KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Turan Rzayev: Kreml Zəngəzur dəhlizini açmağa niyə tələsir?

Turan Rzayev: Kreml Zəngəzur dəhlizini açmağa niyə tələsir?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
285 0

Rusiya Zəngəzur dəhlizini açmağa tələsir. Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədində ard-arda təxribatlar törətməsi və rəsmi Bakının İrəvanın təxribatlarına sərt cavab verməsi bunu bir daha təsdiqləyir. 10 noyabr bəyanatından sonra iki ölkə arasında gərginliyin yenidən hərbi sferaya keçməsi şübhəsiz ki, Zəngəzur dəhlizi ilə bağlıdır.

Aydın məsələdir ki, rəsmi İrəvan Zəngəzurda dəhlizin açılmasını istəmir. Əvəzində isə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın da təklif etdiyi kimi Naxçıvana getmək üçün Qubadlı-Laçın-Gorus-Biçənək yolu kimi alternativlər təklif edilir. Bu təkliflər isə nə rəsmi Bakı, nə də Moskvaya sərf edir. Hər halda bu təklif Rusiya üçün uyğun olsa idi, proses elə bu istiqamətdə də həllini tapardı. Görünür Kreml də Bakı kimi Zəngəzur dəhlizinin açılmasında israrlıdır.

Kreml Ankaradan ehtiyat edir…

Zəngəzur dəhlizi ilə bağlı proseslərin sürətlənməsi Rusiyanın Türkiyə narahatlığından qaynaqlanır. Məsələ ondadır ki, Cənubi Qafqazda Moskva və Ankaranın maraqları bu günə qədər müəyyən mənada uzlaşırdısa, Zəngəzur dəhlizi faktoru və onun həm regional, həm də qlobal əhəmiyyətinin böyük olması onu deməyə əsas verir ki, bu ortaqlıq digər regionlarda olduğu kimi, uzun sürməyəcək. Prinsip etibarilə biz bunu Suriya və Liviyada bir neçə dəfə baş verdiyini görmüşük.

Rusiya indiki halda həm Çinin “bir kəmər, bir yol”, həm də türk dünyası üçün həyati əhəmiyyətə sahib Zəngəzur dəhlizi üzərindəki nəzarəti Türkiyə ilə bölüşmək istəmir. Məhz buna görə də prosesi ən qısa zamanda öz moderatorluğunda həll etmək istəyir.

Noyabrın 12-də İstanbulda baş tutan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü və yekunda verilən qərarlar görünür elə bu səbəbdən Kremli narahat edib. Təsadüfi deyil ki, bu görüşdən 4 gün sonra, yəni noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törətdi. Kreml bununla həm tərəflər arasında gərginliyi yenidən alovlandırdı, həm Zəngəzur məsələsində Ermənistanın inadını qırdı, həm də başda Ankara olmaqla regionda marağı olan bütün qüvvələrə regionda söz sahibi olduğunu göstərdi. Bütün bu prosesi rəsmi Bakının maraqları eyforiyasında etməsi də bir başqa maraqlı nüansdır.

Rusiya Zəngəzur dəhlizinin türk dünyası üçün nə dərəcədə əhəmiyyətli bir yerə sahib olduğunu yaxşı anlayır. Belə olmasa idi, bir əsir öncə həmin ərazini qanunsuz şəkildə Ermənistana verməzdi. Kreml bu yolla türk dünyasını iki hissəyə böldü, daha sonra da bir-bir ilhaq etdi. Prisnip etibarilə Rusiyanın bu gün etmək istədiyi bu olmasa da türk dünyasının güclənməsini də istəmir.

Kreml anlayır ki, türk dünyası güclənsə həm regionda ona qarşı alternativ güc olacaq, həm daxilindəki türk subyektlərinin müstəqillik arzuları artacaq, həm də “KTMT” “Avrasiya Gömrük İttifaqı” kimi türk ölkələrinin də üzv olduğu təşkilatlar tədricən sıradan çıxacaq.

Ankara diqqətini Qafqaza çevirməlidir!

İndiki halda Ankara Zəngəzur dəhlizi ilə bağlı prosesə daha çox diqqət ayırmalıdır. Kremlin dəhlizə birbaşa nəzarət etməsinə yol vermək olmaz. Yol vermək olmaz ki, Kreml bu gün Laçın dəhlizində etdiklərini gələcəkdə Zəngəzur dəhlizində də etsin. Yəni gələcəkdə Bakı və Ankara Kremllə ehtimal bir gərginlik yaşasa, Zəngəzur dəhlizi ciddi təzyiq vasitəsinə çevrilə bilər. Misal üçün 4 il sonra Rusiya sülhməramlıları Qarabağdan çıxmasını istəsək və Kreml bununla razı olmasa yaranacaq ehtimal gərginlikdə Rusiya ilk Zəngəzur dəhlizini qapayacaq və beləcə həm Türkiyə, həm də Azərbaycan ziyan görə bilər. Nəticə etiabrilə Ankara və Bakı bu məsələdə sələrini artırmalı prosesdə Kremllə bərabər statusa sahib olmalıdır. Yəni Zəngəzur dəhlizi açılarkən dəhlizin gələcəkdə təzyiq vasitəsi kimi istifadə edilməməsinə dair Rusiya öhdəlik götürməlidir. Buna nail olsaq, həm Azərbaycan, həm də Türkiyə mühüm diplomatik qələbə qazana bilər.
Turan Rzayev kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir