya Ukraynanı işğal etməyəcək. Misal üçün, “Euractiv” portalı NATO-dakı mənbələrinə istinadla məlumat yayıb ki, bunun üçün Rusiyaya Ukrayna sərhədləri yaxınlığında yerləşdirdiyi texnikadan daha çox hərbi imkanlar lazımdır.
Kreml Ukrayna sərhədinə 100 mindən artıq hərbçi və hərbi texnika cəmləyə bilər. Lakin bu Ukraynanı işğal etmək üçün kifayət deyil.
Digər tərəfdən, Rusiya Ukraynanı işğal etsəydi belə ordusunu günlərlə, həftələrlə, hətta aylarla bu ölkədə saxlaya biləcək iqtisadi potensiala sahib deyil. Aydın məsələdir ki, Kreml indiki halda özünü ABŞ və NATO qarşısında zəif göstərmək istəmir və Ukraynanın NATO-ya daxil olmaması üçün çabalayır. Bununla belə, Kreml mövcud gərginliyi Ukrayna ilə birbaşa həll etmək istəyir. Bu zaman belə bir sual yaranır:

Ukrayna ilə Rusiya uzlaşa biləcəkmi?

Bu, mümkünüdür. Lakin hər şeydən öncə rəsmi Kiyev Kremllə uzlaşmaqda maraqlı olmalıdır. Məsələ ondadır ki, Rusiyanı narahat edən yeganə məsələ NATO-nun sərhədlərinə bu qədər yaxınlaşması və Ukraynanın NATO-ya üzv olmasıdır. Kiyev hər şeydən öncə Moskvaya NATO-ya üzv olmayacağı, və ya ən azından NATO qoşunlarının ölkəsinə, həmçinin Rusiya ilə sərhədə gətirməyəcəyinə dair vəd verməlidir. Ukrayna bu güzəştə getsə, Rusiya tərəfi də Ukraynanın şərqindəki separatçılar məsələsində Kiyevə qarşılıq verə bilər. Artıq bunun işartıları da görülməkdədir. Məsələn, Lavrov son çıxışında rəsmən elan etdi ki, Donbas məsələsi Kremllə Kiyev arasında müzakirə mövzusu deyil. Bu, Ukraynanın daxili işidir. Yəni Kreml faktiki olaraq NATO-ya üzvlük məsələsində Kiyevlə uzlaşa bilsə, Donbas və Donetsk məsələsində güzəştə gedilə biləcəyinə işarə vurulur.

Ankaranın vasitəçiliyi tərəfləri bir araya gətirəcək?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu və ya başqa formada Ukrayna Prezidenti Vladimir Zelenski ilə iki ölkə arasında münasibətlərin normallaşdırılmasını müzakirə etməyə hazır olduqlarını bildirdi. Lavrov, hətta görüş üçün konkret yer də təklif edir: Moskva, Soçi və yaxud Sankt-Peterburq. Lakin indiki halda Zelenskinin Lavrovun qeyd etdiyi şəhərlərdə görüşə gələcəyi inandırıcı deyil.Bununla belə tərəflər arasında başqa bir şəhərdə, məsələn Ankara, İstanbul, hətta Bakıda görüşün keçirilməsi mümkündür.

Zelenskinin Moskva ilə danışıqlar masasına oturub – oturmayacağını hər halda fevralın 3-dən sonra bilinəcək. Belə ki, qeyd olunan tarixdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək. Ərdoğan Ukraynaya səfər etmək niyyətini yanvarın 21-də açıqlasa da, düşünürəm ki, bu səfəri ondan Putin istəyib. Putin indiki halda Zelenski ilə danışıqlar masasına oturmaq üçün qarşılıqlı etimad mühitinin yaranmasını istəyir. Tərəfləri uzlaşma masasına qaytaracaq etibarlı tərəfdaş isə şübhəsiz ki, Türkiyədir. Ankara həm Kiyev ilə, həm də Moskva ilə yaxın münasibətlərə malikdir. Bu mənada tərəflərin uzlaşmasında Türkiyənin vasitəçiliyi olduqca vacibdir.

Prezident Ərdoğan Kiyevdə Zelenskinin diqqətinə həm də Putinin mövqeyini çatdıracaq. Ərdoğanın Ukraynaya edəcəyi səfərin tarixi də diqqət çəkir. Belə ki, Ərdoğan Ankara-Kiyev diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə bu ölkəyə səfər edir. Düşünürəm, Türkiyə tərəfi Ukraynadan ona güvənib Rusiya ilə danışıqlara getməsini istəyəcək. Yeri gəlmişkən, Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə səfər etməklə bağlı dəvətini qəbul edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin prezidentlərin qrafiki və epidemioloji vəziyyət imkan verən kimi Türkiyəyə səfər edəcək. Ehtimal ki, səfərin dəqiq tarixi Ərdoğanın Ukrayna səfərindən sonra müəyyənləşəcək. Mümükdür ki, Ərdoğan Putin ilə görüşdə Ukrayna tərəfinin mövqeyini və istəklərini çatdıracaq.

Hesab edirəm, həm Zelenski-Ərdoğan həm də Ərdoğan-Putin görüşləri uğurlu keçsə, Anakaranın vasitəçili ilə Kiyev və Moskva uzlaşma masasına əyləşə bilər.

Turan RzayevKafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir