KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Turan Rzayev: Kiyev-Moskva düyünü Antalyada həll edilə biləcək

Turan Rzayev: Kiyev-Moskva düyünü Antalyada həll edilə biləcək

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
317 0

Kremlin irəli sürdüyü ağır şərtlər: Kiyev-Moskva düyünü Antalyada həll edilə biləcək?

Rusiya-Ukrayna nümayəndə heyətləri arasında danışıqların sayca üçüncü raundu da geridə qaldı. 28 fevral və 3 mart tarixlərindəki keçirilən iki görüş kimi bu görüşdə də tərəflər arasında konkret razılaşma əldə edilmədi.
Düzdür, tərəflər humanitar dəhlizlə bağlı müəyyən bir razılığa gəlsə də, rəsmi Moskvanın irəli sürdüyü ağır şərtlər diplomatik danışıqları dalana dirədir. Belə ki, Kreml Kiyevdən Krımın ilhaqını və təktərəfli müstəqilliyini elan edən Donbas və Donetskin müstəqilliyinin tanınmasını istəyir. Bundan başqa Rusiya tərəfi Ukraynanın silahsızlaşdırılıb neytral ölkə olmasını da istəyir.

Aydın məsələdir ki, Ukrayna tərəfi bu şərtləri qəbul etməyəcək. Çünki bunlar heç də konstruktiv şərtlər deyil, əksinə, Kremlin Kiyevə qalib ədası ilə diqtəsidir. Rəsmi Kiyev müharibə öncəsi Rusiya ilə uzlaşma əldə etsə idi, Krım xaric, Donbas və Luqanskın yüksək muxtariyyət şərtləri daxilində Ukraynaya verilməsi məsələsi həll edilərdi. Ancaq mövcud müharibə vəziyyətini nəzərə alsaq Kremlin Ukrayna ilə ikili danışıqlarda buna gedəcəyi inandırıcı deyil.

Türkiyənin vasitəçiliyi ilə Rusiya-Ukrayna uzlaşa bilər?

Ukrayna və Rusiya artıq bir-birinə inanmır. Xüsusilə də, Ukraynanın Qərbin vədlərinə görə Rusiya ilə danışıqlardan bir neçə dəfə imtina etməsi bunu deməyə əsas verir ki, vasitəçilər olmadığı təqdirdə tərəflərin humanitar məsələlər xaric müəyyən bir razılığa gəlməsi real deyil.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən əvvəl Moskva ilə Kiyev arasında əsasən iki ölkə Fransa və Almaniya vasitəçi olmağa çalışırdı. Xüsusilə də Fransa Prezidenti Emmanuel Makron həm Moskvaya, həm də Kiyevə səfərlər təşkil edərək ehtimal müharibənin qarşısını almağa çalışırdı. Lakin nə Fransanın, nə də Almaniyanın bu səyləri nəticə vermədi.

İndiki məqamda Rusiya və Ukrayna arasında real sülhün əldə edilməsi və ya bu istiqamətdə addımların atılmasını təmin edə biləcək iki ölkə var: Türkiyə və Azərbaycan.
Türkiyə istər müharibə öncəsi, istərsə də mövcud müharibə zamanı tərəfləri uzlaşdırmağa səy göstərib. Bu proses bu gün də davam edir. Təsadüfi deyil ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ötən gün qeyd etdi ki Rusiya və Ukrayna xarici işlər nazirləri – Sergey Lavrov və Dmitri Kuleba Türkiyənin Antalya şəhərində Diplomatiya Forumunda bir araya gələcək. Prinsip etibarilə bu çox vacib bir hadisədir.

Tərəflər bu günə qədər sadəcə Belarus-Ukrayna və Belarus-Polşa sərhədində bir araya gəlib. Bu görüşlərdə də bəzi humanitar məsələlər xaric, elə də ciddi bir şey əldə edilməyib. Bu, həm də Qərb diplomatiyasının fiaskosudur. Qərb faktiki olaraq nə Rusiya-Ukrayna müharibəsinin qarşısını ala bildi, nə də indi bu müharibəni sonlandıra bilir.

Türkiyənin ilk gündən sərgilədiyi balans siyasətinin həm Ukrayna, həm də Rusiya üçün məqbul olduğu görünür. Çünki Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana böyük rəğbəti var. Onu avropalı liderlərdən daha üstün tutur. Rusiya Prezidenti Vladimir Putin üçün də vəziyyət belədir. O da Ərdoğanla dialoqu davam etdirir. Çünki Ukraynaya hərbi müdaxiləyə görə əksər dünya lideri Putindən üz döndərib. Yəni Kreml rəhbərinin hazırda Ərdoğandan başqa bir alternativi yoxdur.

Nəticə etibarilə Sergey Lavrov və Dmitri Kulebanın Türkiyənin Antalya şəhərində Diplomatiya Forumunda iştirak etməsi müsbət bir hadisə olsa da, bu görüşdə konkret nəyəsə nail olunacağını düşünmürəm. Lakin bu görüş tərəflər arasında Türkiyə vasitəçiliyi ilə keçiriləcək sonrakı görüşlər, həmçinin prezidentlər səviyyəsində görüş üçün mühüm töhfə verə bilər.

Əvvəl xin başçıları, sonra prezidentlər görüşə bilər!

Sergey Lavrov və Dmitri Kuleba Türkiyənin Antalya şəhərində Diplomatiya Forumunda bir araya gələcək, ancaq tərəflər arasında ikili görüşün baş tutacağı hələ məlum deyil. Türkiyənin vasitəçiliyi ilə Sergey Lavrov və Dmitri Kuleba görüşdə bir araya gələ bilsə, bu, gələcək baxımdan mühüm hadisə olacaq. Bunun üçün Türkiyə tərəfi də çalışır. Mövlud Çavuşoğlunun günlərdir telefon diplomatiyası həyata keçirməsi də buna dəlalət edir.
Rəcəb Tayyib Ərdoğan İstanbulda Rusiya və Ukrayna prezidentlərini də görüşdürmək istəyir. Mümkündür ki, Rusiya və Ukrayna xarici işlər nazirlərinin Antalyada görüşündən sonra bu iki dövlətin lideri İstanbulda bir araya gəlsinlər.

Turan Rzayev Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir